Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə119/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   115   116   117   118   119   120   121   122   ...   159

7- Səbir və mulayimlik


Möhkəm ailə təməllərinin və orada sağlam mühiti yaradan səbəblərdən biri də, səbir və mülayim davranışdır. Allahın elçisi (s) buyurur: "Mülayimlik bərəkətdir, qəzəb və köbud rəftar isə bədbəxtlikdir. Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi nəsib edər. Çünki mülayimlik, olduğu hər bir yeri zinətləndirər. Kobudluq və qəzəbli rəftar, olduğu hər bir yeri kirləndirər."1
Həyatın eniş-yoxuşları, insanın müxtəlif əhval-ruhiyyələrə düşməsi, baxış aspektlərinin rəngarəngliyi təbii formada bədəxlaqlığa və təzadlar gətirib çıxarır. Elə buna görə də, ailədə səbir, mülayimlik, keçinmək və görməməzliyə vurmaq kimi xüsusiyyətlər olmasa, uzunömürlü olmayacaqdır. Kişi qadının azacıq tərsliyi ucbatından boşanmağa qərar verəcək və qadın da, kişinin bədəxlaqına görə ondan ayrılmaq istəyəcək. Elə islam dininin əsas tövsiyəsi bu zaman ortaya çıxır ki; hər iki tərəfi səbirli və mülayim olmağa çağırıb, onlara bunun müqabilində çoxlu mükafatlar vəd edir. Qadına buyurur: "Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-təala Fironun xanımı Asiyanın savabı qədər savab verər."2
Kişiyə buyurur: "Allah-Təala, Tanrıya xatir arvadının pis xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta edər. Qadının hər gecə-gündüz günahı, səhradakı qumlar qədər sayılar."3
Bu yolla da, ailənin dağılmasına mane olur.

8- Güzəşt


Başqalarının səhvlərinə göz yummaq və onların xətalarını bağışlamaq, sakit və asudə həyat sürməyin əsas amillərindən biridir. İmam Əli (ə) bu haqda buyurur: "Kim bəzi işlərdə güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar olar)."1
Ailə həyatında çox zaman elə məsələlər ortaya çıxır ki, ailə üzvləri bu barədə bir-birilərinə güzəştə getmir, adi məsələlər üçün problemlər yaradırlar. Belə olduğu halda, həyat acı və dözülməz olur. Diqqət yetirmək lazımdır ki, bəzi çox da əhəmmiyətli olmayan məsələlərə göz yummaq və güzəştə getmək, sağlam ailə mühitinin qarantıdır.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin