Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə122/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   118   119   120   121   122   123   124   125   ...   159

5- Qeyrətli olmaq


Kişiyə xas olan vəzifələrdən biri də, qeyrətli olmaqdır. O, icazə verməməlidir ki, həyat yoldaşı bilərəkdən və ya heç özü də bilmədən, iffətsizliyə və pozğunluğa düçar olsun. Necə ki, hədisdə buyurulur: "Qadınının (zina məqsədi ilə) bəzənərək evdən çölə çıxmasına göz yuman ər, dəyyus (qeyrəsiz) insandır. Onu belə adlandıran şəxs, günah işlətməmişdir. Qadın (zina etmək niyyəti ilə) bəzənib, ətir vurub evdən çölə getsə və əri onun bu əməlinə (əxlaqsızlığına) razı olsa, atdığı hər addım üçün ərinə cəhənnəmdə bir (əzab) evi inşa olunar."1
Şübhəsiz, qadına qarşı yersiz qeyrət göstərmək bəyənilməmişdir və ailənin dağılma səbəblərindən biri sayılır.


c) Qadının ailədə vəzifələri


Kişinin ailə idarəçiliyində öhdəsinə aldığı vəzifələr olduğu kimi, qadının da, özünə xas olan vəzifələri vardır:

1- Ərin ailədəki müdiyirrətini qəbul etmək


Ailə sanki cəmiyyətin kiçik modelidir. Onun idarəsi, böyük cəmiyyətlərdə olduğu kimi vahid bir müdiyiyyyətə və rəhbərliyə bağlıdır. Çünki kişi və qadının nəyisə birlikdə idarə etməsi mənasız görünür. Deməli, onların biri müdir və digəri isə onun müavini və müşaviri olmalıdır. Qurani-kərim açıq-aşkar, ailənin kişinin rəhbərliyi altında olduğnunu buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir."2
Şübhəsiz, ayənin məqsədi, kişini lovğalandırmaq və qadının hüqunu taptamaq deyildir. Həqiqətdə, Qurani-kərim müdiriyyət məsələsində kişini qadına tərcih verməklə, üstün bilməklə birlikdə, qadının da, hüquqlarının riayət olunmasına təkid edir: "(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər."1
Ayənin məqsədi budur ki; qadın kişinin hüquqlarını riayət etməli olduğu kimi, kişi də qadının hüquqlarını roayət etməlidir. Başqa bir ibarətlə desək,; vəzifə, hüquqdan ayrı deyildir. Qadınların kişilər qarşısında (əxlaqi cəhətdən və ya şəri cəhərdən) yerinə yetirməsi vacib olan vəzifələri olduğu kimi, kişilər də qadınların (əxlaqi cəhətdən və ya şəri cəhərdən) yerinə yetirməsi vacib olan hüquqlarını riayət etməlidirlər. Bu hüquqları və vəzifələri birlikdə qarşı-qarşıya qoyduqda, qadınlar haqqında ədalətsizlik edilmədiyinin şahidi oluruq.
Qurani-kərimin baxışı ilə məsələyə diqqət yetirdikdə, görərik ki; qadın və kişinin ruhi və cismi cəhətdən fərqli olması, qadının nəfəqəsinin (xərclərinin) təmin edilməsinin kişinin öhdəsinə qoyulması, bir növ, kişiyə ailədə rəhbərlik vəzifəsinin verilməsi və qadının onun əmirlərinə tabe edilməsi üçün şərait yaradır.
Bunu da qeyd etmək yerinə düşərdi ki, bir çox hədislərimizdə, qadının öz ərinin ailədəki rəhbərliyini qəbul etməsi müqabilində, behiştlə mükafatlandırılacağı vəd edilir.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin