Ədəbiyyat



Yüklə 24,14 Kb.
tarix05.12.2023
ölçüsü24,14 Kb.
#173635
1muh


Ədəbiyyat
1. Н.С.Ахметов. Общая и неорганическая химия, Москва, Изд-во «Высшая школа», 2002.
2. Z.Qarayev. Qeyri-üzvi kimya, Bakı, 1983, “Maarif” nəşriyyatı.
3. Н.Л.Глинка. Общая химия, Л., 1984, «Химия».
4.Н.Н.Павлов. Общая и неорганическая химия, М., 2002.
5. Я.И.Михайленко. Курс общей и неорганической химии. М., 1966.
6. Л.А.Николаев. Неорганическая химия, М., 1982.
7. Ə.B.Əliyev, Y.H.Həsənov, S.İ.Sadıqzadə. Ümumi və qeyri-üzvi kimya. “Maarif” nəşriyyatı, Bakı-1987.
8. B.V.Nekrasov. Ümumi kimya kursu. Bakı, Azərnəşr, 1950.
9.Ş.Ə.Musayev, S.İ.Sadıqzadə, S.Ə.Novruzov. Ümumi kimya. I hissə, “Maarif” nəşriyyatı, Bakı – 1989.
10. Г.Реми. Курс неорганической химии. Т. I и II. М., «Мир», 1972-1974.
11. Ya.A.Uqay, Ümumi kimya (rus dilindən tərcümə), BDU nəşr., Bakı-2003.
12.Я.Ф.Угай. Общая химия. Москва «Высшая школа» 1984
13V.M.Abbasov, A.M.Məhərrəmov, M.B.Babanlı və b. “Ümumi kimyanın əsasları”, “Azərbaycan ensiklopediyası”, Nəşriyyat-poliqrafiya birliyi, Bakı-2000.
14. Ə.B.Əliyev. Ümumi kimya, “Nurlan nəş-tı”, Bakı-2005.

I-Mühazirə:


G İ R İ Ş
Kimya ilk vaxtlar Misirdə meydana gəlmişdir, onu “ilahi” elm hesab edirdi-lər. Bu elm haqqında məlumatlar ayrı-ayrı ölkələrə yayılırdı. Xüsusən ərəblər onu müvəffəqiyyətlə mənimsəyirdilər. Onlar kimya adını dəyişib, ərəb dili üçün xarak-terik olan “əl” şəkilçisi əlavə edərək, “əlkimya” adlandırmışlar. Misirdən əlavə həmçinin Hindistan və Çində də bu elm yayılmışdır və qazıntılar zamanı aşkar olmuşdur.
Avropa əlkimyasının başlanğıcı, görünür ki, b.e.ə. VI əsrinə aiddir, lakin bizə birinci az və ya çox məlum olan əlkimyaçı VIII əsrdə yaşamış Geber (Cabir) hesab edilməlidir. Geber, talantlı tədqiqatçı idi, o, nitrat turşusunu kəşf etmiş, həmçinin bir çox duzları birinci olaraq hazırlamış və öyrənmişdir.
Kimya sözünün əmələ gəlməsi haqqında müxtəlif fikirlər irəli sürülür. Eramızdan 100 il əvvəl yaşamış yunan tarixçisi Plutarxın fikrincə kimya – “kemia” (xemia) sözündən əmələ gəlmişdir ki, bu da qədim Misirin adıdır. Belə güman edilir ki, kimya yunanca tökmə metal mənasını verən “kima” (xima) sözündən yaranmışdır.
Xəstəliklərin müalicəsində kimyəvi maddələrin tətbiq edilməsi kimyada yatrokimya adlanan yeni bölmənin yaranmasına səbəb oldu. (yunanca “yatros”-hə-kim deməkdir). Yatrokimyanın banisi İsveçrə həkimi Parasels (1493-1541) olmuş-dur. Paraselsin müalicə üsullarının müvəffəqiyyətlə nəticələnməsi onun şöhrət qa-zanmasına və həkimlərin bir çoxunun kimya ilə maraqlanmasına səbəb oldu.
Bu dövrdə (XVI) metallurgiya da inkişaf etməyə başladı ki, buda italiyalı Vannoçço Brinquçço (1480-1539) və almaniyalı Georq Aqrikolanın (1494-1555) gördükləri işlərlə əlaqədar idi.
Eradan əvvəl (384-322) yaşamış yunan filosofu Aristotelə görə təbiətin əsasını 4 “prinsip” təşkil edir: soyuq, isti, quraqlıq, rütubət. Bu “prinsip”lərin 2-2 birləşməsindən torpaq, od, hava və su əmələ gəlir. Aristotel bunları element adlandırırdı. O, hesab edirdi ki, ilk materiya ilə onun xassələri arasında əlaqə yoxdur. Bu xassələri ondan ayırmaq və ya əlavə etmək mümkündür. Məs:suyu qız-
dırmaqla biz ondan soyuqluğu ayırır və ona istilik veririk; su buxarlandıqda isə o havaya çevrilir.
Bu fikirlərdən kimya yalnız XVIII əsrdə xilas oldu. İngilis alimi Robert Boylun apardığı işlərin böyük əhəmiyyəti oldu. O, 1661-ci ildə “Şəkkak kimyaçı” adlı əsərində göstərmişdir ki, hər bir nəzəriyyə dəqiq təcrübə və müşahidələrə əsaslanmalıdır. R.Boyl element haqqında ilk dəfə düzgün fikir yürüdərək qeyd etmişdir ki, element mürəkkəb maddələrin tərkibinə daxil olmaqla onların parça-lanmasının son məhsuludur. Boyl müşahidə etmişdir ki, yanma havasız şətaitdə gedə bilməz və metal havada közərdildikdə kütləsi artır. 1673-cü ildə Boyl belə bir nəzəriyyə irəli sürür ki, metal yandıqda onun tərkibinə “od materiyası” daxil olur ki, buda metalın kütləsini artırır. “Od materiyası” anlayışı yanlış olsa da metalların yandıqda kütləsinin artması fikri doğru idi.
XVII axırlarında irəli sürülən “flogiston” nəzəriyyəsinin uzun müddət hökm-ranlıq sürməsi anlaşılmaz idi. Flogiston (yunanca “flogistos”–yanıcı deməkdir) nə-zəriyyəsi, yanma prosesinin mahiyyətini izah etmək məqsədilə, 1700-ildə alman kimyaçısı Q.Ştal (1660-1734) tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyə əsasən flogiston bütün yana bilən maddələrin, o cümlədən metalların tərkibinə daxildir. Metal yandıqda ondan flogiston ayrılır və nəticədə metal yanığı (oksid) əmələ gəlir. Məs:
Sink = sink yanığı + flogiston
Metal oksidlərini kömürlə qızdırdıqda sərbəst metal alınır. Nəzəriyyənin tə-rəfdarları bu prosesi belə izah edir ki, guya kömür flogistonla daha zəngindir. Hid-rogenin kəşfindən və onun yüksək reduksiyaedici xassəsi müəyyənləşdikdən sonra belə hesab olundu ki, hidrogen sırf flogistondan ibarətdir. Yanma prosesində flogistonun ayrılmasına baxmayaraq, metalın çəkicə artması onunla izah edilirdi ki, guya flogistonun kütləsi mənfidir.
Beləliklə, flogiston nəzəriyyəsinə görə metallar mürəkkəb, metal oksidləri isə bəsit maddələr kimi, yaxud yanma prosesi birləşmə reaksiyası kimi deyil ay-rılma reaksiyası kimi qəbul edilirdi. Yanma prosesinin havasız şəraitdə mümkün olmaması onunla izah edilir ki, guya metal yandıqda ondan ayrılan flogiston itmir,
hava ilə birləşir. Havasız şəraitdə isə flogistonun birləşməsi üçün imkan olmadığından yanma getmir.
Flogistonu ayırmaq və onu öyrənmək mümkün olmadığına baxmayaraq, bu nəzəriyyə elmdə bir əsrə qədər hakim olmuşdur. Bu nəzəriyyənin düz olmadığını fransız alimi Lavuazye müəyyən etmişdir. 1772-75 illərdə təcrübələr nəticəsində sübut etmişlər ki, yanma flogiston çıxması ilə gedən ayrılma reaksiyası deyil, əksinə yanan maddənin hava oksigeni ilə birləşməsi reaksiyasıdır.
XVIII əsrdə müasir kimya elminin inkişafına doğru ilk addımlar atılmışdır. Bu dövrdə M.V.Lomonosov və A.Lavuazye dəqiq çəki üsullarına əsaslanaraq flogiston nəzəriyyəsini tamamilə rədd edib, yanma nəzəriyyəsini yaratdılar.
XIX əsrdə valentlik haqqında nisbətən dəqiq təsəvvür yarandı. Bu əsrdə Mendeleyevin dövri qanunu, elektroliz prosesi, radioaktivlik hadisəsi və s. mey-dana çıxdı.
Hazır ki, dövrdə süni almazın sintezi, yüksək təmizliyə malik olan metalların alınması, zülalların sintezində əldə edilən nailiyyətlər, külli miqdarda polimer materialların istehsalı, yeni elementlərin sintezi və tədqiqi, yüksək bərkliyə malik və temperatura qarşı davamlı xüsusi növ ərintilərin alınması, zəncirvari reaksiyaların mexanizminin öyrənilməsi və b. nailiyyətlər kimya elminin hərtərəfli inkişafının təzahürüdür.
Kimya fənni fizika, biologiya və geologiya ilə yanaşı təbiəti öyrənən elmdir. Kimya maddələrin tərkib və xassələrindən, onların çevrilmələrindən və bu çevril-mələr zamanı baş verən dəyişikliklərdən bəhs edən elmdir.
XIX əsrin əvvəllərində kimyanın köməyi ilə bitki mənşəli dərman maddələ-rindən müxtəlif preparatlar alınmış və bitkilərdə xüsusi qrup maddələr–alkaloidlər kəşf edilmişdir. Alkaloidlərin bir neçəsi (kofein, xinin, atropin və s.) tibbi əhəmiy-yətə malikdir. Kimyanın tibbə xüsusi köməyi həmçinin antibiotiklərin (pensilin, biomisin, streptomisin və s.), sulfanilamid birləşmələrinin alınması ilə əlaqədar olmuşdur. Orqanizmdə mikroelementlərin kəşfi və onların biokimyəvi və fizioloji proseslərdə rolunun müəyyənləşməsi bilavasitə kimya ilə əlaqədardır.
Öyrəndiyi maddələrin təbiətinə görə kimya qeyri-üzvi və üzvi kimyaya ayrılır.Üzvi kimya maddələrin (c-nun birləşmələrinin), qeyri-üzvi kimya isə qeyri-üzvi maddələrin (elementlər və onların birləşmələrinin) xassə və çevrilmələrini öyrənir. Üzvi və qeyri-üzvi kim-
yanın nəzəri əsaslarını ümumi kimya öyrənir.



Yüklə 24,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin