175. İmam Əli (ə): Qonaqlıq ver (ehsan et), hətta bir qoyun qurban kəssən də belə.2
176. "Əl-Mərasil": Həkəm ibn Ütüybə rəvayət edir: Peyğəmbər (s) Bilalı ənsardan olan bir qadının ailəsinə elçiliyə yolladı. Onlar dedilər: Sən həbəşi qulsan. (Sənə qız vermərik.)
Bilal cavab verdi: Allahın elçisi (s) mənə sizin yanınıza gəlməyi əmr etməsiydi, heç bir zaman gəlməzdim.
Səni Peyğəmbər (s) göndərib?
Bəli.
Əgər belədirsə, artıq evlisən.
Bilal, Peyğəmbərin (s) yanına qayıdaraq, əhvaltı ona danışdı. Elə bu zaman Həzrət Peyğəmbərə (s) bir qızıl parçası (hədiyyə) gətirdilər. Allahın elçisi (s) onu Bilala verib, buyurdu: "Bunu mehriyyə ünvanında cələcək həyat yoldaşına ver." Ardınca səhabələrə belə buyurdu: "Qardaşınız(ın ailə qurması münasibətilə) qonaqlıq verin."3
5\5
Toy mərasimini gecə qeyd edin
177. Allahın rəsulu (s): Gəlinlərinizi gecə bəxt evinə aparın, gendüz isə qonaqlıq verin.1
178. İmam Rza (ə): Gecə evlənmək, sünnədəndir. Çünki, Allah-təala gecəni rahatlıq üçün xəlq etmişdir. Qadınlar isə rahatlıq mayəsidir.2
5\6
Bəy gecəsi haqqda məsləhətlər
179. Allahın rəsulu (s): Bəy gəlini evinə apardıqdan sonra, ilk olaraq iki rükət namaz qısın və əlini onun alnına çəksin. Ardınca belə du etsin: ilahi! Həyat yoldaşımı mənim üçün xeyir-bərəkətli et. Evliliyimizi mübarət et. Bizi bir-birimizin yanında saxladığın hər ləhzəni xeyir-bərəkətli, uğurlu et. Onu məndən ayırdığın zaman, xoşluqla tamamla!
Sonra belə dua etsin: Məni azğılıqdan düz yola yönəldən, ehtiyaclarımı ödəyən, süstlüyümü sevincə döndərən, ləzzətdən izzət bağışlayan, pənahsız olduğum zaman mənə pənah verən, subaylığımı evliliklə əvəzləyən, işlərimdə mənə yardımçı bəxş edən, məni tənhalıqdan qurtaran və məni ucaldan Tanrıya şükürlər olsun! Ey mənim Allahım, əta etdiyin nemətə1 görə sənə saysız və pak həmd-sənalar olsun! Mənə qismət etdiyin lütf, kərəm və mərhəmətin üçün sənə şükürlər olsun!2
Dostları ilə paylaş: |