131. Allahın rəsulu (s): Qadının zahiri gözəlliyini, imanının gözəlliyinə tərcih verməyin.1 132. Loğman: (Oğluna nəsihət edərkən: ) Oğlum, əgər qadınları şərab kimi dadmaq mümkün olsaydı, heç vaxt, heç kim pis (bədəxlaq) qadınla evlənməzdi.2
2- Gözəl, amma pis tərbiyəli ailədə böyümüş qadın
133. İmam Sadiq (ə): Allahın eliçi (s) ayağa qalxıb, belə xütbə oxudu: "Ey camaat! Zibillikdə bitən gözəl güllərdən uzaq durun."
Soruşdular: Ey Allahın elçisi, məqsədiniz nədir?
- "Pis ailələrdə tərbiyə almış gözəl qadınlar"3
3- Axmaq qadın
134. Allahın rəsulu (s): Axmaq qadınla evlənməkdən çəkinin, çünki onunla birlikdə yaşamaq əzab-əziyyət və övladları da zay olacaq.4 135. Allahın rəsulu (s): Axmaq kişiyə qız verin, amma axmaq qadınla evlənməyin. Çünki axmaq kişidən ağıllı və şuurlu övlad dünyaya gələr. Amma axmaq qadın ağıllı və dərrakəli ölad dünyaya gətirməz.1
4- Qısır qadın
136. Allahın rəsulu (s): Övlad dünyaya gətirməyə qabiliyyəti olan bakirə qızlarla ailə qurun. Gözəl amma qısır qadınlarla evlənməyin. Çünki qiyamət günü sizinlə (sayınızın çoxluğu ilə) başqa ümmətlərin qarşısında qürrələnəcəyəm.2 137. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın eliçisi, Mənim bir əmim qızı var (və mən onunla ailə qurmaq istəyirəm). Amma o, gözəl, əxlaqlı və dindar olmasına baxmayaraq, qısırdır.
Peyğəmbər (s) buyurdu: "Onunla evlənmə."3 138. "Sünəni-Əbu Davud": Məqəl ibn Yəsar rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Mən əsil-nəcabətli və gözəl bir qadın tanıyıram, amma o, övlad dünyaya gətirməkdən məhrumdur. Onunla ailə qurummu?
Peyğəmbər (s) buyurdu: "Xeyir."
O üç dəfə Peyğəmbərin yanına gəlib, eyni sualı verdi. Hər dəfə də, Peyğəmbər (s) ona rədd cavabı verdi. Sonra buyurdu: "Mehriban və sənin üçün övlad dünyaya gətirməyi bacaran qadınla evlən. Çünki qiyamət günü sizinlə (sayınızın çoxluğu ilə) başqa ümmətlərin qarşısında qürrələnəcəyəm."1