Mövcudluq Halı
O Sizin Düşündüyünüz Şey Deyil
Siz daim qeyd edirsiniz ki, ən vacibi baş verənlərdə öz
mövcudluğunu hiss etməkdir. Mənə elə gəlir ki, sizi ağlımla ba-
şa düşürəm, ancaq belə bir şeyi haçansa təcrübədən keçirdiyimə
əmin deyiləm. Mən daim anlamağa çalışıram: bu mənim dü-
şündüyümdür, yoxsa tamamilə başqa bir şeydir?
O sənin olduğunu düşündüyün şey deyil! Sən möv-
cudluq haqqında düşünə bilməzsən, idrak isə onu anla-
mağa qadir deyil. Mövcudluğu anlamaq elə mövcud ol-
maqdır.
Kiçik bir təcrübə apar. Gözlərini yum və öz-özünə de:
“Maraqlıdır, görəsən, indi ağlıma hansı fikir gələcək?”
İndisə çox diqqətli ol, fikrin gəlməsini gözlə. Siçanın
yuvasının ağzında onu gözləyən pişik qədər həssas ol. O
yuvadan hansı fikir çıxacaq? Bunu elə indicə elə.
&
Hə, necə oldu?
Düşüncənin gəlməsi üçün olduqca uzun müddət göz-
ləmək məcburiyyətində qaldım.
129
Bax belə. Dərin mövcudluq halında olarkən, sən fikir-
lərdən azad olursan. Sən sakit və hərəkətsiz amma eyni
anda sayıqsan. Elə ki şüurlu diqqətin müəyyən səviyyə-
dən aşağı düşdü, fikir dərhal başına soxulur. Elə ki zehni
gurultu yenidən başlayır, sakitlik uçub gedir və yenidən
zamanın hökmü altına düşürsən.
Bəzi Dzen ustadları şagirdlərinin indiki anda
mövcudluq dərəcəsini yoxlamaq üçün onların arxasında
gizlənərək, qəfil ağacla zərbə endiriblər. Zərbə son dərəcə
təsirli olub! Əgər şagird ayıq-sayıq, tam mövcudluq ha-
lında olubsa, yəni İsa Məsihin bir səhnəni təsvir etdiyi
kimi, “beli sarınıbsa, lampası da əlində yanırsa”, o arxa-
sında gizlənmiş müəllimini vaxtında görəcək, yaxud zər-
bəni dəf edəcək və ya ondan yayına biləcək. Zərbə hədəfə
dəysə, onda şagird öz fikirlərinə dalmış olub, yəni başqa
sözlə, mövcud və şüurlu halda olmayıb.
Gündəlik həyatda mövcud qalmaq üçün, içinə dərin
şəkildə köklənməlisən. Əks təqdirdə, inanılmaz sürətə
malik olan idrak coşqun çay kimi səni götürüb aparacaq.
“Dərin bir şəkildə köklənməlisən” deyərkən nəyi nəzərdə
tutursunuz?
Bu bədənində tam və bütöv olaraq yaşamaqdır, elə
yaşamaq ki, diqqətinin müəyyən hissəsi hər zaman
bədəninin daxili enerjisinə yönəlmiş olsun. Başqa sözlə,
bədənini daima daxildən hiss et. Bədənini şüurlu olaraq
hiss etmək səni mövcudluq durumunda saxlayır. O səni
İndiki anda möhkəmləndirər (6-cı Fəslə bax).
“Gözləmənin” Ezoterik Mənası
Mövcudluq halını gözləmə ilə müqayisə etmək olar.
İsa öz ibrətamiz hekayələrində çox zaman gözləmə bən-
zətməsindən istifadə etmişdir. Bu gözləmə sıxıntı və na-
rahatlıqla xarakterizə olunan, artıq dediyim kimi, öz-
özlüyündə indini inkar edən adi gözləmə deyil. Bu sənin
diqqətinin gələcəkdəki hansısa nöqtəyə cəmləndiyi və ya
indinin istədiklərini əldə etməkdə sənə əngəl olan arzu-
olunmaz maneə kimi qəbul olunduğu gözləmə də deyil.
Keyfiyyət baxımından başqa bir gözləmə tipi də var, o
səndən mütləq qavrama həssaslığı tələb edir. İstənilən an
hər şey baş verə bilər və əgər tam oyaq deyilsənsə, daxili
dincliyin mütləq deyilsə, bu məqamı buraxacaqsan. İsa
Məsih bir zamanlar məhz bu gözləmə haqqında danı-
şırdı. O durumda sənin bütün diqqətin indiki ana
cəmlənir. Mücərrəd xəyallara, fikirlərə, xatirələrə diqqət
ayrılmır. Onda gərginlik yoxdur, qorxu yoxdur, yalnız
canlı və həssas mövcudluq var. Sən bütün Varlığında
mövcud olursan, bədəninin hər bir hüceyrəsi ilə. Bu
durum, keçmişdən və gələcəkdən, hətta bilmək
istəyirsənsə, şəxsiyyəti olan
1
“
3
s
0
əndən”də heç nə saxlamır.
131
Sən yalnız onda özün olursan, həm də həmişəkindən
daha dərin formada. Demək olar ki, yalnız indi həqiqətən
özün olursan.
“Öz ağasının qayıtmasını gözləyən nökər kimi ol”, –
İsa deyir. Nökər ağasının saat neçədə qayıdacağını bilmir.
Ona görə də, daim oyaqdır, sayıqdır, ağası gələndə əsnə-
məsin deyə həssas, diqqətli və sakitdir. Başqa bir ibrəta-
miz hekayədə İsa beş qayğısız (şüursuz) qadın haqqında
danışır, onları lampadakı odun sönməməsini (mövcud
qalmaq) təmin etmək üçün yağları (şüurları) çatmır, odur
ki, gəlin və kürəkəni (İndiki anı) gözdən qaçırırlar və toy
məclisinə (aydınlanmaya) gedə bilmirlər. Bu beş qadın ki-
fayət qədər yağa sahib olan (şüurlu qalan) beş müdrik qa-
dının əksini göstərir.
İncilin müəllifləri belə, bu pritçaların mənalarını tam
anlaya bilməyiblər, ona görə də, ilk variantlar və təhriflər
onlar yazılarkən mətnə daxil olmuşdur. İzahlar əsnasında
əmələ gələn sonrakı səhvlər əsl mənanın tamamilə itməsi-
nə gətirib çıxarıb. Bu hekayələr dünyanın axırı yox, psixo-
loji zamanın sonu haqqındadır. Onlar eqoist idrakın aşıla-
raq, şüurun yeni durumunda yaşamağın mümkünlüyünü
göstərir.
132
Gözəllik Mövcudluq Halının
Dincliyind
ə Yaranır
Dostları ilə paylaş: |