Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   42   43   44   45   46   47   48   49   ...   78
İndiki Anın Gücü

Mən  diqqətimi  daxili  bədənimə  cəmləmək  istəyəndə  güclü 
narahatlıq  hiss  etdim.  Həyəcanlandım,  hətta  yüngül  ürəkbu- 
lanma oldu. Odur ki, sizin dediklərinizi hiss edə bilmədim. 


162 
 
Sənin  hiss  etdiyin  çoxdankı,  köhnəlmiş  emosiyadır, 
bəlkə də, diqqətini bədəninə cəmləməyə başlamazdan qa- 
baq  onun  varlığını  hiss  etmirdin.  Əgər  lap  başlanğıcdan 
ona  müəyyən  qədər  diqqət  ayırmasan,  bu  emosiya  özün- 
dən  daha  dərində  yerləşən  daxili  bədənə  giriş  yolunu 
tapmaqda sənə mane olacaq. Diqqət sənin onun haqqında 
düşünməyə  başlamağın  anlamına  gəlmir.  Bu  emosiyanı 
müşahidə  etmək,  onu tamamilə  hiss  etmək  və  beləliklədə 
onu  olduğu  kimi  qəbul  etməkdir.  Bəzi  emosiyalar  –  qə- 
zəb,  qorxu,  kədər  və  s.  asanlıqla  tanınırlar.  Bəzilərini  isə 
müəyyənləşdirmək  çətin  olur.  Bunlar  narahatlıq,  ağırlıq 
və  ya  bağlılıq,  yəni  emosiya  ilə  fiziki  hissiyyat  arasında 
bir  şey  ola  bilər.İstənilən  halda  önəmli  olan  ona  zehni 
yarlık  yapışdırmağın  deyil,  onun  hissini  mümkün  qədər 
çox  fərq  edə  bilməyindir.  Diqqət  transformasiyanın 
açarıdır,  tam  diqqətdə  isə  həmçinin  qəbullanma  da  var. 
Diqqət  işıq  şüası  kimidir,  o    şüurunun    cəmlənmiş 
gücüdür  və  hər  şeyi  özünə  yəni  şüura  çevirir.  Tam  işlək 
qabiliyyətli  orqanizmdə  emosiyaların  həyatı  çox    qısa 
olur.  O,  Varlığının  üzərindəki  müvəqqəti  dalğa  kimidir. 
Lakin  bədənində  olamayanda  həmin  emosiya  sənin  daxi- 
lində  bir  neçə  gün,  hətta  bir  neçə  həftə  qala,  yaxud  eyni 
müddətdə  digər  emosiyalarla  birləşərək,  onlara  qarışaraq 
ağrıya,  daxilində  illərlə  yaşayan,  sənin  enerjinlə  qidala- 
nan, fiziki xəstəliklər yaradan, həyatını miskinləşdirən və 
acizləşdirən parazitə çevrilə bilər (2-ci Fəslə bax). 


163 
 
Odur ki, diqqətini emosiyaları hiss etməyə yönəlt, id- 
rakının  emosiyaları  qidalandıran,  günahkarlıq  duyğusu, 
özünü  alçaltma  və  ya  hiddət  kimi  narazılıq  stereotipin- 
dən  yapışıb-yapışmadığına  nəzarət  elə.  Əgər  yapışıbsa, 
deməli,  hələ  bağışlamamısan.  Bağışlamama  çox  zaman 
başqa  adama,  ya  da  elə  özünə  qarşı  olur,  ancaq  o  eyni 
zamanda,  idrakının  qəbul  etmək  istəmədiyi    keçmiş,  
indiki və ya gələcək vəziyyət və şəraitə qarşı da ola bilər. 
Bəli,  bağışlamama  hətta  gələcəyə  qarşı  da  ola  bilər.  Bu, 
idrakın  qeyri-müəyyənliyi  qəbul  etməyi,  gələcəyin  onun 
nəzarətindən  kənarda  olduğunu  qəbul  etməyi  rədd  etmə- 
si  anlamına  gəlir.  Bağışlama  öz  narazığından  və  incik- 
liyindən  imtina  etməkdir.  Bu  sənin  narazılığının  saxta 
mənlik  hissini  gücləndirməkdən  başqa  bir  işə  yaramadı- 
ğını  dərk  etdiyində  təbii  bir  şəkildə  baş  verir.Bağışlama 
həyata  müqavimət  göstərməmək,  həyatın  içindən  keçmə- 
sinə  imkan  verməkdir.  Bunun  alternativləri  isə  ağrı  və 
iztirablar,  bir  çox  hallarda  isə  hətta  həyat  enerjisinin  axı- 
nına  son  dərəcə  güclü  şəkildə  mane  olan  fiziki  xəstəlik- 
lərdir... 
Sən  məhz  bağışlayanda  idrakının  ələ  keçirdiyi  gücü- 
nü  geri  qaytarırsan.  Bağışlamama  idrakın  bir  özəlliyidir,  
o  eynilə  idrakın  yaratdığı  saxta  mənlik,  eqo  və  dava-da- 
laşsız  yaşaya  bilmir.  İdrak  bağışlamağı  bacarmır.  Ancaq 
sən  bacarırsan.  Sən  mövcud  olursan,  öz  bədəninə  daxil 
olursan, Varlıqdan gələn sakitliyin və dincliyin titrəyişini 


164 
 
hiss edirsən. Ona görə də, İsa deyib: “Kilsəyə girməzdən 
qabaq bağışla”. 
 
Aşkar Olmayanla Əlaqə 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin