İstifadə olunan mənbələr: ............................................................................................................. 80
4
Giriş
Bu dərslik tikiş istehsalatı istiqaməti üzrə nəzərdə tutulmuş ixtisasların tədrisində istifadə üçün
tövsiyə olunur.
Geyim bəşəriyyətin maddi mədəniyyət elementlərindən biridir. Insan cəmiyyətinin hər bir tarixi
inkişaf mərhələsində geyim forması dəyişir. Geyim ictimai quruluşun tələblərini, texnikanın,
iqtisadiyyatın inkişafını, eləcə də xalqların milli mədəniyyət və məişət xüsusiyyətlərini, bədii zövqünü və
milli ənənələrini özündə əks etdirir.
Geyim insan bədənini onu əhatə edən mühitin müxtəlif təsirlərindən (istidən, soyuqdan,
rütubətdən, tozdan və s.) qorumaq üçün mühafizə vasitəsi kimi yaranmışdır.
Keçmiş zamanlardan bu günümüzədək şərəfli peşələrdən biri kimi tanınan dərzilik sənəti
haqqında belə bir fikir formalaşmışdır ki, insanın xarici görünüşü dərzinin istedadı və zövqündən asılıdır.
Dərzinin peşəkar bacarıqlarına – geyimin hazırlanması zamanı bütün əməliyyatları yerinə yetirə
bilmək, tikiş maşınında işləmə vərdişləri, tikiləcək məmulatların ölçülərini müəyyənləşdirmək və
məmulatı yoxlama baxışına hazırlamaq bacarıqları daxildir. Ölkəmizdə tikiş sənayesinin inkişafına xüsusi
qayğı göstərilir. Əhalinin zövqə uyğun, müxtəlif çeşidli və yüksək keyfiyyətli tikiş məmulatlarına olan
tələbatını təmin etmək üçün müasir avadanlıqları, yeni texnologiyanı istehsalatda tətbiq etməyi bacaran
mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Bu baxımdan “Tikiş məmulatlarının hazırlanma
texnologiyası” modulunu bitirdikdə tələbə istənilən forma və ölçüdə müxtəlif növ tikiş məmulatlarını
hazırlamağı bacaracaqdır.
Bu məqsədlə dərzi və ya tikişçi əl və maşın işlərini yerinə yetirməyi, isti-nəmləndirmə
əməliyyatında alət və avadanlıqlardan düzgün istifadə etməyi, geyim və yaxud geyimə aid olmayan tikiş
məmulatlarının hazırlanmasında texnoloji ardıcıllığı bilməlidir.
Bundan başqa hazırlıq-biçim proseslərinin təkmilləşdirilməsi, məmulatın keyfiyyətinin
yoxlanılması, fəhlə əməyinin düzgün təşkili tikiş sənayesi üçün ən aktual məsələlərdəndir.
Tikiş istehsalında elmi-texniki tərəqqinin sürətləndirilməsinin əsas rolu - əmək məhsuldarlığının
yüksəldilməsində, buraxılan məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında son nəticənin əldə edilməsi –
texnologiya, mexanikləşdirmə və avtomatlaşdırma sahəsində qazanılan ən yeni nailiyyətlərin kompleks
həlli və istehsalata tətbiqi yolu ilə texniki təchizatı tamamilə yeniləməklə mümkündür.
5
“Tikiş məmulatlarının hazırlanma texnologiyası” modulunun spesifikasiyası
Dostları ilə paylaş: |