"Mehrüs-sünnə"nin sabit miqdarı Peyğəmbərimizin (s) ailə qurarkən təyin etdiyi mehriyyənin miqdarı barəsində çoxsaylı xəbərlər mövcuddur. Sevindirici haldır ki, istər şiə və istərsə də əhli-sünnədə mövcud olan xəbərlər, onun sabit və müəyyən miqdarını təyin edib. Təkcə iki rəvayət çoxsaylı digər rəvayətlərlə fərqlidir. Belə ki, çoxsaylı rəvayətlər Peyğəmbərin (s) qadınlarının, qızlarının və onun Əhli-beytinin qızlarının mehriyyələrinin "12,5 gümüş əvqiyə", ya "beş yüz dirhəm" olmasını söyləyir. Yalnız biri əhli-sünnəyə,1 digəri isə şiə1 məzhəbinə istinad olunan iki hədis bunların əksini iddia edir. Bu hədislərə əsasən Peyğəmbərin (s) Ümm Həbibə adlı həyat yoldaşının mehriyyəsinin dörd min dirhəm olması deyilir. Amma İmam Baqir (ə) bunun müstəsna bir hal olduğunu buyrmuş və Peyğəmbərimizin (s) istəyi ilə deyil, məhz Həbəşənin hakimi Nəccaşinin əli ilə baş tutduğunu deyil. Çünki Peyğəmbər (s) Ümm Həbibəyə elçi getmək üçün onu vəkil etmişdi. Nəccaşi də, onun mehriyyəsini dörd min dirhəm təyin etdi və bu miqdarı özü ödədi. Allahın rəsulu da, Nəccaşinin hörmətinə bu məsələyə dərin etirazını bildirmədi.
"Mehrüs-sünnə"nin riyalla2məzənnəsi Bizə gəlib çatan xəbərlər "merüs-sünnənin" "12,5 gümüş əvqiyə" olduğunu yetirir. "Əvqiyə", islam dini yarandığı zamanlarda ərəbistanda pul vahidi funksiyasını yerinə yetirirdi. Bu miqdar, ozamanlar, təxminən qırz dirhəmə bərabər idi. Dirhəm qədim zamanlarda pul vahidi kimi dövriyyədə idi. Gümüş, dərmanlar və qiymətli əşyaları onunla al-ver edirdilər. Dirhəm tarix boyu müxtəlif eniş-yoxuşlu dəyər qiymətinə sahib olmuşdur. Üməvilərin zamanında islam hökumətinin geniş yayılmış "sikkə" şəklindəki pul vahidinə çevrildikdən sonra, bir neçə əsr öz dəyərini sabit formada qoruyub, saxladı. İmam Baqir (s) və İmam Sadiq (ə), ravilər bu haqda soruşduqları zaman, hər "əvqiyə"nin üməvilərin zamanındakı kimi "qırx dirhəm" olduğunu söyləmişdir. Sevindirici haldır ki, (indiyə qədər bizə gəlib-çatmış olan) bu dirhəmin üç qram gümüşə yaxın olması tam çəkildə müəyyən edilmişdir.1 Deməli, mehrüs-sünnə, min beşyüz qram xalis gümüş dəyərindədir. Onun bu tarixdəki (1387 h.ş\ mehr ayı) rialla dəyəri isə altı milyon riyal (altı yüz min tümən)dir. Görüldüyü kimi, bu çox yüngül miqdarda və ödənilməsi asan olan bir mehriyyədir.2