23
Sürətli dolağ. Mən evə, Marlanın yanına və «Kağız küçəsindəki Sabunbişirmə
zavoduna» uçuram.
Hər şey hissələrə bölünür.
Evdə soyuducuya baxmağa qorxuram. Təsəvvür edirəm, içində bədənin
dondurulmuş hissələri olan onlarla balaca plastik torba, torbaların üstündə isə —
«Las-Veqas», yaxud «Miluoki» kimi şəhərlərin adları. Bu şəhərlərdə döyüşçü
klublarının yerli bölmələrini müdafiə edərək Tayler öz hədələrini həyata keçirib.
Mətbəxin bucağında astronavt-meymunlar çatlamış linoliumda çöməlib
oturublar və balaca güzgülərdə öz əkslərini öyrənirlər.
— Mən tanrının rəqs edən və oxuyan nəcisiyəm, — astronavt-meymun öz
əksinə deyir. — Mən — Kainatın yaratdıqlarının zəhərli tullantısıyam.
O biri meymunlar bağda gəzib nəsə yığırlar, nəyisə tapdalayırlar.
Əlimi dondurucu kameranın qapısına qoyub dərindən nəfəs alıram və öz
müdrik mənəvi varlığımda fikrimi toplamağa çalışıram.
Quşların oxuması,
Qızılgüllərin üstündə yağış damcıları.
Ağlamaq istəyirsən.
Soyuducunun buz qapısı bir düym aralanır, bu vaxt Marla çiynimdən boylanır və
soruşur:
— Nahara nəyimiz var?
Astronavt-meymun öz əksinə deyir:
— Mən — tanrının nəcisi və yoluxucu insan tullantısıyam.
Dairə tam başa çatıb.
Təxminən bir ay əvvəl mən Marlanın soyuducunun buz yerində nəyin
olduğunu görməsini istəmirdim. İndi bunu özüm görmək istəmirəm.
İlahi! Tayler!
Marla məni sevir. O, bizim aramızdakı fərqi bilmir.
— Şadam ki, qayıtmısan, — deyir Marla. — Biz danışmalıyıq.
Hə, deyirəm mən. Biz danışmalıyıq.
Mən özümü soyuducunun buz yerini açmağa məcbur edə bilmirəm.
Mən — Conun Sıxılmış Xayalığıyam.
Mən Marlaya deyirəm: soyuducunun buz yerində heç nəyə toxunma. Hətta
açmağa cürət eləmə. Ordan nəsə tapsan özün yemə, pişiyə də vermə. Əlində
güzgü olan astronavt-meymun bizə baxır və mən Marlaya deyirəm ki, getsək yaxşı
olar. Söhbətimizi başqa yerdə davam etdirərik.
Zirzəmiyə aparan pilləkəndə bir meymun o birinə oxuyur:
— Napalm əldə etməyin üç yolu. Birincisi: benzin və portağal şirəsinin
donduruluş konsentratının bərabər hissələrini qatışdırmaq. İkincisi: eyni şey, ancaq
portağal şirəsi yerinə — dietik kola. Üçüncüsü: qurudulmuş və xırdalanmış pişik
peyinini qarışıq qatılaşana qədər benzində qatışdırın.
Biz Marla ilə «Kağız küçəsində Sabunbişirmə zavodundan» «Denninin
planetlərinə», narıncı planetə gedirik.
Mən Taylerin mülahizələrini xatırladıram — ingilislər yeni ölkələr kəşf edib,
müstəmləkələr yaradır və xəritələr tərtib ediblər, planetdəki əksər coqrafi adlar —
ingilis coqrafi adlarının təkrar istifadəsidir. İngilislər hər şeyə öz adlarını veriblər. Ya
da təxminən hər şeyə.
Məsələn, İrlandiya.
Nyu-London Avstraliyada da var.
Nyu-London Hindistanda da var.
Nyu-London Ayxado ştatında da var.
Nyu-York ştatında isə Nyu-York var.
Gələcəyə sürətli yenidən dolanma.
«Ay-Bi-Em» bürcü.
«Filip Morris» qalaktikası.
«Denninin yanında» planeti.
Hər planetə ora ilk gedib çıxan korporasiyanın adını verəcəklər.
«Budvayzer» kainatı.
Bizim ofisiantın alnında yekə şiş var və o bizim qarşımızda farağat dayanıb.
— Ser! — deyir o, — Sifariş verin, ser! Nə istəsəniz, sizin üçün pulsuzdu, ser!
Sənə elə gəlir ki, hamının şorbasından sidik iyi vurur.
İki kofe, xahiş edirəm.
Marla soruşur:
— Nəyə görə pulsuz?
— Ofisiant məni Tayler Derden qəbul edir, — deyirəm mən.
— Bu halda, — deyir Marla, — mənə qızardılmış molyusk, molyusk şorbası və
balıq piroqu, qızardılmış kartofla və tam qarnirlə qızardılmış cücə, bir də tort-şifon
gətirin.
Paylama yerinin mətbəxə aparan pəncərəsindən mən üç aşpaz görürəm.
Onlardan birinin — yuxarı dodağında tikiş var. Onlar mənimlə Marlanı gözdən
keçirir və döyüş çapıqları ilə dolu olan başlarını dövrəyə alıb nəsə pıçıldayırlar. Mən
ofisianta deyirəm ki, xahiş edirik, bizə sağlam yemək verin. Ora əlavə etdiyiniz zir-
zibil olmadan.
— Belə olan halda, ser, — deyir ofisiant, — mən sizin xanıma qətiyyən
molyusk şorbası götürməyi məsləhət görməzdim.
— Sağ ol. Onda molyusk şorbası lazım deyil.
Marla mənə baxır, mən isə ona deyirəm: inan mənə.
Ofisiant dabanında çevrilib mətbəxə tərəf gedir.
Paylama yerinin mətbəxə aparan pəncərəsindən üç aşpaz mənə işarə edir —
böyük barmaq yuxarı.
Marla deyir:
— Tayler Derden olmaq elə də pis deyil.
— Bu gündən, — deyirəm Marlaya, — o hər gecə məni izləməli və harda
olduğumu, kiminlə görüşdüyümü yazmalıdır. Rəhbərlikdən kimisə
axtalamamışammı? Bu tip nə varsa, hamısını.
Mən cibimdən pul qabı çıxarıb Marlaya sürücülük vəsiqəmi göstərirəm.
Mənim adım Tayler Derden deyil.
— Ancaq hamı səni bu adla tanıyır, — deyir Marla.
Mən ki bilirəm bu mənim adım deyil. İşdə də heç kim məni belə çağırmır.
Mənim müdirim məni başqa adla çağırır.
Mənim valideynlərim.
— Ancaq niyə, — soruşur Marla, — bəzi adamlar üçün sən — Tayler
Derdensən, digərləri üçün isə yox?
Birinci dəfə mən Taylerlə rastlaşanda yatmışdım.
Mən həddən artıq yorulmuşdum, təyyarəyə oturanda dəli olurdum, onun
düşməsini arzulayırdım. Mən xərçəng xəstələrinə həsəd aparırdım. Həyatıma nifrət
edirdim. Məni işim və mebelim bezdirmişdi, mən ətrafda nəyisə necə dəyişməyi
bilmirdim.
Mən hər şeyə son qoymaq istəyirdim.
Mən özümü tələyə düşmüş kimi hiss edirdim.
Mən həddən artıq bitmişdim.
Həddən artıq düzgün idim.
Mən öz siçan eşələnməyimlə qurtarmaq istəyirəm. Təyyarə kreslosunda
oturan birdəfəlik yağ istifadəçisi rolunu oynamağa son qoymaq istəyirdim.
Rədd olsun İsveç mebeli.
Rədd olsun ağıllı sənət.
Mən məzuniyyət götürdüm. Mən çimərlikdə yuxuladım, oyananda isə Tayler
Derdeni gördüm, tərli və çılpaq, quma bulaşmış, gözlərinin içinə girən, yapışmış saç
topası ilə.
Tayler axın zonasından üzgəci tutub onu çimərliyə basdırırdı.
Şalbanlardan nəhəng əl kölgəsi yaradıb, sonra əl işi mükəmməliyinin
kölgəsində otururdu.
Mükəmməllikdən bundan artığını tələb etmək də olmaz.
Ancaq mümkündür ki, mən heç vaxt çimərlikdə oyanmamışam.
Mümkündür ki, hər şey mənim Blarnidə daşı islatmağımdan sonra başlayıb.
Yatdığımı fikirləşəndə, əslində yatmamışam.
«Denninin planetində» o biri masalarda mən gözlərinin altında qara qançırlar,
çevrilmiş dodaqları olan və mənə gülümsəyən bir, iki, üç, dörd, beş oğlan görürəm.
— Hə, — deyir Marla, — sən yatmamısan.
Tayler Derden — məni öz həyatı ilə yaşamağa başlayan alter eqomdu.
— «Psixo»da Toni Perkinsonun anası kimi, — deyir Marla. — Əladı! Hərənin öz
gic-gic işləri var. Mən bir dəfə pirsinqi pirsinq üstündən eləyən oğlanla gəzirdim
— heç cür dayana bilmirdi.
— Mənim nöqteyi-nəzərimdən, — deyirəm mən, —yatanda Tayler nəsə bir
cinayət törətmək üçün mənim yorğun bədənimi və əzik sifətimi oğurlayır. Səhər
elə taqətdən düşmüş və yorğun oyanıram ki, elə bil heç gözümü qırpmamışam.
Sabahısı gün gecə yatmağa bir az tez gedirəm.
Ancaq bu o deməkdir ki, növbəti gecə Taylerin sərəncamında daha çox vaxt
olacaq.
Nə qədər tez yatmağa gedirəmsə, Tayler bir o qədər çox oyaq olur.
— Ancaq sən elə Taylersən, — deyir Marla.
— Yox.
Mən — o deyiləm.
Tayler Derdendə çox şey xoşuma gəlir. Onun cəsarəti və fərasəti. Onun
dözümü. Tayler — məzəli, cazibəli, güclü və müstəqildir. İnsanlar ona inanır, inanır
ki, o dünyanı yaxşılığa doğru dəyişəcək. Tayler — azad və müstəqildir. Mən isə yox.
Mən Tayler Derden deyiləm.
— Sən səhv edirsən, Tayler, — deyir Marla.
Taylerlə mənim — ümumi bədənim var, ancaq bunu bu yaxınlarda bilmişəm.
Tayler Marla ilə məhəbbətlə məşğul olduğu müddətdə mən yatırdım. Tayler
hərəkət edib danışanda mən elə bilirdim ki, yatmışam.
Döyüşçü klubu və «Darmadağın Layihəsi»ndə hamı məni Tayler Derden kimi
tanıyır.
Əgər mən getdikcə daha tez yatıb, daha gec oyansam — bir gün yoxa çıxacam.
Yatacam və oyanmayacam.
Marla deyir:
— Sahibsiz heyvanlar mərkəzindəki sahibsiz heyvan kimi?
İtlər vadisi. Hətta səni öldürməsələr də, sən kiminsə xoşuna gəlsən və səni evə
götürsələr də, onsuz da axtalayacaqlar.
Bir gün mən oyanmayacam və Tayler qalib gələcək.
Ofisiant kofe gətirir, dabanlarını şaqqıldadır və uzaqlaşır.
Mən kofeni iyləyirəm. Ondan kofe iyi gəlir.
— Beləcə, — deyir Marla, — hətta mən sənə inandımsa da, onda sənə
məndən nə lazımdır?
Tayler qalib gəlməsin deyə, Marla mənə yatmağa imkan verməməlidir. Heç
vaxt.
Dairə tamamlanıb.
Tayler Marlanın həyatını xilas edən gecə, Marla ondan xahiş etdi ki, ona bütün
gecəni yatmağa imkan verməsin.
Mən yuxulayan kimi Tayler nəzarətdən çıxacaq və nə isə dəhşətli bir şey baş
verəcək.
Ancaq mən yenə də yuxulasam, Marla Taylerə nəzarət etməlidir. O, hara
gedir. O, nə edir. Onda günortalar mən onun planlarını məhv edə bilərəm.
24
Onun adı Robert Polson idi və onun qırx səkkiz yaşı vardı. Onun adı Robert Polson
idi və onun heç vaxt yaşı artmayacaq.
Hər birimizin uzun müddətli sağ qalmaq ehtimalımız sıfıra bərabərdir.
Böyük Bob.
Bu böyük sığın, bu piy parçası standart ev tapşırığı yerinə yetirirdi. Dondurmaq
və dəlik açmaq. Məhz belə! Tayler əldəqayırma dinamitlə oranı partlatmaq üçün
mənim kondominatıma soxulub. Ən yaxşısı R-12 freon balonunu (baxmayaraq ki,
indi bu axmaq ozon deşiyi ilə bağlı olan axmaq əhvalata görə onu tapmaq çətindir),
yaxud ən pis halda R-134-lə və orda hər şey donana qədər onu açar yerinə
tökürsən.
Ev tapşırığı zamanı adətən taksofonda, pullu dayanacağın sayğacında, yaxud
qəzet köşkündə deşik açmalısan. Sonra çəkic və soyudulmuş deşik açan alətlə
kilidin dondurulmuş silindri sındırılır.
Bir də standart ev tapşırığı zamanı biz taksofon, yaxud bankomatda dəlik
açırıq, sonra sürtkü şprisilə içəri solidol, vanil pudinqi, yaxud plastosement
doldururuq.
Bütün bunlar «Darmadağın Layihəsi»nin miskin qəpiklərə ehtiyacı olduğuna
görə edilmir. Biz sabun sifarişləri ilə yüklənmişik. Heç bilmirəm Milad gələndə biz
işin öhdəsindən necə gələcəyik. Ev tapşırığı əsəbləri möhkəmləndirməyə xidmət
edir. Hərbi vərdişi artırmaq. «Darmadağın Layihəsi»nə öz töhfəni vermək.
Dəmiryonan alət əvəzinə elektrik burğusu istifadə etmək olar. Effekt eynidir,
ancaq hay-küyü az olur.
Polislər Böyük Boba atəş açanda məhz naqilsiz elektrik burğusunu silah hesab
ediblər.
Böyük Bobun yanında «Darmadağın Layihəsi», yaxud döyüşçü klubunun,
yaxud sabunbişirmə zavodunun izinə aparıb çıxaracaq heç nə yox idi.
Onun cibində əzələlilərin hansısa yarışında çılpaq görkəmdə poza verdiyi
yerdə öz şəkli var idi. Sarsaq həyatdır, deyirdi Bob. Projektorların işığında gözlərin
tutulur, müsiqinin nəritlisindən qulaq tutulur, sonra hakim sağ bisepsi göstərməyi
və onu gərginləşdirməyi əmr edir.
Əllərinizi bizə göstərin.
Sol əlinizi uzadıb bisepsi qeydə alın.
Dayan!
Silahı at!
Bu adi həyatdan xeyli yaxşıdır.
Onun əlində mənim öpüşümdən qalan çapıq var idi. Taylerin öpüşündən.
Böyük Bob saçlarını qırxmışdı, barmaq izlərini isə qələvi ilə yox etmişdi. Həbs
olunmaqdansa, ölmək yaxşıdır. Əgər səni həbs etsələr, «Darmadağın
Layihəsi»ndən ömürlük xaric ediləcəksən. Bir də ev tapşırığı olmayacaq.
Hələ bir an əvvəl Robert Polson ətrafına bütün kainatın fırlandığı balaca isti
mərkəz idi və budur — Robert Polson artıq cansız əşyadır. Polis tapançasından bir
atəş və ölümün cazibəli möcuzəsi baş verdi.
Hər döyüşçü klubunda bu gün axşam rəhbər bölmənin rəhbəri yellənən
lampanın altındakı boş məkandan bir-birinə baxan insan izdihamı dairəsini dolaşıb
qışqıracaq:
— Onun adı — Robert Polsondur.
İzdiham hay verəcək:
— Onun adı — Robert Polsondur.
Rəhbər qışqırır:
— Onun qırx səkkiz yaşı var.
Və izdiham hay verir:
— Onun qırx səkkiz yaşı var.
Onun qırx səkkiz yaşı var idi və o döyüşçü klubunun üzvü olub.
Onun qırx səkkiz yaşı var və o «Darmadağın Layihəsi»nin iştirakçısı idi.
Ancaq ölümdən sonra biz adlarımızı qazanırıq, çünki ölümdən sonra biz adsız
qüvvə olmayacağıq. Ölüm bizi qəhrəman edir.
İzdiham da qışqırır:
— Robert Polson.
İzdiham qışqırır:
— Robert Polson.
İzdiham qışqırır:
— Robert Polson.
Mən bu gün döyüşçü klubuna gəldim ki, onu buraxım. Mən zirzəminin
mərkəzində işığın altına çıxıram və izdiham məni sevincli qışqırtı ilə salamlayır.
Burda hamı üçün mən — Tayler Derdenəm. Ağıllı. Güclü. İnadcıl. Mən oğlanları
sakitləşdirmək üçün əlimi qaldırıram və deyirəm: Bəlkə bəsdir? Yollanın evlərinizə
və döyüşçü klubu barədə unudun.
Məncə, döyüşçü klubu öz rolunu oynadı, elə deyil?
«Darmadağın Layihəsi» ləğv edilir.
Deyirlər, bu gecə televizorda yaxşı döyüş göstəriləcək...
Yüz nəfər qaranlıqdan sakitcə mənə baxır.
Adam ölüb, deyirəm mən. Oyun qurtarıb. Zarafat çox dərinə getdi.
Birdən döyüşçülərin arxasından döyüşçü klubu bölməsinin rəhbərinin
tanımadığım səsi gəldi:
— Döyüşçü klubunun birinci qaydası — heç kimə döyüşçü klubu barədə
danışmamaq.
Çıx get evə, qışqırıram.
— Döyüşçü klubunun ikinci qaydası — heç vaxt heç kimə döyüşçü klubu
barədə danışmamaq.
Döyüşçü klubu bağlanıb. «Darmadağın Layihəsi» ləğv edilir.
— Döyüşçü klubunun üçüncü qaydası: döyüşdə ancaq iki nəfər iştirak edir.
Mən — Tayler Derdenəm, mən qışqırıram. Mən sizə burdan rədd olmağı əmr
edirəm!
Ancaq heç kim mənə baxmır. Hamı dayanıb lampanın altındakı dairədən bir-
birinə elə baxır ki, sanki orda heç kim yoxdur.
Bölmənin rəhbərinin səsi asta-asta otaqda dolaşır. Döyüşdə ancaq iki nəfər
iştirak edir. Ayaqqabısız, qurşağa qədər çılpaq döyüşmək lazımdır.
Döyüş lazım olduğu qədər davam edir.
Bu sözlər altı müxtəlif dildə azı yüz şəhərdə səslənir.
Qaydaların oxunması başa çatıb, mən isə hələ də lampanın altındakı işıq
dairəsində dayanmışam.
— Birinci döyüşə yazılmış cütlük — dairəyə çıxın! — qaranlıqda bölmə
rəhbərinin səsi gəlir. — Klubun mərkəzini boşaldın.
Mən yerimdən tərpənmirəm.
— Klubun mərkəzini boşaldın!
Mən yerimdən tərpənmirəm.
Lampa qaranlıqdan diqqətlə mənə baxan yüzlərlə cüt gözdə əks olunur. Mən
bu adamlara Taylerin baxdığı gözlə baxmağa çalışıram. «Darmadağın Layihəsi»nə
hazırlıq üçün ən yaxış döyüşçülər seçmək. Onlardan hansını Tayler «Kağız
küçəsindəki sabun bişirmə zavoduna» işləməyə dəvət edərdi?
— Klubun mərkəzini təmizləyin!
Bu döyüşçü klubunda adi prosedurdur. Bölmə rəhbərinin tələbinə üç dəfə
riayət etməyəni klubdan çıxarırlar.
Ancaq mən, axı, Tayler Derdenəm. Döyüşçü klubunu mən fikirləşib
yaratmışam. Bu qaydaları mən yazmışam. Mən olmasaydım, sizlərdən heç biriniz
burda olmazdınız. Mən klubu buraxmağı əmr edirəm!
— Klub üzvünün üç, iki, bir... dəqiqədən sonra qovulmasına hazırlaşın.
Dairə qapanır və yarım min barmaq mənim əlimin və ayağımın hər
düymündan yapışıb məni işığa qaldırır.
Ruhun on, doqquz, səkkiz... saniyədən sonra təxliyə edilməsinə hazırlaşın.
Məni izdihamın başı üzərindən qapıya tərəf əldən ələ ötürürlər. Mən üzürəm.
Mən uçuram.
— Bu mənim klubumdu, — qışqırıram mən. — «Darmadağın Layihəsi»
— mənim ideyamdır. Siz məni burdan qova bilməzsiniz. Burda mən göstəriş
verirəm. Dağılışın evlərinizə.
Bölmə rəhbərinin səsi göstəriş verir:
— Birinci döyüşə yazılan cütlük — mərkəzə!
Mən getməyəcəm. Mən təslim olmayacam. Hələ baxarıq. Burda əsas mənəm.
— Döyüşçü klubunun üzvünü qovun!
Ruh təxliyə olundu.
Mən qapıdan astaca ulduzlarla dolu qaranlıq, soyuq gecəyə uçuram və
avtomobil dayanacağının betonunun üstünə yıxılıram. Məni tullayan əllər dərhal
çırpılan qapının arasında itir. Yüzlərlə şəhərdə döyüşçü klubunun toplantıları
davam edir. Mənsiz.
25
Deyəsən, bu iki il bundan əvvəl olub. Onda mən yuxuya getmək istəyirdim. Dərin,
küt, ölü yuxuya. İndi mən hər şeydən çox yuxuya getməkdən qorxuram. Mən
Marlanın yanında, «Regent» otelinin «8Q» otağındayam. Burada, bu qəfəslərə
salınmış qocalar və narkomanlar arasında mənim ümidsizliyim tam normal və təbii
görünür.
— Götür, — çarpayının üstündə ayaqlarını yığıb oturan Marla mənə plastik
dəlikdən sıxıb çıxardığı bir ovuc stimullaşdırıcı həb uzadır. — Mənim oğlanım var
idi, ona dəhşətli qarabasmalar əzab verirdi. O da yuxuya getməkdən qorxurdu.
— Nə oğlanın başına nə gəldi?
— Ax, onun?.. Öldü. Artıq dozanın səbəb olduğu ürək tutması. Həddən artıq
amfetamin, — deyir Marla. — Onun cəmi on doqquz yaşı vardı.
Məlumat üçün sağ ol.
Biz otelə daxil olanda gördüm ki, qeydiyyat masasının yanında dayanan
oğlanın başındakı saçların yarısı dibindən qopub. Onun açıq baş dərisi çapıqlarla
dolu idi. O, mənimlə salamlaşdı. Holda televizora baxan təqaüdçülər kimin kimi
«ser» deyə çağırmasına baxmaq üçün çevrildilər.
— Axşamınız xeyir, ser!
İndi o «Darmadağın Layihəsi»nin qərargahlarından birinə zəng edib harda
olduğum barədə məlumat verəcək. Onların divarında xəritə var və orada onlar
dəftərxana düyməsilə mənim hərəkətimi qeyd edirlər. Mən özümü «Heyvanlar
aləmi» verilişindəki köçəri qaz kimi işarələnmiş hiss edirəm.
Onlar məni izləyir, əllərimdə həbləri görürlər.
— Bir dəfəyə altısını qəbul etmək olar. Ancaq əgər mədənin ağrımasını
istəmirsənsə, onları dalına soxmalısan, — deyir Marla.
Xəbərə bax də.
Marla deyir:
— Mənə onlar artıq kömək etmir. Bir azdan biz daha təsirli bir şey taparıq.
«Xaç», «qara gözəlçə», yaxud «alliqator» kimi əsl narkotiklər.
Mən bu həbləri dalıma soxmağa hazırlaşmıram.
— Onda bir dəfəyə ikisindən artıq atma.
Biz hara gedəcəyik?
— Boulinqə. Ora bütün gecə açıq olur və sənə yatmağa imkan verməyəcəklər.
— Hara gedirik gedək, — deyirəm mən, — məni Tayler Derden hesab edirlər.
— Ona görə avtobus sürücüsü bizi pulsuz gətirdi?
— Hə. Ona görə də avtobusda iki oğlan bizə yer verdi.
— Sən bu barədə nə düşünürsən?
— Mən düşünürəm ki, sadəcə gizlənmək kifayət etmir. Hansısa yollarla
Taylerdən yaxa qurtarmaq lazımdır.
— Bir dəfə mənim bir oğlanım var idi, o mənim paltarlarımı geyinməyi
xoşlayırdı, — deyir Marla. — Mənim duvaqlı şlyapam var. Sən onu geyinib, bu
görkəmdə oteldən çıxa bilərsən.
Mən qadın kimi geyinməyəcəm, nə də həbləri dalıma soxmayacam.
— Bundan pisi də olur, — deyir Marla. —Mənim bir oğlanım var idi, o bir dəfə
məndən hava ilə doldurulmuş adam boyda kukla ilə lesbiyan seksi oyanamağı
tələb etdi.
Yəqin nə vaxtsa Marla mənim haqqımda da belə danışacaq.
Mənim bir oğlanım var idi, o, şəxsiyyətin ikiləşməsindən əziyyət çəkirdi.
— Mənim bir oğlanım var idi, o öz penisini bu cihazlardan birinin köməyilə
böyütmək istəyirdi.
Mən Marladan saatın neçə olduğunu soruşuram.
— Səhər saat dörd.
Üç saatdan sonra mən işə getməliyəm.
— Həb qəbul elə, — deyir Marla. — Əgər onlar səni Tayler Derden hesab
edirsə, onda boulinq-kluba pulsuz buraxacaqlar. Qulaq as, Taylerdən yaxa
qurtarmamışdan əvvəl niyə də şoppinq təşkil etməyək? Biz yaxşı avtomobil, geyim,
kompakt-disklər əldə edə bilərik. Gəl, bu tarixin qaymağını yığaq!
— Marla.
— Yaxşı, getdik...
26
“Pişik balasını istədiyindən yeyir” — deyimi doğrudur. Əks iddia da doğrudur.
Tamamilə doğrudur.
Bu səhər mən işə yollandım və işlədiyim bina ilə avtomobil dayanacağı
arasında polislərin yolu bağladığını gördüm. Polislər mənimlə işləyən adamları
saxlayıb dindirirdilər. Əllərinə düşən hər kəsi.
Mən heç avtobusdan düşmədim.
Mən — Conun Soyuq Təriyəm.
Avtobusun pəncərəsindən görürəm ki, ofis binasının dördüncü mərtəbəsində
pəncərələr qırılıb, içəridə isə çirkli-sarı paltarda yanğınsöndürən asma tavanın
yanmış panelini qopardır. İki yanğınsöndürənin itələdiyi tüstüləyən stol
pəncərədən görünür, sonra dördüncü mərtəbədən səssiz, lakin möhkəm zərbə ilə
asfalta dəyir.
Stol tüstüləməkdə davam edən hissələrə bölünür.
— Mən — Conun Mədəsində Tikəyəm.
Bu mənim stolumdur.
Mən bilirəm ki, müdirim ölüb.
Napalmın hazırlanmasının üç yolu. Mən bilirəm ki, Tayler mənim müdirimi
öldürməyə hazırlaşırdı. Ona görə mənim əlimdən benzin iyi gəlirdi, ona görə işdən
getmək istədiyimi dedim. Mən özüm ona icazə verdim. Öz evindəki kimi ol.
Mənim müdirimi öldür.
Tayler, Tayler.
Mən bilirəm ki, kompyuter partlayıb.
Mən bunu bilirəm, çünki bunu Tayler bilir.
Mən bunu bilmək istəmirəm, ancaq zərgər işləri üçün nazik matqabla monitor
borucuğunda balaca dəliyi necə açmağın qaydasını bilirəm. Bunu bütün astronavt-
meymunlar bilir. Mən Taylerin qeydlərini çapdan çıxarmışam. Bu lampa-bombanın
yeni versiyasıdır, lampada dəlik açırsan və ordan benzin tökürsən. Dəlik mum, ya
silikonla bağlanır, sonra lampanı patrona bağlayıb kiminsə otağa girib işığı
yandırmasını gözləyirlər.
Monitordakı borucuq lampadan çox benzin tutur.
Əvvəl katod-şua borucuğunun ətrafından plastik çərçivəni yığışdırmaq
lazımdır, yaxud monitorun yuxarı ventelyasiya yerlərindən hərəkət etmək olar.
Ancaq buna qədər monitoru şəbəkədən və kompyuterdən ayırmaq lazımdır.
Televizor da yarıyar.
Yadda saxlamaq lazımdır ki, kiçik qığılcım — hətta sintetik xalça örtüyünün
sabit cərəyanı — və sizin sonunuzdur. Siz bir topa yanan və ciyildəyən cismə
dönəcəksiniz.
Katod-şüa borucuğunda yüz volta qədər kifayət qədər gərginlik qala bilər, ona
görə əsas kondensatoru vintaçan vasitəsilə boşaldın. Əgər bu prosesdə sizin
sonunuz çatsa, deməli, siz dəstəyi izyolyasiya edilmiş vintaçandan istifadə
etməmisiniz.
Borucuğun içində boşluqdur, ona görə onu yonanda yüngül fit eşidəcəksiniz —
hava borucuğun içərisinə dolur.
Açılmış dəliyi içinə ağızlıq yerləşənə qədər diametri artan matqab vasitəsilə
yonun. Daha sonra borucuğu öz zövqünüzə uyğun partlayıcı, ya da tezalışan
maddə ilə doldurun. Bu halda əldəqayırma napalm da pis deyil. Dondurulmuş
portağal şirəsi konsentratı, yaxud pişik peyini ilə qatışdırılmış benzin.
Həmçinin şəkər tozu ilə marqan qarışığı əla partlayır. Mahiyyət ondan
ibarətdir ki, daha çox yanan maddəni yanğın üçün daha çox oksigen təmin edən
maddə ilə yaxşıça qatışdırmaq. Əgər yanğın kifayət qədər sürətli getsə, onu
partlayış adlandırırlar.
Barium turşusu və sink tozu.
Ammonyak şorası və alümin tozu.
Anarxiyanın Nouvelle cuisine
23
.
Barium nitratı kükürt və ağac kömürü sousu ilə. Əla toz.
Bon appetit
24
.
Bütün bunları kompyuter monitoruna doldurun və kimsə, nə vaxtsa onu qoşan
kimi onun burnunun altında bir neçə kiloqram barıt partlayacaq.
Dərd orasındadır ki, mən öz müdirimi bir az sevirəm.
Əgər sən kişi cinsindən və xristian dininə etiqad edən amerikalısansa, onda
sənin atan — sənin Allahının modelidir. Bəzən atanı sənin üçün karyera əvəz edə
bilər.
Ancaq Tayler mənim müdirimi sevmirdi.
Polis məni axtarır. Cümə günü axşam binanı axırıncı mən tərk etmişəm. Mən
yekə stolda yuxulu nəfəsimin nəm ləkəsi və telefon dəstəyində Taylerin səsilə
oyandım, o mənə dedi:
— Küçəyə çıx. Bizim maşınımız var.
«Kaddilak»
Mənim əllərimdən hələ də benzin iyi gəlirdi.
Döyüşçü klubundan avtomexanik məndən soruşdu ki, ölümümdən əvvəl nə
etmək istərdim. Mən dedim ki, işdən getmək istəyirəm. Mən özüm Taylerə icazə
verdim. Öz evindəki kimi ol. Mənim müdirimi öldür.
Mən avtobusla şəhərlərarası avtobusların müxtəlif istiqamətlərə getdiyi
böyük, çınqılla örtülmüş meydançaya, sonuncu dayanacağa çatıram. Sürücü səhər
yeməyilə paket və termos çıxarır, başının üstündəki güzgüdən mənə baxır.
Fikirləşirəm: harda gizlənim ki, polislər məni tapmasın. Arxa oturacaqdan
mənimlə sürücüdən başqa avtobusda daha iyirmi nəfərin olduğunu görürəm. Mən
iyirmi baş saya bildim.
İyirmi qırxılmış keçəl baş.
Sürücü kresloda çevrilib deyir:
— Mister Derden, ser! Mən sizin etdiklərinizə heyranam.
Mən əvvəl heç vaxt onu görməmişəm.
— Siz məni bağışlamalısınız, ser, — ancaq komitədə mənə dediniz ki, özünüz
belə etməyi tapşırmısınız.
Qırxılmış başlar bir-bir sənə tərəf çevrilir. Sonra döyüşçülər bir-birinin ardınca
ayağa qalxır. Birinin əlində efir iyi gələn əski parçası var. Sənə ən yaxında
dayananın əlində ov bıçağı var. Bu döyüşçü klubundan avtomexanikdir.
— Siz — cəsursunuz, ser, — deyir sürücü, — siz özünüz üçün ev tapşırığı
vermisiniz.
Mexanik sürücüyə deyir:
— Kəs səsini. Sən pusquda dayan və çərənləmə.
Astronavt-meymunların birinin əlində rezin lent var. Sən bilirsən ki, indi sənin
xayalarını dartıb çıxaracaqlar. Meymunlar mənə tərəf hərəkətə başlayır.
Mexanik deyir:
— Siz qaydaları bilirsiniz, axı, mister Derden. Siz özünüz demisiniz, axı. Siz
dediniz ki, kimsə klubu bağlamağa cəhd etsə, hətta siz özünüz də, onun xayalarını
kəsəcəksiniz.
Pomidorlar.
Əriklər.
Şarlar.
Huevos.
Təsəvvür elə, sənin ən yaxşı hissən plastik torbada Kağız küçəsində
soyuducunun buz yerindədir.
— Siz, axı, bilirsiniz: müqavimət mənasızdır, — deyir mexanik.
Sürücü güzgüyə baxır və sendvic çeynəyir.
Polis sirenası hardasa yaxınlıqda vıyıldayır. Uzaqda, sahədə traktor taraq-turuq
edir. Quşlar. Avtobusun arxa pəncərəsi yarıya qədər açıqdır. Buludlar. Avtobus
meydançasının kənarında hündür ot. Arı, yaxud milçəklər otluqda uğuldayır.
— İndi biz yüngülvari əməliyyat edəcəyik, — döyüşçü klubundan mexanik
deyir. — Bu dəfə bu sadəcə hədə deyil, mister Derden. Bu dəfə biz onları
kəsəcəyik.
Avtobusun sürücüsü deyir:
— Bu polislərdir.
Sirena artıq hardasa, avtobusun qabağında vıyıldayır.
Beləliklə, mən kiminlə vuruşmalı olacam?
Polis avtomobili qırmızı və göy işıqlarla sayrışaraq avtobusun yanına yaxınlaşır
və bayırdan kimsə qışqırır:
— Hamı yerində qalsın!
Mən xilas oldum.
Guya.
Mən polislərə Tayler barədə danışa bilərəm. Mən onlara döyüşçü klubları
barədə danışacam. Məni çox güman ki, həbs edəcəklər. Ancaq onda «Darmadağın
Layihəsi» onların problemi olacaq və mən daha bu iti bıçağa baxmalı olmayacam.
Polislər pillələrlə avtobusa daxil olur və onlardan birincisi soruşur:
— Kəsdiniz?
İkinci əlavə edir:
— Tez kəsin, onun həbsinə order verilib.
Daha sonra papağını qaldırır və deyir:
— Şəxsi heç nə yoxdur, mister Derden. Sizinlə tanış olmağıma çox şadam.
— Siz böyük səhv edirsiniz, deyirəm mən.
Mexanik deyir:
— Siz bizə xəbərdarlıq etmişdiniz ki, məhz bunu deyəcəksiniz.
— Mən — Tayler Derden deyiləm.
— Bununla da bağlı xəbərdarlıq etmişdiniz.
— Mən qaydaları dəyişirəm. Qoy döyüşçü klubu mövcud olsun. Ancaq bundan
sonra biz heç kimi heç vaxt axtalamayacağıq.
— Belə, belə, belə, — deyir mexanik.
O, artıq mənə yaxınlaşıb və əvvəlki tək əlində iti bıçaq var.
— Siz dediniz ki, məhz elə bunu deyəcəksiniz.
— Yaxşı, mən — Tayler Derdenəm. Özüdür ki, var. Mən — Tayler Derdenəm,
mən qaydaları diktə edirəm və sizə əmr edirəm: bıçağı yığışdırın!
Mexanik yarıdönmüş halda arxadan gələnlərdən kimdənsə soruşur:
— Bizim bugünki rekordumuz necədir?
Ona cavab verirlər:
— Dörd dəqiqə.
Mexanik soruşur:
— İndi kimsə vaxtı qeydə almağa başladı?
Hər iki polis avtobusun ön qapısının ağzında dayanıb. Biri saata baxıb deyir:
— Bir az gözlə. İndi əqrəb on ikiyə çatacaq, onda — başla.
Polis deyir:
— Doqquz. Səkkiz. Yeddi.
Mən yarıaçıq pəncərədən tullanıram.
Mən qarnımüstə metal çərçivədə şüşənin üstünə yıxılıram, arxamca isə
mexanik qışqırır:
— Mister Derden, bizim nəticəmizi korlamayın!
Pəncərədən sallanaraq əllərimlə arxa təkərin qara rezinindən yapışıram. Mən
çənbərdən tuta bilirəm və özümü pəncərədən çəkməyə çalışıram. Kimsə məni
ayağımdan tutub. Mən uzaqdakı balaca traktora qışqırıram:
— Ey! Ey, orda!
Qan başıma axır, çünki başı aşağı sallanıram. Mən özümü bir tərəfə çəkirəm,
ancaq topuğumdan tutan əllər məni o biri tərəfə çəkir. Qalstuk yellənir və məni
üzümdən vurur. Toqqam nəyəsə ilişir. Arılar, milçəklər və ot üzümdən bir düym
aralıdadır və mən qışqırıram:
— Ey, orda!
Şalvarıma yapışan əllər onu toqqa ilə birlikdə çıxarmağa başlayır.
İçəridən kimsə qışqırır.
— Bir dəqiqə keçdi!
Ayaqqabılarım ayağımdan düşür.
Toqqa pəncərənin içində itir.
Kiminsə əlləri məni möhkəm tutub. Pəncərənin qaynar şüşəsi qarnımı yandırır.
Ağ köynək qovuq kimi çiynimə və başıma dolanır. Mən əvvəlki kimi əllərimlə
təkərin çənbərindən yapışıb qışqırıram:
— Ey, orda!
Mənim ayaqlarım yığılıb və uzanıb. Şalvarımı kimsə tam çəkib çıxardı. Günəş
öz şuaları ilə dalımı qızdırır.
Qan gicgahımda döyünür, gözlərim təzyiqdən bərəlib, gördüyüm ancaq
başımın ətrafında zınqırov kimi sallanan ağ köynəkdir. Hardasa uzaqda traktor
taraq-turuq edir. Arılar vıyıldayır. Hardasa. Milyon mil aralıda. Hardasa milyon mil
arxada kimsə qışqırır:
— İki dəqiqə!
Kiminsə əlləri ayaqlarımın arasında sürüşür.
— Ona ağrı verir, — deyir kimsə.
Əllər, məni topuğumdan tutan əllər məndən milyon mil aralıdadır. Təsəvvür
edin ki, onlar uzun-uzun yolun sonundadırlar. İstiqamətlənmiş meditasiya.
Təsəvvür etmək lazım deyil ki, pəncərənin metal qaytanı — sizin qarnınızı
yaran nazik, iti bıçaqdır.
Təsəvvür etmək lazım deyil ki, hansısa qara geyimli adamlar sizin ayaqlarınızı
aralayır.
Sizdən milyon mil aralıda kobud, yumşaq əl kökün özülündən getdikcə daha
güclü sıxmağa başlayır.
Rezin lent.
Siz İrlandiyadasınız.
Siz döyüşçü klubundasınız.
Siz işdəsiniz.
Harda olur olsun, ancaq burda yox.
— Üç dəqiqə!
Kimsə uzaqda qışqırır:
— Siz özünüz demisiniz, axı, mister Derden: «Döyüşçü klubunun yolunda
dayanmayın».
İsti əl sənə toxunur. Onun ardınca bıçağın soyuq ucu.
O biri əl səni çiynindən qucaqlayır.
Bu — terapevtik bədən təmasıdır.
Qucaqlaşma vaxtı.
Efirli əski sənin ağzına və burnuna toxunur.
Ondan sonra — heç nə. Hətta heç nədən daha az. Bihuşluq.
Dostları ilə paylaş: |