Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə45/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   41   42   43   44   45   46   47   48   ...   78
İndiki Anın Gücü

Bəs,  bədənin  mahiyyəti  haqda  itirilmiş  təlimləri  yenidən 
bərpa etmək, yaxud əldə olan hissələr əsasında yenidən yarat- 
maq imkanları varmı? 
 
Buna  ehtiyac  yoxdur.  Bütün  ruhani  təlimlər  vahid 
Mənbədən  qaynaqlanır.  Bu  mənada  həmişə  çox  sayda 
müxtəlif  formalarda  təzahür  edən  bir  ustad  olub  və  var. 
Bir dəfə içimizdəki o mənbəyə çatanda, biz bu ustad olu- 
ruq. Və ona daxili bədən yolu ilə nail oluruq. Bütün ruha- 


157 
 
ni  təlimlərin  eyni  Mənbəyi  olmasına  baxmayaraq,  bir  
dəfə  deyildikdən  və  yazıldıqdan  sonra  onlar  söz  yığının- 
dan başqa bir şey olmurlar. Sözlərin isə yalnız işarə olma- 
sı  haqqında  artıq  danışmışıq.  Bütün  təlimlər  də  yalnız 
işarə,  göstəricisidir,  onlar  Mənbəyə  geri  dönməyin  
yolunu göstərirlər. 
Mən artıq sənin bədəninin içərisində gizlənmiş Həqi- 
qət haqqında danışdım. Ancaq ustadların itirilmiş təlimlə- 
rindən bir daha təkrar edəcəm, odur ki, bu da sənə daha 
bir  işarə  olsun.  Xahiş  edirəm,  oxuyanda  və  dinləyəndə 
daxili bədənini duymağa cəhd et. 
 
B
ədən Haqqında Danışmaq 
 
Sənin  fiziki  quruluş  kimi  qəbul  etdiyin,  bədən  adla- 
nan, xəstəliyə, qocalığa və  ölümə məruz qalan şey  nəticə 
etibarilə həqiqi deyil – o sən deyilsən.O doğumun və ölü- 
mün  xaricində  yerləşən  əsl  reallığının  yalnış  qavra- 
nılmasıdır,  bu  qavrama  sənin  ağlının  məhdudluğundan 
qaynaqlanır;  o,  Varlıqla  vəhdətini  itirdiyindən,  bu  ayrılı- 
ğa  xəyali  inancının  dəlili  olaraq,  həmçinin,  qorxusuna 
haqq  qazandırmaq  üçün  bədəni  yaradır.  Lakin  bədəninə 
üz  çevirmə,  çünki  idrakının  xəyali  yaradılışı  kimi  qavra- 
dığın  bu  simvolun  müvəqqətiliyi,  məhdudiyyəti  və  ölü- 
mü içərisində sənin əsl və ölümsüz reallığının parıltısı və 
əzəməti gizlənib. Həqiqət axtararkən diqqətini başqa heç 


158 
 
bir yerə yönəltmə, çünki onu bədəninin içərisindən 
başqa heç bir yerdə tapmaq mümkün deyil. 
Bədəninlə  döyüşmə,  çünki  bunu  edərkən  öz  reallığı- 
na qarşı savaşmış olursan. Sən öz bədəninsən. Sənin gör- 
düyün  və  toxuna  bildiyin  bədən  sadəcə  xəyali  bir  örtük- 
dür.  Onun  arxasında  görünməyən  daxili  bədən,  Varlığın, 
Sirli Dünyanın qapısı var. Sən öz daxili bədənin vasitəsilə 
sirli  vahid  Həyata  qırılmaz  tellərlə  bağlısan.  Daxili  bədə- 
nin vasitəsilə Tanrıyla əbədi birsən. 
 
İçinizdə Dərin Bir Şəkildə Kök Salın 
 
Daxili  bədənlə  daimi  bağlılıq  durumunda  olmağın 
açarı onu həmişə hiss etməkdir. Bu sənin həyatını tez də- 
rinləşdirəcək  və  çevriliş  edəcək.  Şüurunu  daxili  bədəninə 
nə  qədər  çox  kökləyirsənsə,  onun  titrəmə  tezliyi  daha  da 
yüksəlir. Bu, elektrik cərəyanını artırıb işığı gurlaşdırmaq 
üçün  düyməni  burmağa  bənzəyir.  Enerjinin  daha  yüksək 
səviyyəsində  neqativliklər  sənə  təsir  edə  bilmir  və  hə- 
yatında  bu  yüksək  tezliyi  əks  etdirən,  ona  reaksiya  verə 
bilən yeni qabiliyyət qazanırsan. 
Diqqətini  bədənində  mümkün  qədər  çox  saxlaya  bil- 
sən,  İndiki  Anın  lövbərinə  bağlanmış  olacaqsan.  Kənar 
dünyada  azmayacaq,  özünü  idrakında  itirməyəcəksən. 
Fikirlər və emosiyalar, qorxu və arzular hələ müəyyən 


159 
 
dərəcədə mövcud olsalarda, ancaq artıq sənə qalib gələ 
bilməyəcəklər. 
Zəhmət  olmasa,  hal-hazırda  diqqətinin  nəyə  cəmlən- 
diyinə  bax.  İndi  məni  dinləyir,  ya  da  kitabdan  bu  sözləri 
oxuyursan,  elədir?  Bu  sənin  diqqətinin  mərkəzidir.  Eyni 
zamnda,  ətrafında  nələrin,  kimlərin  olduğunu  da  bilirsən. 
Bundan  başqa,  eşitdiyin  və  ya  oxuduğunla  bağlı  zehni 
fəaliyyətdə  ola  bilər.  Lakin  bütün  bunların  diqqətini  tam 
olaraq cəlb etməsinə ehtiyac yoxdur. Bax gör, eyni vaxtda 
öz daxili bədəninlə də əlaqədə ola bilirsənmi? Diqqətinin 
bir  hissəsini  içəridə  saxla.  Onun  bütövlüklə  bayıra 
çıxmasına  imkan  yaratma.  Bütün    bədənini    içəridən, 
vahid  enerji  sahəsi  kimi  hiss  et.  Bu  bütün  bədəninlə 
dinləməyə  və  ya  oxumağa  bərabər  bir  şeydir.  Bunu  bir 
neçə gün, hətta bir neçə həftə ərzində təcrübədən keçir. 
 
Diqqətini  idrakına  və  kənar  dünyaya  yönəltmə.  Bü- 
tün  diqqətini  gördüyün  işə  cəmlə,  ancaq  eyni  zamanda, 
mümkün  olduqca  hər  an  daxili  bədənini  hiss  et.  İçinə 
köklənmiş  halda  qal.  Sonra  bunun  şüurunu  necə  dəyiş- 
dirdiyini və gördüyün işin keyfiyyətinə necə təsir etdiyini 
müşahidə et. 
Hər  hansı  bir  yerdə,  nəyisə  gözləyəndə  həmin  vaxt 
daxili  bədənini  duymaq  üçün  istifadə  et.Belə  olduqda  tı- 
xacda,  növbələrdə  gözləmək  çox  zövqlü  hala  gələ  bilər, 
hətta ləzzət verər. Özünü zehni olaraq indiki andan uzaq- 


160 
 
laşdıraraq nəyəsə proyeksiya etməkdənsə, öz bədəninə 
dalaraq indiki ana daha dərindən daxil ol. 
Beləliklə daxili bədənin dərk edilməsi inkişaf etdikcə, 
Varlıqla  daimi  vəhdət  halına  çevrildikcə,  həyatına 
əvvəllər  heç  vaxt  hiss  etmədiyin  daha  çox  dərinlik  əlavə 
ediləcək. 
Bədənində  dərin  bir  şəkildə  kökləndiyində  beyninin 
müşahidəçisi olaraq orada mövcud olmaq da asan olacaq. 
Kənarda  nə  baş  verdiyi  vacib  deyil,  sizi  artıq  heç  nə  sar- 
sıda bilməz. 
Nə  qədər  ki  mövcud  olmayacaqsan  (öz  bədənində 
yaşamaq  isə  bunun  mühüm  əlamətidir),  səni  idrakın  ida- 
rə  edəcək.  Uzun  illər  əvvəl  öyrəndiyin  və  beynində  kök 
atmış  ssenari,  həmçinin  şərti  ağlın  sənə  nə  haqqında  dü- 
şünməyi  və  özünü  necə  aparmağını  diktə  edəcək.  Sən 
bundan  qısamüddət  azad  ola  bilsən  də,  bu  uzun  sürmə- 
yəcək.  Bu  özünü  əsasən  nəsə  “düz  getməyəndə”  və    ya  
hər  hansı  itgiyə  məruz  qalanda,  ya  da  cansıxıcı  vaxtla- 
rında  baş  verəcək.  Onda  zehinlə  eyniləşmiş  şüurun  altın- 
dakı  yeganə  əsas  duyğu  olan  qorxu  tərəfindən  hərəkətə 
gətirilən  şərti  reaksiyan  qeyri-iradi,  avtomatik  və  təxmin 
edilə bilən olacaq. 
Ona  görə  də,  qarşına  bu  cür  mürəkkəb  məsələlər  çı- 
xanda (bu isə adi haldır), dərhal bədəninin bacardığın qə- 
dər dərininə dalmaq, diqqətini daxili enerji sahəsinə cəm- 
ləmək vərdişinə yiyələn. Buna çox vaxt lazım deyil, sadə- 


161 
 
cə  bir  neçə  saniyə  kifayət  edər.  Ancaq  bunu  həmin  mü- 
rəkkəb  məsələlər  qarşına  çıxan  anda  etməlisən.  İstənilən 
ləngimə  şərti  zehni-emosional  reaksiyanın  ortaya  çıxıb, 
səni  ələ  keçirməyinə  səbəb  olacaq.  Diqqətini  daxilinə 
cəmləyəndə və həmin daxili sahəni görəndə, dərhal sakit- 
ləşir  və  mövcud  olursan,  sanki  şüurunu  idrakından  ayı- 
rırsan.  Əgər  sənə  situasiyaya  reaksiya  vermək  lazım- 
dırsa,  reaksiya  həmin  dərinlikdən  gələcək.  Necəki  günəş 
şüası  şam  işığından  daha  parlaqdırsa,  Varlıqda  da  sənin 
idrakından daha çox ağıl və zəka vardır. 
Daxili  bədəninlə  əlaqədə  olduğun  müddətdə  kökləri 
torpağın dərinliklərinə işləyən ağac, yaxud dərin və möh- 
kəm fundamentli bina kimi olursan. Ev tikən iki kişi haq- 
qında  olan  və  adətən  yanlış  yozulan  hekayədəki  analogi- 
yadan son olaraq İsa istifadə edib. Onlar biri evi bünövrə- 
siz,  qumun  üzərində  tikir  və  sel  gələn  kimi  evi  yuyub 
aparır. Digəri daş təbəqəsinə qədər gedib çıxan dərin özül 
qazır, sonra isə evi tikir və sel onu uçura bilmir. 
 
B
ədənə Daxil Olmazdan 
Qabaq 
Bağışlayın 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin