Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə120/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   116   117   118   119   120   121   122   123   ...   159

9- Qənaətcil olmaq və sadə həyat


Uzun-uzadı arzularla, acgözlüklə və israfla yaşamaq, insan həyatını məşəqqətli edir. Amma (imkan olmadığı halda) aza kifayətlənmək (bunu böyük bir müsibətə çevirməmək) və qənaətcil olmaq, həyatın yükünü azaldaraq, onu daha da şirinləşdirir. Hədisdə buyurulur: "Ən xoş həyat tərzi, Allah-təalanın qənaət etməyi əta etdiyi və ləyaqətli qadın bəxş etdiyi şəxsə adiddir."2
Xüsisilə də, ər-arvad ailə həyatına qədəm yeni qoyduqları zaman, qənaət və sadə həyat tərzini qarşıya məqsəd qoysalar, ən ehtiyaclı vaxtda belə öz birgə yaşayışlarını daha da möhkən və davamlı edə bilərlər.

10- Razılıq (İlahi qəzavü-qədərə razı olmaq)


Kişinin ailəsinin rifahı üçün çalışması, ona xas olan vəzifələrdən biridir. Amma onun bu yolda sərf etdiyi zəhmətlər, bəzən gözlənilən nəticəni vermir. Bununla da, ailə həyatı maddi və qeyri-maddi problemlərlə üzləşir. Bax, elə bu zaman insan özünü ilahi müqəddərata təslim etməli və hətta ilahi qəzavü-qədərlə razılaşmağı öyrənməlidir. Bununla da, həyat ona ağır gəlməz və rahat-asudə yaşayışın ləzzətini dada bilər: "Ən səfalı həyat, Allahın qismət etdiyinə razı olub, sevinən şəxsə nəsib olar."1
Deməli, ailə üzvlərinin müştərək vəzifələrindən biri də, Allahın onlara nəsib etdiyi ruziyə və müqəddərata razı olmaqdır. Çünki insan Tanrının ona qismət etdiyi ruziyə razı olsa və bunu dözülməz bir hal kimi ortaya qoymasa, bütün problemlər, həyatın eniş-yoxuşları ona çətin gəlməyəcəkdir.


b) Kişinin ailədə vəzifəlləri


Kişi ailənin rəhbəri olduğu üçün müştərək vəzifələrdən əlavə, bir sıra ona xas olan vəxifələri də cra etməlidir. Çünki bu, sağlam ailə mühitinin yranmasında mühüm rol oynayır. Onlardan ən əsasları aşağıdakılardir:

1- Ailənin dini-mənəvi ehtiyaclarını ödəmək


Din və mənəvi dəyərlər ailədə əmin-amanlıq və daxili sabitliyin ən gözəl qarantıdır. Bu üzdən, dini dəyərlərə riayət etmək, ailə quruluşunun möhkəmlənməsində müstəsna rola malikdir.
İmam Əli (ə) dinin ailədəki rolu haqqında belə buyurmuşdur: "Mən kimdə bir bəyənilmiş xislət tapsam, onun bəzi əməllərinə, bu xasiyyətinə görə dözərəm. Özümü onda çatışmayan başqa yaxşı xasiyyətlərə qarşı görməməzliyə vuraram. Amma ağılsızlıq və dinsizliyinə qarşı biganə qala bilmərəm. Çünki dindən ayrılmaq, amin-amanlıqdan, asayişdən ayrılmaq deməkdir. Qorxu içində yaşamaq, xoşagəlməzdir. Ağılsızlıq isə sanki ölməkdir. Kimsə ölülərlə oturub-durmaz."1
Quarni-Kərim imanlı kişilərə, öz ailələrini cəhənnəm odundan qorumağı tapşırıb: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)."2
İmam Əli (ə) bu ayənin təfsizində buyurur: Onlara elm və ədəb öyrədin.3
Dini dəyərlərə qarşı etinasızlıq etmək, ailə üzvlərini cəhənnəm oduna düçar etməmişdən əvvəl, elə bu dünyada ailədaxili münaqışələrin, hərc-mərcliyin və bundan qaynaqlanan digər müxtəlif problemlərin təməlini qoyur.
Kişinin ailədə dini dəyərləri dirilmək yönündə olan fəaliyyətlərinin başında, onları namaza həvəsləndirməsi durur. Çünki namaz müxtəlif əxlaqı çatışmamazlıqların və pis davranışların önünü kəsir. Allah-təala buyurur: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et." 1
Allahı unutmamaq, təkcə ailədə sakit əhval-ruhiyyəni yaradıb, onların mənəvi ehtiyaclarını təmin etmir, əsl həqiqətdə, maddi problemlərin də öz həllini tapmasında yardım edir. Elə buna görə də, Əhli-beyt (ə) maddi durğunluq zamanı öz ailəsindən namaz qılıb, dua edərək Allahdan yardım diləmələrini istəmişdir.
Sözsüz ki, dini tərbiyədə namaza təkid olunması, digər dini dəyərlərə qarşı diqqətsiz yanaşmaq mənasına deyildir. Döğrusu, ailədə islami və insani dəyərlərin riayət olunması üçün çalışmaq zəruridir. Necə ki, Allahın elçisi (s) buyurur: "Övladlarınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərinizi sevsin, Peyğəmbərin Əhli-beytini sevsin və Quran oxusun."2
İmam Əli (ə), Komeylə buyurur: "Ey Komeyl! Ey Kumeyl! Ailəni gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et."3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin