Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə126/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   122   123   124   125   126   127   128   129   ...   159
609. İmam Əli (ə): Sizlərdən heç kim, öz qızının fikrini soruşmadan, onu ərə verməsin. Çünki, o, öz işini yaxşı bilir (yaxud da, "bu seçim daha çox ona aiddir"). Əgər sakit qalsa, ağlasa və gülsə, həqiqətdə, bu bir növ razılıq əlamətidir. Amma razı olmasa, onu istəmədiyi şəxslə evləndirməyin!2
610. "Müsnədi-ibn Hənbəl": Səhl ibn Əbi Həsmə rəvayət edir: Həbibə binti Səhl, Sabit ibn Qeys ibn Şəmmas Ənsarinin qızı idi. Amma ondan xoşu gəlmirdi. Çünki, Sabit eybəcər üzlü bir şəxs idi. Qadın Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın elşisi! Ərimin üzünə baxdığım zaman (elə iyrənirəm ki,) əgər qəlbimdə Allah qorxusu olmasaydı,onun üzünə tüpürərdim.
Allahın peyğəmbəri (s) buyurdu: "Sənə mehriyyə olraq verdiyi bağı, (böşandığın zaman) ona qaytararsan?"
Həbibə dedi: Bəli.
Peyğəmbər (s) onun ərinin dalınca adam yollyıb, yanına çağırdı. Sonra isə bağı Həbibədən alıb, ona qaytardı və onları bir-birindən ayırdı.
Bu, islam tarixində ilk xüli təlaq3 idi.4
611. "Təfsiri-Təbəri": İbn Abbas rəvayət edir: İslam tarixində ilk xüli təlaq, Abdullah ibn Qbəyyin bacısına verilib. O, Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın elşisi! Heç kim bizi bir yastığa baş qoymağa mcəbur edə bilməz. Mən cadırın bir ucunu qaldırıb baxdıqda, onun, yanındakı kişilərdən ən qara rəngli, ən çirkin və ən balaca boylu olduğunu gördüm!
Əri dedi: Ey Allahın elşisi! Ən qiymətli bağımı ona mehriyyə olaraq verdim. Bağımı mənə qaytarsın (mən də, onu boşayım).
Peyğəmbər (s) qadından soruşdu: "Bu barədə fikrin nədir?"
Dedi: Bəli, qaytararam. Əgər istəsə ona bundan da artığını verərəm. (Təki məni boşasın.)
Peyğəmbər (s) onları bir-birindən ayırdı.1

2\1

Ağır mehiyyə təyin etmək


601. Allahın rəsulu (s): Mehriyyənin miqdarını yüngül edin, çünki kişi qadının mehriyyəsini ödəsə də, (buna gərə) qəlbində ona kin saxlayar.2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin