Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


ÜÇÜNCÜ BÖLÜM Ailənin dağılma səbəbləri



Yüklə 2,04 Mb.
səhifə124/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   120   121   122   123   124   125   126   127   ...   159

ÜÇÜNCÜ BÖLÜM

Ailənin dağılma səbəbləri



Birinci fəsil

Ailənin dağılma səbəbləri


1\1

Qarşılıqlı olaraq fikir soruşmadan, hansısa bir işə məcbur etmək


601. Allahın rəsulu (s): Szilərdən bəziləri öz qızlarınızı çirkin və eybəcər kişilərlə evləndirirsiniz. Axı onların da sizin kimi qəlbi var.1
602. "Kənzül-ümmal": Cabiq rəvayət edir: Bir kişi Peyğənbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Mənim himayəmdə bir yetim qız var. Ona iki nəfər elçi gəlib. Biri varlı, o biri isə kasıbdır. Bir qızın varılya ərə vermək niyyətindəyik. Amma o, kasıbla evlənmək istəyir. (Nə edək?)
Allahın elçisi (s) buyurdu: "Bir-birilərinə könül vermiş iki aşıqın dərmanı, yalnız onların birlikdə ailə qurmasıdır."1
603. "Əl-Kafi": İbn Əbu Yəfur rəvayət edir: İmam Sadiqə (ə) dedim: Mən bir qadınla ailə qurmaq istəyirəm, amma valideynlərim baçqa birsi ilə evlənməyimi istəyirlər.
İmam Sadiq (ə) buyurdu: "Ata-ananın istədiyi şəxslə deyil, sevdiyin şəxslə evlən."2
604. "Müsnədi-ibn Hənbəl": İbn İshaq rəvayət edir: Həccac ibn Saib ibn Əbi Lübabə ibn Əbdül-münzər Ənsari mənə nəql etdi ki; Nənəsi Ümm Saib Xünnas (Xuzzam ibn Xalidin qızı) Əbu Əübabə ilə evlənmədən öncə başqa bir şəxsə ərə getmişdi. O, dul qaldığı zaman, atası Xuzzam ibn Xalid onu bəni-Əmr (ibn Əvf ibn Xəzzrəc) qəbiləsindən olan bir kişi ilə evləndirmək istəyirdi. Amma Xünnas, Əbu Lübabədən baçqa heç kimlə evlənməyəcəyinə israr edirdi. Amma atası onun ibn Əvf qəbiləsində olan şəxsə ailə qurmasına təkid edirdi. Onlar mübahisələrini Peyğəmbərə (s) danışdılar. Peyğəmbər (s) buyurdu: "O, öz işini yaxşı bilir (yaxud da, "bu seçim ona aiddir"), (qızın) kimi sevirsə onunla evlədir."3
605. "Sünəni-Əbi Davud": İbn Abbas rəvayət edir: Bir bakirə qız Peyğəmbərin (s) yanına gəlib, atasının onu zorla başqasına ərə vermək istədiyini söylədi. Peyğəmbər (s) seçim haqqının qızda olmaslna qərar verdi.1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin