Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Cahiliyyət təkcə elmdən məhrumluq deyil



Yüklə 189,59 Kb.
səhifə8/29
tarix02.01.2022
ölçüsü189,59 Kb.
#2351
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
Cənab Rəhbər Ayətullah Xameneinin İmam Hüseyn (ə) adına Zabitlər və Keşikçilərin Təlimi Universitetində bəyanatı

Cənab Rəhbər: Mən icazə vermərəm!

Bismillahir-Rəhmanir-Rəhim...

Siz əziz gənclərə, İran xalqının gözünün nuru olan əziz övladlarına təbrik deyirəm. Həm müqəddəs keşikçilik məsuliyyətini qəbul edənlərə, həm rütbə alanlara, həm də bu iftixarlı mərhələyə qədəm qoyanları salamlayıram. Bu yaradıcı, gözəl, mənalı səhnələrə görə təşəkkür edirəm. Düzülüşlər və proqramlar həm gözəl idi, həm də dərin məzmuna malik və yeni idi. Həyatın bütün sahələrində, elmdə, müdiriyyətdə, həyat tərzinin təkmilləşdirilməsində, inqilabi dəyərlərin qorunmasında bu bir neçə nöqtəyə diqqət zəruri, həm də mümkündür. Bütün işlərdə həm yenilikçilik və ixtiraçılığa, həm gözəllik və mənaya diqqət yetirmək lazımdır. Məmləkətin mühüm məsələlərində, eləcə də həyatın bütün sferalarında səthi işlərdən çəkinmək lazımdır. Dərin, mənalı, davamlı işlərə diqqət yetirilməlidir.

Allaha şükür edirəm ki, bu şəcəreyi-təyyibə (pak ağac), yəni İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) güc, inkişaf, düşüncə və əməl yetkinliyi baxımından hazırkı mərhələyə çatıb. Həmd olsun Allaha ki, hər gün irəli gedirsiniz, hər gün zahir və batini kamilləşdirirsiniz. Bu universitet özü İslam İnqilabı Keşikçiləri Korpusunun irəliyə doğru hərəkətinin göstəricilərindəndir. Əziz gənclər, mənim əziz övladlarım! Diqqət yetirin ki, sizin universitetin Xurrəmşəhrin fəthi, Fəthül-mubin əməliyyatı, Fav əməliyyatı, Kərbəla-5 əməliyyatı kimi keçmişi var. Bugünkü inkişaflar üçün həmin mücahidələr, həmin fədakarlıqlar, cəbhələrdə sizdən əvvəlkilər, sələfləriniz vasitəsilə şölələnən, gözləri qamaşdıran nur zəmin olub. Bu nur ölkəni hərəkətə gətirir, İran İslam Cümhuriyyətinin həyat fəzasını, bu məmləkətin əziz xalqını məqsədlərə, amallara uyğunlaşdırır.

Bu gün böyük İslam İnqilabının davamı, bayrağı sizin əlinizdədir. Hansı bayraq? Yəni İslam sivilizasiyası bayrağı. Bu bayraq bəşəriyyətin səadəti üçün yol açır. Bunu hamınız bilin, İslam sivilizasiyası bütün insanlar və bəşəriyyət üçün yol açır. Bu baxış bugünkü gənclərin ixtiyarındadır. Bu yeni, təlaşlı, cazibəli baxış Böyük İmamın rəhbərliyi altında İslam İnqilabı ərsəyə gətirib. Onu bu millətin ixtiyarına verib. Bu düşüncəli, oyaq, qədirbilən xalq onu alıb və qənimət sayıb. Bu günə qədər onun keşiyində dayanılıb. İran xalqının fədakarlığının mühüm təzahürlərindən biri Müqəddəs Müdafiə idi. Bu fədakarlıq bu gün həmin bayrağı ucaya qaldırıb.

Bu bayraq, bu sivilizasiya qarşısında dünyanın müasir cahiliyyət sivilizasiyası dayanıb. İslam baxışı ədalət tərəfdarıdır, bəşəriyyətin azadlığına tərəfdardır. Bu baxış imperializm və istismar zəminələrinin aradan qalxmasına tərəfdardır, bütün dünya da istibdadın məhv olması tərəfdarıdır. Yəni dünyada iki cinah, əzən və əzilən cəbhə olmasın. İslam nizamının baxışı budur. Sizin əlinizdə olan bayraq bu bayraqdır. Qarşıda isə, əks cəbhədə isə zalım, zor deyən, təkəbbürlü, eqoist bir baxış dayanır. O, dünyanın inhisarçı, müstəbid, böyük kapitala arxalanan qüvvələrinin baxışıdır. Həmişə olublar, bu gün də mövcuddurlar. Keçmişdə açıq və utanmadan öz mahiyyətlərini göstərirdilər. Bu gün müxtəlif örtüklər altında, gözəl sözlərlə, məsələn, insan haqları, amansızlığa son kimi şüarlarla, münafiqcəsinə, riyakarlıqla işlərini irəli aparırlar. Amma millətlərin iti gözü bunu seçir. Bu iki baxışı, bu iki yanaşmanı bir-birindən ayıra bilirlər. Bu iki diskurs barışası deyil. Onlar yaxınlaşmayacaq, barışa bilməyəcək. Onlardan biri məzlumlara, dünya xalqlarına zülm-sitəm diskursudur. Digəri məzlumların zalımlar qarşısında müdafiəsi diskursu. Bunlar nec barışa bilər?! Bunlar necə yaxınlaşa bilər?! Bu gün dünya hər şeyi görür, hər şeyi anlayır. Düşmənlərimiz öz təbliğatlarında İslam Cümhuriyyətini təcrid olmuş, güşənişin kimi göstərməyə çalışırlar. Amma İslam Cümhuriyyəti təcrid olmayıb. İslam Cümhuriyyəti yarandığı zamandan bu günə qədər dünya xalqlarının qəlbində özünə yer edir. Bəli, harada təbliğat, ağı qara göstərməyə təlaş varsa həqiqət pərdələnir. Amma bu işi qısa müddət görmək olar. Baxın görün İran İslam İnqilabından bu günə qədər başqa ölkələrə səfərə gedən prezidentlərimizi xalqlar necə qarşılayıb? İnsanlar öz rəftar və danışıqlarında heyrətlərini gizlətməyiblər. Bu bir dövrə aid deyil. İnqilabın əvvəlindən bu günə qədər belə olub. Şimali Afrika, Qərbi Asiya, Şərqi Asiya, bütün bu məntəqələrə gedən prezidentlərimiz orada xalqla görüşmək istəyib. Həmin məmləkətin xalqı öz sevincini bildirib. Bu gün bütün dünyada belədir. Qərblilərin adını Yaxın Şərq qoymaq istədiyi Qərbi Asiya ölkələrində də görüşlər belə olub. Hətta Avropa ölkələrinə qonşu olkələrdə də eyni münasibət müşahidə edilib.

Bu gün sizin adınız, İran xalqının adı dünyada, millətlər arasında dünyanın azad insanları arasında uca və iftixarlı addır. Bəs dövlət arasında necə? Dövlətlər arasında da belədir. Dövlətlər də insanlardan təşkil olunur. Kimin ki qəlbi zülmətə dönməyib, kimlər ki azğın nəfs istəklərinə qərq olmayıb, kimlər ki imperializmə nökərçiliyi qəlbən qəbul etməyib, etiraf edir ki, İran xalqı əzəmətlidir, onun əzəmətli nizamı bu xalqı bu sayaq irəli apara bilib.

Ölkəmizdə təşkil olunan tədbirlərdə, istər İslam konfransında, istər bloklara qoşulmayanların toplantılarında ölkə başçılarının əksəriyyəti bir araya gəlib, öz məhəbbətlərini bildiriblər. Deyillər ki, İran bir güşəyə çəkilib. İranın təcrid olduğunu deyirlər. O şəxslər təcrid olub ki, yalnız güc, pul, dollarla qəlbləri ələ ala bilirlər. Onların bəyanatlarında, müraciətlərində, əməllərində dünya üçün cazibədar heç nə yoxdur. Əzizlərim, ey İran xalqının əziz övladları! Bu iftixarlı bayraq sizin əlinizdədir. Bu universitetdə, ölkənin bütün nöqtələrində gənclərimiz imanla hərəkətdədirlər.

Biz İslam, İslam nizamı, inqilabi hərəkat, inqilabi baxış, inqilabi ideallar vasitəsilə əldə etdiyimiz izzəti, ucalığı əldən verməyəcəyik. Bu gün düşmənlər nigarandırlar. Hər gün İran İslam Cümhuriyyəti qarşısında bir problem yaradırlar. Biz qorxmuruq, biz çəkinmirik. Əgər biz hərəkətsiz bir vücud olsaydıq bizə qarşı belə təlaş göstərməzdilər. Biz hərəkətdəyik, biz diriyik, biz inkişaf edirik, biz fəalıq, buna görə də qarşımızda problemlər yaradılmasını gözləyin. Allah-Taalanın qüdrəti, Ona təvəkküllə, ilahi vədlərə etimadla, özünəinamla bu problemlərdən ötüb-keçəcəyik. Düşmənlərimiz düzgün dərk etməyiblər, İran xalqını düzgün tanımayıblar, İslam Cümhuriyyətinin məsulları ilə lazımınca tanış deyillər. Buna görə zorakı sözlər danışırlar. Elə bu nüvə müzakirələrində zor göstərirlər. Aydın olur ki, bu milləti tanımayıblar. Bizim dövləti tanımayıblar. Bizim dövlət təslim olmayacaq. Dövlətimiz bu millətdəndir. Bu millət arasından çıxmış dövlətdir. Həmin ideallarla irəli gedib, həmin ideallarla inkişaf ediblər. Dünyada bu düşmən qarşısında hansı dövlət, hansı millət, hansı məsul geri çəkilibsə düşmən irəli gəlib. Onlar daha artıq tələb ediblər. Onların dünya xalqlarına münasibətdə istismar və əsarətdən başqa istəyi yoxdur. Bacardıqları qədər irəli gəlirlər. Onların qarşısında əzm və iradə, təvəkkül, milli iqtidardan möhkəm divar çəkmək lazımdır.

Müzakirələrdə yeni sözlər danışırlar. Biz dedik ki, heç bir hərbi obiektimizə biganələrin müfəttişini buraxmayacağıq. Deyirlər ki, biz sizin alimlərinizlə söhbət etməliyik. Əslində onları sorğuya çəkmək istəyirlər. Biz yol vermərik ki, bizim nüvə alimlərimizə, istənilən mühüm ixtisas üzrə alimlərimizə qarşı zərrəcə alçaldıcı hərəkət edilsin. Mən icazə vermərəm ki, biganələr bizim alimlərimizi, İran xalqının layiqli və əziz övladlarını sorğuya çəksinlər. Bu layiqli övladlar elmi bu səviyyəyə çatdırıb. Dünyada heç bir ağıllı insan, heç bir dövlət buna icazə verməz. Hamı öz alimlərini gizlədir. Onların adlarının açıqlanmasına yol vermir. Həyasız düşmən istəyir ki, biz yolu açaq, gəlib bizim alimlərlə söhbət etsinlər, müzakirə aparsınlar. Nə barədə? Ölkədə ümumi elmi inkişaf barədə. Şübhəsiz, belə bir işə yol verilməyəcək. Bunu həm düşmənlər, həm də İslam Cümhuriyyətinin qərarını gözləyənlər yaxşı bilsinlər.

Əziz məsullarımız bu meydanda şücaətlə hərəkət edirlər. Bilsinlər ki, həyasız düşmənlə yeganə rəftar üsulu qətiyyət və güzəştə getməməkdir. Onlar müzakirələrdə İran xalqının istəklərini, bu xalqın əzəmətini göstərməlidirlər. Hər birimiz, hansı məsuliyyətdə kim varsa, İslam İnqilabının bərəkəti sayəsində həmin məsuliyyətə çata bilib. Siz bir gənc tələbə olaraq böyük arzularla yaşayırsınız. Məsullar müxtəlif sahələrdə uca məqsədlərə çatmaq üçün çalışırlar, xidmət göstərirlər. Hamımız xidmətçiyik. Bu həqir hamınızın xidmətçisiyəm. Zor deyən düşmən qarşısında, həyasız düşmən qarşısında, düşmənin yersiz istəkləri qarşısında, düşmənin fitnəkarlıqları qarşısında var gücümüzlə möhkəm dayanmaq hamımızın vəzifəsidir.

Mənə xəbər çatıb ki, düşmənlərimiz Fars körfəzi ölkələrinin bəzi ağılsız başçıları ilə - hamısını nəzərdə tutmuram - birlikdə təmsili (uzaqdan idarə edilən) müharibələri İran sərhədlərinə doğru çəkmək istəyirlər. İslam İnqilabı Keşikçiləri, milli təhlükəsizliyi qoruyan bütün insanlar müxtəlif təşkilatlar da oyaqdırlar, diqqətlidirlər. Yaxşı bilsinlər ki, əgər bir şeytənət baş versə, İran İslam Cümhuriyyətinin reaksiyası çox sərt olacaq. Bu aydın bir yoldur. Bu açıq və geniş bir yoldur. İran xalqının qarşısında bu açıq bir üfüqdür. İran xalqı böyük ümidlə həmd olsun Allaha ki, bu yolu gedir. Əlbəttə ki, böyük məqsədlərə doğru hərəkət zamanı yorğunluqlar, xərclər və problemlər də var. Tarixdə problemlərdən yorulmayan, dizə çökməyən, düşmən qarşısında əyilməyənlər ləyaqətli insanlar, ləyaqət ordeni almış xalqlardır. Onlar bütün təcavüzlər, sözdə, işdə təcavüzlər qarşısında öz əzm və iradələrindən möhkəm divar çəkiblər. İstər meydan müharibələrində, istər informasiya müharibəsində təcavüzkara müqavimət göstəriblər. İran xalqı bu xalqlardandır. 35 ildir ki, İran xalqı bu yolda hərəkət edir. Bu gün siz əziz gənclər bu səhnənin növrəstə bəhrələrisiniz. İnşaallah, bu ağır yükü siz və ölkə boyu işə məşğul olan, təhsil alan gənclər çiyninə götürsün. İnşallah, bu əmanəti bizdən, əvvəlki nəsillərdən daha üstün şəkildə irəli aparın, Allah qarşısında, ilahi dərgahda əziz şəhidlərin gözünü işıqlandırın.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd hörmətinə, bizim dəyərli şəhidlərimizin pak ruhuna, Böyük İmamın pak ruhuna öz rəhmət və bərəkətini nazil et!

Pərvərdigara! Bu gənc qəlblərə, bu pak insanlara öz rəhmət və bərəkətini nazil et!

Pərvərdigara! Şəban ayı və qarşıdakı ramazan ayında bu gənclərə öz tövfiqini əta et, onlara özünə yaxınlığı lütf buyur.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

May, 2015


Yüklə 189,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin