Münasibətlərin Aydınlanması
İndiki Ana Olduğun Yerdən Daxil Ol
Mən həmişə düşünmüşəm ki, sevgi olmadan kişiylə qadın
arasında əsl aydınlanmanın olması mümkün deyil. Məgər bizi
bütövlüyə qaytaran o deyil? Məgər məhəbbətsiz həyatı realizə
olunmuş və mükəmməl saymaq olar?
Bəs sən özün necə hesab edirsən?
Səndə belə bir şey olub?
Hələ ki olmayıb, ancaq başqa nə cür ola bilər? Bunun belə
olacağını təxmin edirəm.
Başqa sözlə, sən zamanla baş verəcək hadisənin səni
xilas edəcəyini gözləməkdə davam edirsən. Bəlkə, elə
haqqında danışdığımız başlıca səhv budur? Nə zamanda,
nə də məkanda xilas yoxdur. Xilas başqa yerdə burada və
indidədir.
“Xilas burada və indidədir” nə deməkdir? Mən bunu anla-
mıram. Mən hətta xilasın nə olduğunu da bilmirəm.
İnsanların çoxu daim fiziki həzlər, ya da psixoloji
məmnunluqların müxtəlif formalarının ardınca qaçırlar,
193
çünki bunun onları xoşbəxt edəcəyinə, qorxu və ya ehti-
yac hissindən azad edəcəyinə inanırlar. Onlar xoşbəxtliyi
fiziki həzz yoluyla əldə olunan ali bir hiss, ya da hər han-
sı psixoloji məmnunluq vasitəsilə qazanılan özünü daha
təhlükəsiz və daha dolğun hiss etmə kimi qəbul edirlər.
Ancaq bu qeyri-məmnunluq və bacarıqsızlıq duru-
mundan qurtuluş arayışıdır. Bu yolla alınması mümkün
olan istənilən həzz duyğusu heç vaxt davamlı olmur, ona
görə də, məmnunluq və ya özünü reallaşdırma duyğusu
adətən gələcəkdə xəyal olunan, “buradan və indidən”
uzaqdakı xəyali bir nöqtəyə proyeksiya olunur. “Bunu əl-
də etdikdən, ya da bundan xilas olduqdan sonra mənə
yaxşı olacaq.” Bu, idrakın gələcəkdə qurtuluş illüziyasını
yaradan şüursuz halıdır.
Əsl qurtuluş özünü reallaşdırmaqda, dünyanın və
həyatın dolğunluğundadır. Bu həqiqi kimliyiniz halını al-
maqdır, içinizdə əleyhdarı olmayan bir yaxşılıq, ətrafınız-
da isə heç bir şeyə bağlı olmayan bir Varlıq sevinci hiss
etməkdir. Bu, müvəqqəti deyil, daimi mövcudluq kimi
hiss olunur. Teizmin dilində buna, Tanrını özündən kə-
narda deyil, öz daxili mahiyyətin kimi “dərk etmək” de-
yilir. Həqiqi qurtuluş özünü zamanxarici və formasız Va-
hid Həyatın ayrılmaz hissəsi kimi hiss etməkdir; bütün
mövcud olanlar öz varlıqlarını ondan götürürlər.
194
Əsl xilas azad olma durumudur: qorxudan, əzabdan,
natamamlıq və faydasızlıq duyğusundan, istədiyin, eh-
tiyac duyduğun, yapışdığın və bağlandığın hər şeydən
azad olmaqdır. O, zəhlətökən fikirlərdən, neqativdən, ən
başlıcası da psixoloji tələbat olaraq keçmişdən və gələcək-
dən azad olmaqdır. İdrakın sənə buradan ona çata bilmə-
yəcəyini deyir. Əvvəlcə guya nəsə baş verməlidir, yəni
sən azad və tam reallaşmış ola bilənə qədər kimsə və ya
nəsə olmalısan. Əslində isə o sənə deyir ki, azad və kamil
olana qədər sənə zaman lazımdır, bunu həyata keçirmək
üçün ilk əvvəl sənə nəyisə tapmaq, seçmək, etmək, nəyə-
sə nail olmaq, nəyisə mənimsəmək, kimsə olmaq, yaxud
nəyisə anlamaq gərəkdir. Sənə elə gəlir ki, zaman qur-
tuluş vasitəsidir, halbuki o bu yolda ən böyük maneədir.
Sən ora buradan, indi olduğun yerdən bağlana bilməyə-
cəyini güman edirsən, indiki olduğun halınla onu əldə
edə bilməyəcəyini düşünürsən, çünki hələ yetərincə yaxşı
və kamil deyilsən. Ancaq həqiqət budur ki, “bura və
indi” ora ilə əlaqə yarada biləcəyin yeganə başlanğıc
nöqtəsidir. Sən ora ilə artıq orada olduğunu dərk etmək
vasitəsilə “əlaqə yaradırsan”. Sən Tanrını onu axtarmağa
ehtiyacın olmadığını dərk edəndə tapırsan. Ona görə də,
bu azadlığa gedən yeganə yol deyil: istənilən yoldan
istifadə etmək olar və heç bir konkret yola riayət etməyə
ehtiyac yoxdur. Ancaq tək bir giriş nöqtəsi var – İndiki
an. Bu andan kənarda heç bir qurtuluş ola bilməz.
195
Sən tənhasanmı? İndiki ana oradan daxil ol. Sevdiyin biri
varmı? İndiki ana oradan daxil ol.
Səni azadlığa bu andan daha çox yaxınlaşdıracaq heç
bir şey yoxdur. Qiymətli hər şeyin gələcəkdə olduğunu
düşünməyə öyrəşən ağlın bunu qavraması çətin ola bilər.
Keçmişdə etdiklərin və ya sənə qarşı edilənlər indi olana
“hə” deməyinə və diqqətini Mövcud ana cəmləşdirməyi-
nə mane ola bilməz. Sən bunu gələcəkdə edə bilməzsən.
Sən bunu ya indi etməlisən, ya da heç vaxt etməyəcəksən.
“Sevgi-Nifrət” Münasibətləri
Nə qədər ki mövcudluq titrəyişinə çıxış tapmamısan,
istənilən münasibət, xüsusilə də yaxın əlaqələr son dərəcə
dağınıq və pozucu halda olacaq. Onlar müəyyən dövr ər-
zində sənə ideal görünə bilərlər; məsələn, sən “vurulan-
da”. Ancaq mübahisələr, konfliktlər çoxaldıqca, qeyri-
məmnunluq duyğusu artıqca və hətta emosional, fiziki
zor artdıqca onun dağılmasının qarşısı almaq mümkün
olmayacaq. Belə görünürkü, “sevgi münasibətlərinin” ço-
xu olduqca qısa zamanda “sevgi-nifrət” münasibətlərinə
çevrilir. O zaman sevgi ən kiçik zərbə ilə öz maskasını də-
yişə, qəfil sənə düşmən kəsilə, üzərinə qəddarcasına hü-
cuma keçə, nifrətə çevrilə bilər. Həm də bu normal hal
olaraq görülür. Sonra bir neçə ay, yaxud il ərzində
münasibətləriniz sanki “sevgi” ilə nifrət arasında tərəd-
196
düd edəcək və bu sənə həzz verdiyi qədərdə, ağrıda verə-
cək. Cütlüklərin bu dövrlərə zərərli vərdiş kimi bağlan-
malarında qeyri-adi heç nə yoxdur. Aralarındakı dram
onlara özlərini gümrah hiss etmə imkanı yaradır. Ancaq
müsbət və mənfi qütblər arasında tarazlıq itəndə, neqativ
və dağıdıcı dövrələrin intensivliyi artanda (bu isə adətən
gec-tez baş verir), münasibətlərin birdəfəlik qırılması o
qədər də gecikmir.
Elə görünə bilər ki, əgər neqativ-dağıdıcı dövrələri
aradan qaldırmaq mümkün olsa, hər şey yaxşı olacaq və
münasibətlər yoluna düşəcək. Ancaq təəssüf ki, bu müm-
kün deyil. Qütblər qarşılıqlı olaraq bir-birinə bağlıdır. Sən
biri olmadan o birinə sahib ola bilmərsən. Pozitivin içində
ortaya çıxmamış neqativ də var. Hər ikisi mahiyyət etiba-
rilə eyni pozuntunun müxtəlif yönləridir. Mən burada ro-
mantik deyilən münasibətlərdən danışıram, əks tərəfi ol-
mayan idrakın hüdudlarının kənarından gələn əsl sevgi-
dən deyil. Sevgi - şüurlu insanlar qədər az görünən bir
şeydir.
Ancaq, düşüncə axarında bir fasilə, bir boşluq olanda
qısa və müvəqqəti sevgi anları yaşamaq mümkün olur
Əlbəttə, münasibətlərin pozitiv tərəfi ilə müqayisədə
neqativ tərəfi daha asanlıqla görünüb, tanına bilir. Ayrıca
həm də neqativin mənbəyini özündən çox qarşı tərəfdə
görmək daha asandır. Bu bir çox formalarda təzahür olu-
na bilər: sahib olmaq arzusunda, qısqanclıq hissində, nə-
197
zarət etmək ehtiyacında, qarşı tərəfdən uzaqlaşmaqda,
ifadə olunmamış qəzəbdə, haqlı olma ehtiyacında, qarşı
tərəfə diqqətsilikdə, özünə qapanmaqda, emosional sor-
ğu-sullarda və manipulyasiyalarda, mübahisələrdə, tən-
qiddə, ittihamlarda, qəzəb və ya aqressiyada, valideyn-
lərin hələ keçmişdə vurduğu ağrılara görə hayıf almaq
istəyində, güclü qəzəb tutmasında və sənə qarşı fiziki zo-
rakılıqlarda.
Pozitiv tərəfdə sən öz partnyorunu “sevirsən.” Baş-
lanğıcda bu son dərəcə qaneedici olur. Sən özünü tam
gümrah və canlı hiss edirsən. Varlığın birdən-birə məna
kəsb etməyə başlayır, ona görə ki, kiminsə sənə ehtiyacı
var, səni istəyir və səni özünü xüsusi biri olaraq hiss
etməyə məcbur edir. Sən də öz növbəndə eyni şeyi onun
üçün edirsən. Bu duyğu o dərəcədə güclü ola bilər ki,
onunla müqayisədə digər hər şey sadəcə solğun və
əhəmiyyətsiz görünər.
Buna baxmayaraq, ola bilərki bu durumun bir
möhtaclıq yaratdığını və zərərli bağlılıq xüsüsiyyətinə
malik olduğunu da görə biləsən. Sən digər insandan asılı
vəziyyətə düşürsən. Ya da o sənə narkotik maddə kimi
təsir edir. Bu narkotik maddəni tapanda yüksəklikdə
olursan, onu tapa bilməmək ehtimalı və düşüncəsi isə
qısqanclıq, sahib olma arzusu, emosional şantaj yoluyla
manipulyasiya cəhdləri doğura, qınaq və ittihamlara sə-
bəb ola, itirmək qorxusu yarada bilər. Əgər o insan səni
198
qəflətən tərk edirsə, bu səndə ən kəskin düşmənçilik,
kədər və ümidsizlik doğura bilər. Zərif sevgi bir göz qır-
pımında ağır qınaqlara və ya qəm-qüssəyə çevrilə bilər.
Bəs məhəbbət harada qaldı? Məgər sevgi bircə anda tər-
sinə çevrilə bilərmi? Bu sevgi idimi, yoxsa sadəcə kimisə
tutub-saxlamaq kimi zərərli bir vərdiş?
Z
ərərli Asılılıq və Bütövlük Axtarışı
Dostları ilə paylaş: |