Bunun elmi təsdiqi varmı?
Sınaqdan keçir, o zaman özün təsdiqləyəcəksən.
167
İmmun Sisteminin Gücləndirilməsi
Fiziki reallıqla bağlı bu praktikanın digər faydalı tə-
rəfi daxili bədənində yaşadığın təqdirdə immun sistemi-
nin xeyli dərəcədə möhkəmlənməsidir. Bədəninə nə qə-
dər çox şüur daxil edirsənsə, immun sistemin bir o qədər
möhkəmlənir. Sanki hər bir hüceyrə oyanır və şadlıq edir.
Bədənin sənin diqqətini sevir. Bundan başqa, bu həm də
çox güclü özünümüalicə üsuludur. Xəstəliklərin çoxu
bədəninə girməyə sən onda mövcud olmayanda yol tapır.
Ev sahibi evdə olmayanda, ora hər cür şübhəli şəxslər
daxil ola bilirlər. Bədənində olanda isə, arzuolunmaz
qonaqların ora daxil olması çətinləşir.
Ancaq təkcə fiziki immun sistemin möhkəmlənmir,
psixi immun sistemi də xeyli dərəcədə güclənir. O səni
başqalarının şüalandırdığı son dərəcə yolxucu olan neqa-
tiv zehni-emosional güc sahələrindən qoruyur. Bədə-
nində olmaq səni həmin sahələrdən qalxan kimi deyil,
bütün enerji sahənin titrəmə tezliyinin yüksəlməsi yoluy-
la qoruyur, bu zaman aşağı tezlikdə titrəyən hər şey, yəni
qorxu, qəzəb, depressiya və buna bənzər şeylər fərqli bir
reallıq sistemində qalır
O artıq şüur sahənə girə bilmir, girsə belə, sən artıq
ona müqavimət göstərməli olmursan, çünki o səndən
keçərək çıxıb gedir. Ancaq lütfən, mənim dediklərimi
168
ehkam kimi qəbul etmə, eyni zamanda diqqətdən kənar-
da saxlama. Bunu təəcrübədən keçir.
Özünümüalicəyə aid sadə, eyni zamanda, çox güclü
meditasiya var. Onu immun sistemini möhkəmləndirmək
üçün lazım olduqda hər zaman yerinə yetirə bilərsən. O,
xüsüsilə xəstəliyin ilk əlamətlərini hiss etdiyiniz zaman
edilsə effektli olur, xroniki xəstəliklərə də yaxşı təsir gös-
tərir; ancaq onu gərək tez-tez və intensiv fokuslarla
(diqqətlə) edəsən. O həmçinin enerji sahəni istənilən
şəkildə dağıdan müəyyən neqativlik formalarına da qarşı
çıxaraq nəticə göstərir. Ancaq bu meditasiya hər an
bədəndə olma təcrübəsini əvəz etmir. Başqa sözlə desək,
onun effekti müvəqqətidir. Həmin meditasiya bundan
ibarətdir.
Bir neçə dəqiqə boş vaxtın olanda, xüsusilə də, yuxu-
ya getməzdən qabaq və səhərlər yuxudan oyananda ilk
olaraq bədənini şüurlarla “doldur”. Gözlərini yum. Arxa-
sı üstə uzan. Bədəninin bir hissəsini – əllərini, ayaqlarını,
qollarını, qıçlarını, sinəni, başını və s. seç və diqqətini qısa
müddət ona cəmlə. Onların içərisindən axan həyat enerji-
sini mümkün qədər dolğun hiss et. Öz diqqətini təxmi-
nən on beş saniyə bədəninin hər bir üzvü üzərində saxla.
Sonra diqqətini dalğa kimi bütün bədəninlə başdan-aya-
ğa və ayaqdan-başa kimi süz. Bu təxminən bir dəqiqə
vaxt tələb edir.Bundan sonra, daxili bədənini bir bütün
olaraq tək bir enerji sahəsi kimi hiss edin. Bu duyğunu bir
169
neçə dəqiqə ərzində saxla.Bu zaman sıx bir şəkildə möv-
cud olun, bədəninizin hər hüceyrəsində mövcud olun.
Əgər idrakın diqqətini təsadüfən bədənindən yayındırsa
və nəticədə hansısa fikrə dalaraq özünü itirsən, buna görə
narahat olma. Bunu keçib getdiyini hiss edən kimi, öz
diqqətini yenidən bədəninə qaytar.
N
əfəsin Səni Bədənə
Daxil Etm
əsinə İcazə Ver
Bəzən idrakım fəal olanda o dərəcədə hərəkətli olurki, diq-
qətimi ondan ayırıb daxili bədənimi hiss etməyə cəhd edə bilmi-
rəm. Xüsusilə də, narahat və ya həyəcanlı vəziyyətlərdə olanda.
Mənə nə məsləhət görə bilərsiniz?
Daxili bədəninlə təmasa girmək hər dəfə çətinləşən-
də, adətən diqqəti nəfəsə cəmləmək daha asan olur. Şü-
urlu nəfəs alıb-verməyin özü ən güclü meditasiyadır və
səni tədricən bədənlə əlaqəyə aparacaq. Öz nəfəsinə, ha-
vanın bədəninə girib-çıxmasına diqqət et. Nəfəs al və
havanı hər dəfə udub-buraxanda qarnının necə qalxıb-
endiyini hiss et. Əgər bunu gözünün qabağına gətirmək
çətin deyilsə, sadəcə gözlərini yum, işıqla əhatə olundu-
ğunu və ya parlaq bir maddəyə, şüur ümmanına daldığı-
nı gör. Sonra nəfəs alarkən bu işığı içinə çək. Bu parlaq
maddənin bədəninə dolduğunu və onu da parıldatdığını
hiss et.
170
Sonra yavaş-yavaş diqqətini hissinə cəmlə. Beləcə
artıq, sən bədənindəsən. Sadəcə heç bir vizual obraza
bağlanma.
İdrakdan Yaradıcı İstifadə
Əgər idrakından müəyyən bir məqsədlə istifadə et-
mək istəyirsənsə, onu daxili bədənlə birlikdə istifadə et.
İdrakından yaradıcı şəkildə yalnız düşüncə olmadan şü-
urlu olmağı bacardığın halda yararlana bilərsən və bu
duruma girməyin ən asan yolu bədən vasitəsilədir. Sənə
nə zaman cavab, qərar və ya yaradıcı ideya lazım olsa, sa-
dəcə bir anlıq düşünmə və diqqətini daxili energetik sa-
hən üzərində cəmlə. Sakitlik durumuna daxil ol. Yenidən
düşünməyə başlayanda, fikirlərin təzə və yaradıcı olacaq.
Nəyisə düşünərkən bir neçə dəqiqə düşünmə və daxili
dinləmə, daxili sakitlik arasında var-gəl etməyi vərdişə
çevir. Bunu belə də ifadə edə bilərik: təkcə başınla yox,
bütün bədəninlə düşün.
Dinl
əmə Sənəti
Bir adama qulaq asarkən, onu təkcə idrakınla yox,
həm də bədəninlə dinlə. Dinləyərkən, daxili bədəninin
enerji sahəsini hiss et. Bu, diqqəti düşünmədən uzaqlaş-
dırır və idrakın müdaxiləsi olmadan dinləməyə imkan
verən sakit məkan yaradır. Sən bu vəziyyətdə başqa şəxsə
var ola biləcəyi bir boşluq verirsən.
171
Bu sənin verə biləcəyin ən qiymətli hədiyyədir. İnsanların
çoxu necə dinləmək lazım olduğunu bilmir, ona görə də
onların diqqətinin çox hissəsini öz düşüncələri məşğul
edir. Onlar başqalarının nə danışdığına yox, məhz öz dü-
şüncələrinə daha çox diqqət yetirir, həqiqi əhəmiyyət
kəsb edənə yəni başqasının sözlərinin və idrakının arxa-
sında gizlənən Varlığına qətiyyən fikir vermirlər. Şübhə-
siz ki, sən başqasının Varlığını ancaq öz varlığın vasitə-
siylə hiss edə bilərsən. Bu, birliyin dərkinin başlanğıcı,
həm də sevgidir. Varlığın ən dərin qatında sən var olan
hər şeylə birsən.
İnsan münasibətlərinin çox hissəsi onların bir-birlə-
rilə ünsiyyətindən deyil,daha çox əqli səviyyədə qarşılıqlı
əlaqə və təsirindən yaranır. Lakin heç bir münasibət belə
inkişaf edə bilməz, elə buna görə də, insanlar arasındakı
münasibətlərdə bu qədər anlaşılmamazlıq var. Sənin hə-
yatını idrak idarə edəndə, konfliktlər, çəkişmələr və prob-
lemlər qaçılmaz olur. Daxili bədənlə təmasda olmaq isə
saf idraksızlıq yaradır, münasibətlər də ancaq bu cür
inkişaf edə bilər.
172
VII
fəsil
Dostları ilə paylaş: |