Az eBook Archive


Partnyorun özünü şüursuz aparanda, bütün mühaki-



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə57/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   53   54   55   56   57   58   59   60   ...   78
İndiki Anın Gücü


Partnyorun özünü şüursuz aparanda, bütün mühaki- 
mələrini kənara qoy. İnsanı mühakimə etmək, onun şüur- 


 
suz davranışını həqiqi kimliyi ilə qarışdırmaqdır, ya  da 
öz şüursuzluğunu başqasına proyeksiya edib bunu onun 
həqiqi kimliyi ilə qarışdırmaqdır. Mühakimə etməməyin 
pozuntu  və  ya  şüursuzluqla  qarşılaşdıqda  onu  görmə- 
məyin anlamına gəlmir. Bu, “reaksiya verən və mühaki- 
mə  edən”  əvəzinə,  “dərk  edən”  olmaq  anlamına  gəlir. 
Nəticədə ya sən reaksiyadan tamamilə azad olacaqsan, ya 
da həm reaksiya verəcək, həm də, şüurlu olaraq bunun 
fərqində qalacaqsan; reaksiyanın izləndiyi və ona var ol- 
mağa icazə verilən məkan olacaqsan. Qaranlıqla mübari- 
zə aparmaq əvəzinə, işıq yandıracaqsan. İllüziyaya reak- 
siya vermək əvəzinə, bu illüziyanı görəcək amma eyni za- 
manda onun arxasından da məlumatlı olacaqsan. Şüurlu 
halda olmaq sevən mövcudluğun saf məkanını yaradır və 
o bütün şeylərə və bütün insanlara olduqları kimi olmaq 
imkanı  verir.  Dönüşdürülmə  üçün  bundan  güclü 
katalizator  yoxdur.  Əgər  bunu  tətbiq  etsən,  partnyorun 
səninlə birlikdə ola-ola şüursuz qala bilməz. 
Əgər  hər  ikiniz  razılığa  gələ  bilsəniz,  münasibətləri- 
niz sizin mənəvi təcrübəniz olacaq və belə çox yaxşı ola- 
caq.  Onda  siz  fikir  və  duyğularınızı  bir-birinizə  dərhal 
ağlınıza gələn kimi, ya da reaksiya yaranan kimi söyləyə- 
cək,  beləliklə,  ifadə  olunmamış  və  ya  dərk  olunmamış 
emosiya  və  incikliklərin  toplanması  və  artması  üçün  za- 
man  fasiləsi  yaratmayacaqsınız.  Hiss  etdiklərinizi  qarşı 
tərəfi  günahlandırmadan  ifadə  etməyi  öyrənin.  Onu, 
müdafiə olunmadan dinləməyi öyrən. 
211 


212 
 
Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin