Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Amerika siyasətini, onun əlaltılarının siyasətlərini yaxşıya yozanlar xəyanət edirlər



Yüklə 189,59 Kb.
səhifə4/29
tarix02.01.2022
ölçüsü189,59 Kb.
#2351
1   2   3   4   5   6   7   8   9   ...   29
7 tir şəhidlərinin ailələri ilə görüşdə bəyanat

Amerika siyasətini, onun əlaltılarının siyasətlərini yaxşıya yozanlar xəyanət edirlər


Mübarək ramazan ayının 10-cu günü İmam Xomeyni (r) Hüseyniyyəsində Tehran ustanının şəhid ailələri ilə görüşdə bəyanat

Bismillahir-Rəhmanir-Rəhim...

Əziz qardaşlar və bacılar, xoş gəlmisiniz. Şəhidlərin xatirə rayihəsi ilə bu hüseyniyyəni, bizim iş yerimizi ətirləndirdiniz.

İslam İnqilabının bərəkətlərindən biri bu zamanda İslam maarifinin təkrar istehsalıdır. Bu maarifin böyük hissəsi kitablarda və zehnimizdə idi, İslam İnqilabı onu təcəssüm etdirdi, real ortaya qoydu. Bu maarifin çox mühüm hissələrindən biri şəhidlərə aid olan Maarif Mənzuməsidir. Tilavət olunan şərif ayədə bu barədə aydın buyurulur: “Allah yolunda öldürülənləri ölü sayma. Əslində onlar diridirlər, Rəbbi yanında ruziyə çatıblar; onlar Allahın öz mərhəmətindən verilən nemətə şaddırlar, arxalarınca gəlib hələ onlara çatmamış kəslər üçün heç bir qorxu olmayacağına və onların qəm-qüssə görməyəcəyinə sevinirlər.” (Ali-İmran, 169,170) Bu, İslam maarifində yer almışdır. Onun müsəlman cəmiyyətində şəhadəti oyadan, canlandıran rolu var. Şəhidlər hələ ki onlara qoşulmayanlara müjdə verirlər. Məsələn, mənə və sizə müjdə verirlər. Deyirlər ki, bu yolda nə qorxu var, nə qəm-qüssə.Orada yalnız şadlıq, sevinc var. Ora ruhiyyədir, ümiddir. Bu bir dərsdir. Həmin dərs İslam Cümhuriyyəti tarixində təkrarlandı. Şəhidlərimiz eşq və sevinclə meydana daxil oldular, təlaş göstərdilər, onların təlaşları sadiqanə idi. Bu təlaş ilahi mükafatla yanaşı oldu. Şəhadətə çatdılar, bu şəhadət heç şübhəsiz böyük bir nemət, böyük bir mükafatdır. Allah-Taala bu müxlis, pak bəndələrinə şəhadəti ruzi etdi. Şəhidlər meydana sevinclə daxil oldular, Allahın razılığı ilə Onun görüşünə getdilər. Ölümdən sonra nə qəm-qüssə gördülər, nə də qorxu. Bunu cəmiyyətə ötürürlər, hələ ki onlara qoşulmayanlara müjdə verirlər. Uzun illər boyu bunu müşahidə etmişik. Harada şəhadət olubsa, bunun ardınca şəhid ailəsinin iftixarı var. Şəhidin ailəsi bir qürur duyub. Onun yaxınları mənəvi sevinc yaşayıb, xalqın ruhiyyəsi iki qat güclənib, cəmiyyətə böyük təsir olub. Bu hadisələr arasında bariz hadisələrdən biri 7 tir hadisəsidir.

7 tir kiçik hadisə deyildi. Cümhuriyyətin 72 layiqli şəxsiyyəti, rəhbərini zahirən birdəfəyə məhv etdilər. Onların arasında şəhid Behişti kimi şəxsiyyət vardı. Şəhid Behişti dövrün nadir hadisələrindən idi. Onun kimisini ardıcıl nəsillər arasında az tapmaq olur. Fəal nazirlər, məclis nümayəndələri, siyasətçilər, fəal inqilabçılar birdəfəyə xalqın əlindən alındı. Bu hadisənin təbii və adi təsiri nə idi? Qaydaya görə nəticə xalqın məğlubiyyəti, inqilabın məğlubiyyəti olmalı idi. Amma tam əksinə oldu. Tam əksinə olaraq, düşmənin gözləmədiyi təsir ortaya çıxdı. Xalq əl-ələ verdi, inqilab real bir yol tutdu, düzgün yol seçildi, düşmənlər ifşa oldu, rüsvayçılıq yaşadı.

Bu böyük cinayətin xalq arasında uzun illər çalışmış, gənclər arasında təbliğat işi aparmış, özünü azadlıq, dəyər tərəfdarı kimi göstərən icraçıları vardı, onlar ifşa oldular. Məlum oldu ki, bunlar heç bir əqidə və inqilabi düşüncəyə malik olmayan bir ovuc terrorçu imiş. Nəticə bu oldu ki, qısa bir müddətdən sonra onlar Səddam Hüseyn kimi birinə sığındılar. İraq xalqının da ziddinə iş gördülər. İran xalqının da ziddinə çalışdılar. Müharibə meydanına çıxdılar, öz xalqları ilə vuruşdular. Bundan böyük rüsvayçılıq ola bilməzdi. Pərdə arxasında iş görənlər də ifşa edildi. Bu hadisəni, cinayəti himayə edənlər vardı. Onlar da üzə çıxdı. Ölkə daxilində, xaricdə bu hadisəyə dəstək verənlər məlum oldu. Hamı bildi ki, ölkədə nə hadisə baş verib, İran xalqının düşmənləri kimlərdir. Bəziləri də susdu. Bir razılıq sükutu ilə dinmədilər, onlar da ifşa oldu.

Böyük İmam bu hadisədən bir dərs kimi bəhrələnərək əsl inqilabi xətti xalqın qarşısına qoydu. Həmin günlərdə inqilab yolundan büdrəməkdə idi. Onu Şərq və Qərbə doğru çəkirdilər. Hadisə ilə inqilab qurtuldu. Bu hadisənin bərəkəti oldu. Bəli, böyük şəxsiyyətləri itirdik. Amma görün faydası nə oldu. Müsəlman ümmət 1400 illik tarixdə hələ də Kərbəla şəhidlərinin qanına borcludur. Seyyidüş-şühədanı itirməkdən böyük baha?! Hüseynin (ə) köməkçilərindən əziz olan can?! Bu bahanı ödədilər, amma İslam yaşadı, Quran yaşadı, əsl İslam xətti cəmiyyətdə yaşadı. Bu faciə 7 tirdə, başqa hadisələrdə də təkrarlandı.

Hadisənin bəhrələrindən biri xalqın mənəvi sevinci, şövqü oldu. Bu hadisə inqilabın cəmiyyətə necə dərin nüfuz etdiyini göstərdi. Düşmənlər də reallıqla üzbəüz qaldı. Gördülər ki, belə bir hadisə başqa ölkələrdə hakimiyyəti sarsıdırsa, İran xalqının vəhdəti ilə başa çatdı. Başa düşdülər ki, bu inqilabla zor dilində danışmaq olmaz, bunun nəticəsi olmur. Bunu hiss etdilər.

Bu hadisənin mühüm təsirlərindən biri ifşaçılıq oldu. İnsan haqlarından danışan super güclər ifşa edildi. Bu hadisəni, dünyada başqa terror hadisələrini törədənlər Avropa və Amerikada azad fəaliyyətdədir. Ölkə başçıları ilə görüşürlər, onlara insan haqlarından danışırlar. Bütün bu insanlar ifşa oldu. Bundan böyük ifşaçılıq olmazdı. Aydın oldu ki, insan haqlarından, terrorizmlə mübarizədən danışanlar nə qədər riyakar, yalançıdırlar. Bu gün bunu hamı gözü qarşısında müşahidə edir.

Ölkəmizdə 17 min şəhid terror qurbanıdır. 17 min terror qurbanı! Bu kiçik rəqəmdir? Bu ciddi deyil? Bu terror hadisəsini törədənlər Qərb ölkələrində azad gəzir. Kimlər terror edilir? Tacir, əkinçi, alim, universitet müəllimi, gecə namazı qılan mömin, uşaqlar, qadınlar, beləcə 17 min insan terror edilir. Bu İslam İnqilabının tarixinə birdəfəlik yazılır. Hadisənin iki tərəfi var. Bunun biri terrorla mübarizə apardığını iddia edənlərin maskasının yırtılmasıdır. Hadisə batil iddialar qarşısında bir güzgü oldu. Onların nə qədər yalançı, fırıldaqçı, xəbis olduğu üzə çıxdı. Aydın oldu ki, nə qədər rəzildirlər. Onlar amansız terrorçuları himayə edirdilər. Eyni zamanda terrora qarşı olduqlarını söyləyir, bu şüarla çıxış edirlər. Hadisənin bir tərəfi budur. İkinci bir tərəf budur ki, müqəddəs müharibədəki şəhidlərdən əlavə terrorda 17 min şəhid vermiş xalq daha da birləşib, inqilab yolunda düşmən qarşısında dayanıb. İnqilabın əzəməti bu şəhadətlərlə üzə çıxdı. Qurani-Kərimdə oxuyuruq: “Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi nemətə sevinər, arxalarınca gələn, hələ ki onlara çatmayanlara qorxu və qəm-qüssə olmayacağına şadlanarlar.” (Ali-İmran, 170). Bu bir müjdədir. İran xalqına müjdə verilir. Müsəlmanlara müjdə verilir. Bu maarif, bu bilik kitablarda, zehnimizdə var idi. Övladlarımız, yoldaşlarımız, atalarımız həmin bilikləri həyata keçirdilər, təcəssüm etdirdilər. Gələcək nəsillərə həqiqət göstərildi.

Şəhidlər bu gün də millətin ruhiyyəsini, İran xalqının ruhiyyəsini gücləndirməkdədir. Bir neçə gün öncə Tehrana 270 şəhid daxil oldu. Gördünüz ki, necə bir hadisə yarandı. Necə bir şövq, həyacan yaşandı. Ümidsizliklər, biganəliklər, şövqsüzlüklər qarşısında bir hadisə. Bu şəhidlərin işidir.

Doğrusunu desək, şəhidlərlə bağlı az iş görmüşük. 7 tir şəhidləri hadisəsinin ecazkar cəkisi var. Bu cinayət hadisəsində hədəf olmuş çöhrələrin tanıtıdırılması lazımdır. Bu sarsıdıcı hadisə qarşısında möhkəm dayanmış İran xalqının tanıtdırılması zəruridir. Belə hadisələr qarşısında bu xalq nəinki geri çəkilmir, iki qat artıq ruhiyyə ilə səhnəyə çıxır. Həm düşmənlərin necə çirkin mövcud olduğu, necə xəbis siyasətlər yürütdüyü, aydın olur, cinayətkar əllər görünür. Bu böyük tutum, potensial 7 tir və başqa hadisələrdə mövcuddur. 7 tir daha önəmlidir. Az iş görmüşük. Onları tanıtdırmamışıq. Çox iş görmək olardı və görülməlidir. Məsul orqanlar, hər birimiz bu sahədə az çalışmışıq. Belə görünür ki, bu işi də könüllü inqilabi möminlər cinahına tapşırmaq lazımdır. Bu gənclər könüllü olaraq mədəniyyət, başqa sahələrdə işlər görürlər, istedadlarını ortaya qoyurlar, həqiqətləri işıqlandırırlar, yatmış imkanları oyadırlar. Bu işi də onlar görməlidir. İncəsənət dilində, təsvir dilində, müxtəlif vasitələrlə bu hadisəni, hadisədə hədəf olmuş şəxsiyyətləri tanıtdırmalıdırlar. Şəhid Behişti kimi bir şəxsiyyət dünyaya tanıtdırılmalıdır. Şəhid Rəcai, şəhid Bahünər dünyaya tanıtdırılmalıdır. 7 tir və başqa hadisələrdə şəhadətə çatan şəxsiyyətlər tanıtdırılmağa layiq şəxslərdir.

Mən bəzən şəhidlər haqqında kitabları oxuyuram. Dorğudan da bir dərsdir. Mən dərs alıram. Bu kitabları oxumaqdan ruhiyyə əldə edirəm. Aydın olur ki, onlar necə böyük şəxsiyyətlərdir. Necə ruhiyyələri, əzəmətli olub. Öz isarları ilə necə böyük işlər görüblər. Canlarını əllərinə alıb meydana daxil olublar. 7 tir şəhidləri qarşıda onları nə gözlədiyini bilmirdilər? Məlum idi. O zaman meydanda hərəkət edən hər bir şəxs bilirdi ki, minalanmış bir sahədə hərəkət edir. Hər tərəfdə müxtəlif hadisələr baş verirdi. Bununla belə şücaətlə meydana daxil oldular, hərəkət etdilər. Şəhidlərin bərəkəti çox böyükdür. Bu sözlərlə şəhidlərin haqqını yerinə yetirmək olmaz. Onların gördüyü işin, xidmətin əvəzini çıxmaq olmaz.

Şəhid ailələri də bu qəbildəndir. Bizim bu məclisimizdə üç ya daha artıq şəhid vermiş ailələr var. İnsanın öz ciyərparəsini əldən verməsinə dözmək dildə asandır. Elə ailələr olub ki cəmi iki oğulları olub. Hər iki oğullarını müqəddəs müharibədə təqdim ediblər. Burada xanımlar var ki, həm həyat yoldaşlarını, həm də övladlarını Allah yolunda veriblər. Bunu dildə demək asandır. İlkin İslam dövrü haqqında oxuyuruq ki, Ühud savaşında bir xanım üç şəhidin cəsədini miniyə qoyub Mədinəyə doğru aparırdı. Təəccüblü hadisədir. Əfsanəyə bənzəyir. Biz indi bu əfsanələri gözümüzlə gördük. Zəif ruhiyyələr də güclənir, təravətlənir. Bu gün ölkəmizin belə əzm və iradəyə ehtiyacı var.

Bunu hamı bilsin, bu gün düşməni tanımağa ehtiyac var. Düşməni tanıyaq. Dünyadakı düşmənlər özlərini müxtəlif üsullarla zinətləndirir, informasiya vasitəsiləri ilə simalarını dəyişir, bəzək-düzəklə səhnəyə çıxırlar. Onları tanıyaq. Amerikanı tanıyaq. 7 tir hadisəsi! Partiya hadisəsi baş verdi, 1366-cı ildə 7 tir günü Sərdəşt kimyəvi bombalarla hücuma məruz qaldı. Bu işi Səddam gördü. Amma onun arxasında kim var idi? Amerikalılar, qərblilər, ona kimyəvi bomba verənlər, ona yaşıl işıq yandıranlar, bu böyük cinayətin, qətliamın qarşısında susanlar vardı. 11 tirdə, bir neçə gün sonra şəhid Səduqinin terror ildönümüdür. Bu da həmin cinayətkarların işi idi. 12 tirdə Fars Körfəzinə bir təyyarə süqut etdi. 7 tirdən 12 tirə qədər terror hadisələrinə, qətliamlara diqqət yetirin. Bu hadisələrdə nə qədər qadın, uşaq, alim, siyasətçi həlak oldu. Bu hadisələrdə Amerikanın əlaltıları iş görürdü. Bu hadisələri Amerika və Qərbin kəşfiyyat orqanları planlaşdırmasa da, ən azı yardımçı olub. Ən azı təşviq ediblər. Bu düşmənləri tanıyaq. 7 tirdən 12 tirə qədər günləri amerikasayağı insan haqları həftəsi adlandırmaq yaxşı olardı. Doğrudan da, amerikasayağı bəşər hüquqları bu neçə gündə ölkəmizdə özünü açıq göstərib. Düşməni tanımağa ehtiyacımız var. Bu gün Amerika siyasətini, onun əlaltılarının siyasətlərini yaxşıya yozanlar xəyanət edirlər. Bu cinayətdir. Belə aşkar həqiqəti gizlətmək, xəbis düşmənin simasını pərdələmək xalqa xəyanətdir. Xalqımızın düşməni tanımağa ehtiyacı var. Düşmənin qəlbindəkini anlamalıyıq.

Düşmənlə qarşılaşmaq üçün hazırlığa ehtiyac var. Bu qarşılaşma həmişə hərbi meydanda qarşılaşma deyil. Meydan qarşıdurmasından da çətini təbliğat qarşıdurması, mədəniyyət qarşıdurması, siyasət qarşıdurmasıdır. İctimai həyat səhnəsində qarşıdurma ağırdır. Bu gün əziz xalqımızın şəhidlərin amallarına ehtiyacı var. Onların mesajlarına ehtiyaclıyıq. Ümidverici, ifşaedici, mənəvi sevinc, yüksək ruhiyyəli bildirişlərə ehtiyaclıyıq. Xalq şəhidlərə borcludur. Siz şəhid ailələrinə borcludur. Hamımız borcluyuq. Kim bunu gizləsə, şəhidlərin adının əzəmətlə çəkilməsini istəməsə, şəhidlər haqqında tərif deyiləndə sinəsinə yara vurulsa, onlar bu millətin xoşbəxtliyinə biganələrdir. Onlar yadlardır. Şəxsiyyət vəsiqələri iranlı olsa da, əslində yaddırlar. Onlar İran xalqı ilə səmimi və həmddərd deyillər.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Iyul, 2015




Yüklə 189,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin