Allah Evi – Beytullah ziyarətçilərinə müraciət
İslam ümməti bəsirət və dərin düşüncə ilə öz cari vəzifə və məsuliyyətlərinə əməl etməlidir...
Cənab Rəhbər Ayətullah Xamenei Allah Evi (Kəbə) ziyarətçilərinə ünvanladığı müraciətdə İslam Dünyasının problemlərinə diqqəti, İslam ümmətinin mühüm məsələlərinə dərindən və əhatəli nəzər salınmasını həcc zəvvarlarının prioritet vəzifə və qaydalarından sayaraq vurğulayıb: Müsəlmanların ittifaqı, Fələstin problemi, həqiqi Məhəmməd İslamı ilə Amerika İslamının fərqlərinə ayıq baxış İslam Dünyasının ilk üç prinsipidir. İslam ümməti bəsirət və dərin düşüncə ilə bu mövzulara münasibətdə öz cari vəzifə və məsuliyyətlərinə əməl etməlidir...
Bu müraciətin tam mətni bu gün cübh (şəmsi 1393, 11 mehr, cümə) Vəliyyi-Fəqihin nümayəndəsi və İran hacılarının məsuli höccətülislam Qazi Əsgər tərəfindən Müşriklərə Nifrət (Bəraət əz müşrikin) Günü Ərəfat səhrasında oxunmuşdur.
***
Müraciətin tam mətni
Bismillahir-rəhmanir-rəhim...
Siz xoşbəxt insanları sevgi və hörmətlə salamlayıram. O xoşbəxt insanlar ki, Quran dəvətinə LƏBBƏYK deyib və Allah qonaqlığına tələsib. İlk sözüm budur ki, bu böyük nemətin qədrini bilin. Bu misilsiz əməlin fərdi, ictimai, ruhani, beynəlxalq yönləri barədə düşünməklə onun məqsədlərinə yaxınlaşmaq üçün təlaş göstərin. Bu işdə rəhim və qədir dəvət sahibindən yardım diləyin. Mən qəlb və dildə sizə qoşularaq qəfur və mənnan Rəbdən diləyirəm ki, sizə olan nemətini kamala çatdırsın, həcc səfəri tövfiqi əta edibsə, kamil həcc yerinə yetirmək tövfiqindən də bəhrələndirsin. Həccinizi kərəmi ilə qəbul edib sizi əlidolu, kamil qurtuluşla yurdunuza döndərsin, İnsaallah.
Bu dəyərli və misilsiz mərasimin qənimət sayılan fürsətində həccin üstün və köklü qazancı olan mənəvi və ruhi paklanmadan əlavə İslam Dünyasının problemlərinə diqqət, İslam ümmətinin mühüm məsələlərinə dərindən və əhatəli nəzər salınması həcc zəvvarlarının İslam ümmtinə aid prioritet vəzifə və qaydalarındandır.
Mühüm və önəmli olan bu mövzular sırasında hazırda müsəlmanların ittifaqı, ümməti parçalayan düyünlərin açılması kimi vəzifələr var. Həcc vəhdət məhzəri, bölünməzlik, qardaşlıq və qarşılıqlı yardım ocağıdır. Həcdə hamı müştərək nöqtələr üzərində təmərküzləşməyi, ixtilaflardan uazqlaşmağı öyrənməlidir. İmperializm siyasətinin çirkin əlləri qədimdən öz azğın məqsədinə çatmaq üçün təfriqə salmağı əsas işi sayıb. Amma bu gün İslam Oyanışı hadisəsinin bərəkəti ilə müsəlmanlar imperializm və sionizm cəbhəsinin düşmənçiliyini tanıyıb və bu düşmənçiləyə qarşı mövqe tutub. Müsəlmanlar arasında təfriqə salmaq siyasətləri daha da şiddətləndirilib. Hiyləgər düşmən bu fikirdədir ki, müsəlmanlar arasında daxili müharibələri qızışdırmaqla onlardakı müqavimət və mücahidə ruhiyyəsini yolundan çıxarsın, diqqəti həqiqi düşmən olan sionist rejim və imperializm muzdurlarından yayındırsın. Təkfirçi terror qruplaşmaları və bu qisim qüvvələrin qərbi Asiya məntəqəsində işə salınması bu qəddar siyasətlərin tərkib hissəsidir. Bu hamımıza xəbərdarlıqdır və müsəlmanların birliyi məsələsini öz ilk milli və beynəlmiləl vəzifəmiz saymalıyıq.
Digər mühüm məsələ Fələstin məsələsidir. Qəsbkar sionist rejimin yaradılmasından 65 il ötüb və bu mühüm, həssas problemdə müxtəlif eniş-yoxuşlar yaşanıb. Xüsusilə son illərdəki qanlı hadisələr iki həqiqəti aşkar ortaya qoyub. Birincisi budur ki, sionist rejim və onun cinayətkar hamiləri amansızlıq, insani və əxlaqi dəyələrin tapdanmasında heç bir hədd-hüdud tanımırlar. Qətliam, soyqırım, dağıdıcılıq, uşaq və qadınların qətli, əllərindən gələn hər zülmü özlərinə mübah (mümkün) sayırlar və bununla iftixar edirlər. Qəzzədə son 50 günlük müharibədəki üzücü səhnələr bu tarixi cinayətlərin son nümunəsidir. Əlbəttə ki, son yarım əsrdə bu cinayətlər dəfələrlə təkrarlanıb.
İkinci həqiqət budur ki, işğalçı rejim başçları bu amansızlıq və cinayətlərlə öz məqsədlərinə çata bilməyiblər. Əksinə, xəbis sionist siyasətbazların başındakı puç xülyalar onların axmaq arzularının ziddinə olaraq, hər gün məhvə yaxınlaşıb. Mühasirədə, köməksiz qalmış Qəzzənin 50 gündə, bütün vücudu ilə hərbini ortaya qoymuş işğalçı rejimi geriyə oturtması, sionistlərin müqavimətin şərtlərinə təslim olması azğın rejimin gücsüzlük və bünövrəsizliyini aşkarladı. Bu o deməkdir ki, Fələstin xalqı həmişə ümidvar olmalıdır. Həmas və Cihad mübarizləri öz qüvvələrini artırmalıdır. Qərb Sahili öz həmişəki iftixarlı yolunda möhkəmlənməlidir. Müsəlmanlar öz dövlətlərindən Fələstinin müdafiəsini ciddi şəkildə tələb etməlidirlər. Müsəlman dövlətlər bu yolda sədaqətlə addım atmalıdır.
Üçüncü əsas prinsip həqiqi Məhəmməd İslamı ilə Amerika İslamının fərlərinə ayıq baxmaq, bu iki cəbhənu səhv salmaqdan həzər qılmaqdır. İlk dəfə böyük İmam Xomeyni (r) bu iki cəbhəni fərqləndirməyə cəhd etdi. Bu məsələni İslam dünyasının siyasi terminologiyasına daxil etdi. Həqiqi İslam səmimiyyət və mənəviyyat, təqva, demokratiyaya sadiq, "kafirlərlə sərt, ümmətlə mehriban olmaq" şüarı verən İslamdır. Amerika İslamı isə ümmət düşmənlərinin nökərlərinə İslam libası geyindirməkdir. Müsəlmanlar arasında təfriqə alovu qızışdırmaq, Allah vədlərini qoyub Allah düşmənlərinin vədlərinə bel bağlamaq, sionizm əvəzinə müsəlman qardaşla döyüşmək, öz millətinə qarşı Amerika ilə müttəfiqlik etmək İslam deyil. Belə İslam hər bir sədaqətli müsəlmanın mübarizə aparmalı olduğu təhlükəli nifaqdır.
Bəsirət və dərin düşüncə ilə baxış bu həqiqəti və mühüm məsləni bütün həqiqət sorağında olanlar üçün işıqlandırar, günün vəzifəsini dəqiq müəyyənləşdirər. Həcc, bu mərasim, onun şüarları bəsirət qazanmaq üçün qiymətli fürsətdir. Ümid edirəm ki, siz xoşbəxt həcc zəvvarları bu ilahi nemətdən lazımınca bəhrələnəcəksiniz. Hamınızı böyük Allaha tapşırıram. Tələşlarınız qəbulunu Allahdan diləyirəm.
Vəssəlamu ələykum və rəhmətullah
Seyid Əli Xamenei
Qəməri 1435, 5 zilhiccə
Dostları ilə paylaş: |