Niyə biz başqa insana bağlanırıq?
Romantik sevgi münasibətlərinin belə güclü, dolğun
və hər zaman tələbkar olmasının səbəbi insanın qəlbinin
çox dərinliklərində gizlənmiş və həyatının reallaşmayan,
aşkar olunmayan bir hissəsi olan qorxudan, ehtiyacdan,
çatışmazlıqdan və natamamlıqdan qurtuluş kimi görün-
məsiylə bağlıdır. Bundan başqa, bu durumun fiziki və
psixoloji ölçüsü də var.
Fiziki planda siz bütöv deyilsiniz və heç vaxt da ol-
mayacaqsınız: çünki siz ya qadınsınız, ya da kişi, bu isə
necə deyərlər, bütövün yarısıdır. Bu mənada bütövlüyə
cəhd, yəni bir olmağa qayıdış özünü cinsi meyil şəklində
göstərir; kişiyə qadın lazımdır, qadına isə kişi. Bu, əks
enerji qütbünə birləşmə yolunda, demək olar ki, qarşısı-
alınmaaz bir səydir. Bu fiziki meylin kökü mənəvidir:
duallığa son qoymağa güclü istək və bütövlük durumuna
qayıtmaqdır. Cinsi əlaqə fiziki planda bu duruma hər
199
şeydən çox yaxınlaşmağa imkan verir. Ona görə də, fiziki
reallığın bizə bəxş edə biləcəyi ən güclü hissiyyatdır. An-
caq cinsi əlaqə bütövlüyün, həzz anının ötəri işartısından
başqa bir şey deyil. Bu, şüursuz olaraq xilas yolu kimi
qəbul olunduğundan, siz bu duallığın sonunu formalar
dünyasında axtarmağa başlayırsınız, yəni onu tapmağın
mümkün olmadığı yerdə. Sənə həvəsə və həyəcana gəti-
rən ötəri işartı bəxş edilir, bir anlıq cənnət göstərilir, an-
caq onda yaşamağa icazə verilmir və yenidən ayrı bir
bədəndə olduğunu görürsən.
Psixoloji anlamda yarımçıqlıq və natamamlıq duy-
ğusu, fiziki planda olduğundan qat-qat böyük həcmdə
ortaya çıxır. Nə qədər ki özünü idrakınla eyniləşdirirsən,
mənlik duyğunu kənardan alırsan. Yəni kim olduğun
haqda duyğunu nəticə etibarilə sənə heç bir dəxli olma-
yan şeydən alırsan: misal üçün, öz sosial rolundan, qa-
zandığın mülkiyyətdən, xarici görkəmindən, uğurların-
dan və uğursuzluqlarından, inanc sistemindən və s. İdra-
kın yaratdığı bu saxta mənlik və ya eqo özünü təhlükədə
və zəif hiss edir eyniləşəcəyi, ona var olma hissini verən
yeni şeylər axtarır.
Amma, heç bir şey onun daimi varlığını təmin etmək
üçün yetərli olmur. Beləliklə onun qorxusu heç vaxt yoxa
çıxmır; natamamlıq və ehtiyac duyğusu daim qalır.
Sonra kiminləsə şəxsi (sevgi) münasibətlər yaranır.
Elə təəssürat yaranır ki, onlar sanki özləriylə eqonun bü-
200
tün problemlərinin həllini gətirir və onun bütün tələbat-
larına cavab verirlər. Ən azından başlanğıcda belə görü-
nür. Sənin əvvəllər mənlik duyğunu aldığın şeylər ar-tıq
nisbi olaraq əhəmiyyətini itirir. İndi sənin yerdə qalan hər
şeyi əvəzləyən, həyatına məna verən bircə diqqət
mərkəzin var və sən öz şəxsiyyətini onun sayəsində ta-
pırsan: bu “vurulduğun insandır”. Artıq sən biganə kai-
natda ayrı bir hissəcik deyilsən, ya da sənə elə gəlir. Artıq
sənin dünyanın mərkəzi var: sevdiyin yeganə insan. Bu
mərkəzin kənarda olması və bu səbəbdən səndəki mənlik
duyğusunun əvvəlki tək kənardan gəlməsi isə ilk vaxtlar
hətta mənasız görünür. Mühüm olan odur ki, bütün bun-
ların altındakı eqoya xas natamamlıq, qorxu, yarımçıqlıq
və özünü reallaşdırmamaq duyğuları artıq yoxdur.
Yoxsa var? O artıq yox olub, yoxsa xoşbəxt səthi ger-
çəkliyin altında varlığını davam etdirir?
Əgər münasibətlərində “sevgi” və onun əksi olan qı-
naq, məzəmmət, emosional zorakılıq yaşayırsansa, demə-
li, eqo bağlılığını və fiziki asılılığını yanlış olaraq sevgi ki-
mi qəbul edirsən. Öz partnyorunu sevdiyin halda, ona
hücuma keçə bilməzsən. Əsl sevginin əksi yoxdur. Əgər
sənin “məhəbbətinin” əksi varsa, o sevgi deyil, eqonun
daha tam və dərin mənlik duyğusuna tələbatıdır və qarşı
tərəf bu tələbatı müvəqqəti olaraq qarşılayır. Bununla eqo
azadlığı gizlicə əvəz edir və qısa müddət ərzində həqi-
qətən azadlıq kimi görünür.
201
Ancaq elə bir məqam yetişir ki, partnyorun (daha
doğrusu eqon), tələbatlarını qarşılaya bilmir. Eqoistik
şüurun ayrılmaz tərkib hissəsi olan, ancaq “sevgi mü-
nasibətləri” adı ilə ört-basdır edilən ağrı, qorxu və boşluq
hissi yenidən üzə çıxır. Narkotika asılılığı da eynilə be-
lədir. Nə qədər ki narkotik maddə var, sən zirvədəsən,
ancaq elə bir zaman gəlir ki, artıq narkotika təsir etmir.
Ağrı-acı geri qayıdanda sən özünü əvvəlkindən daha kəs-
kin ağrılı şəkildə hiss edirsən və partnyorunu bu duyğu-
ların səbəbkarı hesab edirsən. Bu o deməkdir ki, bu duy-
ğuları xaricə proyeksiya edir və partnyorunu ağrılarının
bir hissəsi hesab edərək, ona qəddarcasına hücuma ke-
çirsən. Sənin bu hücumun partnyorunun da ağrısını oya-
da bilər və o da cavab qaytara bilər. Bu zaman eqo hələ
şüursuzcasına ümid edir ki, onun hücumu və ya qar-
şısındakını idarə etmək cəhdləri partnyorunu cəzalandır-
maq və ya onu davranışını dəyişməyə məcbur etmək
üçün yetərli olacaq, beləliklə də o bu insanı yenə ağrı-
larınızı ovutmaq üçün istifadə edə biləcək.
Hər bir asılılıq öz ağrınla üzləşərkən onu keçməyi
şüursuz olaraq rədd etməyindən qaynaqlanır. İstənilən
bağlılıq ağrı ilə başlayır, ağrı ilə də sona çatır. Hər nəyə
bağlanırsan-bağlan – alkoqola, yeməyə, icazə verilən və
ya qadağa olunan narkotik maddələrə, yaxud da insana,
– ondan öz ağrını dayandırmaq üçün istifadə edirsən.
Məhz buna görə də, intim münasibətlərdəki ilkin eyfori-
202
ya keçib-getdikdən sonra, çoxlu ağrı, iztirab əmələ gəlir.
Bü münasibətlər ağrı və iztirabın səbəbi deyildir. Onlar
sənin içində artıq var olan ağrını və iztirabı sadəcə ortaya
çıxarırlar. İstənilən bağlılıq labüd olaraq müyyən nöqtəyə
gəlib çatdıqda artıq sənə təsir göstərmir, onda ağrını
əvvəlkindən daha kəskin şəkildə hiss edirsən.
İnsanların əksəriyyətinin indiki andan qaçmasının və
nicat yolunu gələcəkdə axtarmasının səbəblərindən biri
də budur. Əgər onlar diqqətlərini mövcud ana cəm-
ləsələr, ilk növbədə ağrıları ilə qarşılaşacaqlar. Bu isə
onların ən çox qorxduğu şeydir. Kaş ki, onlar İndiki anda
olaraq onun keçmişi bütün ağrı-acıları ilə birlikdə yox
edən gücünü, illüziyaları dağıdan reallığını görəydilər.
Kaş ki, öz reallıqlarına, Tanrıya necə yaxın olduqlarını bi-
ləydilər.
Ağrıdan yayınmaq üçün münasibətlərdən qaçmaq da
çıxış yolu deyil. Ağrı istənilən halda var. Üç il ərzində
münasibətlərdəki üç uğursuzluq, həmin müddətdə ərzin-
də səni kimsəsiz adada, yaxud qapalı otaqda qalmaqdan
daha çox ayılmağa sövq edər. Lakin tənhalığına doyumlu
mövcudluq gətirə bilsən, bu da sənin işinə yarayar.
Asılılıqdan Aydınlanmış Münasibətlərə
Dostları ilə paylaş: |