Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


- Birbirinizə qarşı xoşrəftar və xoşəxlaq olun



Yüklə 2,04 Mb.
səhifə114/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   110   111   112   113   114   115   116   117   ...   159

2- Birbirinizə qarşı xoşrəftar və xoşəxlaq olun


Möhkəm ailə quruluşuna sahib olmağın yollarından və əsas amillərindən biri də, xoşrəftarlı olmaqdır. Allahın elçisi (s) buyurur: "Xoşrəftarlı olmaq, sevgini möhkəmləndirir."5
Bu da, həm kişinin və həm də, qadının üzərinə düşən bir vəzifədir. Anacaq kişi ailənin rəhbərliyini öhdəsinə aldığı üçün, dinimizdə, xoşrəftarlı olmaq daha çox ona tövsiyə edilmişdir. Ənəs ibn Malik rəvayət edir ki; Allahın elçisindən soruşdular: Hansı möminin imanı daha kamildir?
Buyurdu: "Ailəsi ilə yaxşı davranan şəxsin."1
Başqa bir hədisdə buyurur: "Ən imanlı insanlar, xoş xasiyyətli olanlar və ailələrinə qarşı ən mehriban olanlardır. Mən sizlərin arasında, ailəsi ilə ən mehriban davranan şəxsəm."2
Bununla belə ki, qadın və kişinin qarşılıqlı olaraq bir-birilərinə gözəl davranması, sağlam ailə quruluşunun yaranmasında zəruridir, Qurani-kərim kişilərə belə buyurur: "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun."3
İmam Sadiq (ə) buyurur: "Kişiyə evini və ailəsini idarə etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi olmaq."4
3- Birbirinizin hüquqlarına ehtiram qoyun
Möhkəm ailə quruluşunun yaranmasına xidmət edən ən əsas amillərdən və ər-arvadın qarşılıqlı vəzifələrindən biri də, bir-birilərinin hüquqlarına riayət etmələridir. Allahın elçisi (s) bu haqda belə buyurur: "Agah olun! Sizin qadınlarınızın boynunda haqqınız var və qadınlarınızın da sizin boynunuzda."5
İmam Zeynül-abidin (ə) "Hüquq risaləsi"ndə buyurur: "Həyat yoldaşının haqqı budur ki; sən onun Allah-təala tərəfindən sənə təskinlik bəxş edən və ünsiyyət , bağlılıq yaratmaq üçün əta olunduğunu biləsən. Bil ki, o, Tanrı tərəfindən sənə bəxş olunmuş bir nemətdir. Deməli, ona hörmət etməli və onunla mehriban olmalısan."1
Kişinin öz həyat yoldaşının, ailəsinin hüququnu qorumasına o qədər təkid olunub ki, Allahın rəsulu (s) bu barədə belə buyurur: "Ailəsinə əhəmmiyyət verməyən (məsuliyyətsiz davranan) şəxs, məlundur, məlundur!"2
Başqa bir rəvayətdə buyurulur: "Kişinin ailəsinə laqeydlik göstərməsi, məsuliyyətsiz yanaşması günahı (onun cəhənnəmə getməsinə) kifayətdir." 3
Həmçinin, qadının öz ərinin hüququnu riayət etməsi o qədər mühümdür ki, hətta ona cihad savabı belə vəd edilir. Allahın elçisi (s) buyurur: "Qadının cihadı ərə layiqli xidmət göstərməkdir."4
İbn Abbas rəvayət edir: Ey Allahın rəsulu! Mən qadınların nümayəndəsi kimi sınin yanına gəlmişəm. Qiyamət gününə qədər mənim bu sözlərimi eşidən hər qadın seinər: Allah-təala həm kişilərin və həm də, qadınların Tanrısıdır. Adəm həm kişilərin və həm də, qadınların atasıdır. Həvva həm kişilərin və həm də, qadınların anasıdır. Allah-təala cihadı kişilərə vacib buyurub. Əgər onlar döyüşdə şəhid olsalar, Allahın yanında diridirlər və ruzi yeyəcəklər. Əgər cihada gedərkən yolda vəfat etsələr, yenə Allah yanında mükafat qazanırlar. Cihaddan sağ qayıtsalar da, Tanrı dərgahında böyük əcr və mükafatlar onları gözləyir. Biz isə yaralılara yardım edir və xəstələrə xidmət göstəririk. Bizim Allah yanında mükafatımız nədir?
Allahın Rəsulu (s) buyurdu: "Ey qadınların nümayəndəsi! Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə itaət etmək, onun haqq və hüququnu yerinə yetirmək, kişinin qazqndığı bütün fəzilətlərə bərabərdir."1
Ər-arvadın hüquqları haqda bəhs edən rəvayətləri dəyərləndirdikdə, bu nöqtəyə diqqət çəkmək lazımdır ki; islam dini, haqq-ədalət dinidir. Elə buna görə də, ailənin bütün üzvlərinin, istər qadın, istər kişi və istərsə də, övladın hüququ, sağlam ailənin ehtiyaclarını nəzərə alaraq, tənzimlənmişdir. Bununla da, diqqət yetirmək lazımdır ki, ailə üzvlərinin hər birinin hüququ; istər qadına, istər kişiyə və istərsə də, övlada xas olan hüquq nəzəriyyəsi, onların yaşadığı cəmiyyətdə mövcud olan şəraitə uyğun olaraq ortaya qoyulması mümkündür.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin