həm olmağa imkan verə, həm də onu dəyişə bilərəm?
Etməyin lazım olan şeyi et. Eyni zamanda, olanı da
qəbul elə. Bir halda ki, idrak və müqavimətin oxşar an-
lamları var, qəbul eləmək səni dərhal idrakın hakimiy-
234
yətindən qurtarır, bununla da Varlıqla əlaqən bərpa olu-
nur. Və nəticədə səni nəsə etməyə təhrik edən eqonun
ənənəvi “hərəkət” istiqaməti, yəni qorxu, hərislik, nəza-
rətə, müdafiəyə cəhd, yaxud saxta mənlik duyğusuna yol
vermən dayanacaq. Artıq işə idrakdan xeyli yüksəkdə
dayanan intellekt girişəcək, ona görə də, sənin işin key-
fiyyət baxımından şüurun başqa səviyyəsinə keçəcək.
“Taleyinin xalısına hörülən istənilən naxışı qəbul elə,
çünki sənin kədərini heç nə ovuda bilməz!” Bunu 2000 il
əvvəlin son dərəcə nadir insanlarından olan, dünya üzə-
rindəki hökmranlıqla birlikdə müdrikliyə ucalan Mark
Avreli yazıb.
Deyəsən, insanların çoxuna öz müqavimətini kənara
atıb qəbullanmaqdan, hər şeyi olduğu kimi qəbul etmək-
dən və bağışlamağı öyrənməkdən qabaq böyük əzablar
yaşamaq lazımdır. Ancaq onlar qəbullanıb bağışladıqdan
sonra, böyük möcüzələrdən biri baş verir: məhz pis gö-
rünən şey vasitəsilə İlahi şüurun oyanması – iztirabın
daxili dincliyə çevrilməsi baş verir. Dünyadakı bütün pis-
liklərin və əzabların son məqsədi insanları adları və bə-
dənləri xaricində kim olduqlarını dərk etdirməkdir. Odur
ki, dar baxışlarımıza əsaslanaraq, pislik kimi qəbul etdiyi-
miz şey, əslində əks tərəfi olmayan böyük xoşbəxtliyin və
mərhəmətin bir hissəsidir. Lakin bu sənin üçün yalnız
bağışlamaq yoluyla həqiqətə çevrilə bilər. Nə qədər ki bu
235
baş verməyib, biz pislikdən xilas ola bilməyəcəyik və o
davam edəcək.
Bağışlama yolu ilə hansı ki, bu keçmişin həqiqət ol-
madığını görüb qəbul etmək və indiki anı olduğu kimi ol-
masına icazə verməkdir, çevriliş möcüzəsi həm daxilində,
həm də xaricində meydana gəlir. Dərin mövcudluğun
səssiz sahəsi həm daxilində, həm də xaricində yaranır.
Şüurun bu sahəsinə girən hər şey, onun təsirini hiss edir,
bəzən çox aşkar şəkildə, bəzənsə daha dərin səviyyədə və
onda dəyişikliklər müəyyən vaxtdan sonra hiss olunur.
Beləcə, heç bir şey etmədən, təkcə mövcud olmaqla və
dərin
mövcudluğun
titrəyiş
tezliyini
saxlamaqla
anlaşılmazlığı aradan qaldırır, ağrıdan xilas olur,
şüursuzluğu dağıdırsan.
H
əyat Dramının Sonu
Əgər qəbuletmə və daxili dinclik halındasansa, həyatına
adi şüur baxımından “pis” hesab oluna biləcək şey girə bilərmi?
Hətta siz onu “pis” adlandırmasanız belə.
İnsanların həyatında baş verən və “pis” adlandırılan
şeylərin böyük hissəsinin səbəbi onların şüursuzluğudur.
Pis şeylər öz-özünə baş verir, ya da daha doğusu, eqolar
tərəfindən yaradılır. Bəzən mən onlara “dram” kimi ya-
naşıram. Əgər tam şüurlusansa, dram heç vaxt sənin hə-
236
yatına daxil ola bilməz. İcazə ver, eqonun necə fəaliyyət
göstərdiyini və dramı necə yaratdığını qısaca xatırladım.
Eqo – müşahidə olunmayan idrakdır. O, sənin həya-
tını müşahidəçi, şahidlik edən şüur mövcud olmayanda
idarə edir.
Eqo özünü ona düşmən olan kainatda əlahiddə
ayrı biri kimi hesab edir.
Onun heç bir digər varlıqla
əlaqəsi yoxdur, o, potensial olaraq təhlükə saydığı və öz
məqsədləri üçün istifadə etməyə çalışdığı digər eqoların
mühasirəsindədir. Eqonun davranışlarının təməl modeli
öz qorxusu və natamamlıq hissi ilə mübarizə üçün
yaradılıb. Bu modellər müqavimət, hakimiyyət, ac-
gözlük, nəzarət etməyə cəhd, hücum və müdafiədir. Eqo-
nun bəzi strategiyaları son dərəcə mahir görünür, halbuki
əslində onlar heç vaxt problemləri həqiqətən həll etmir-
lər. Ona görə ki, eqo özü elə problemdir.
Şəxsi münasibətlərdə, istənilən təşkilatlarda və ya
qurumlarda eqolar bir araya gələndə, gec-tez “pis” şeylər
baş verir: onlar bu və ya digər formalı dramlar, kon-
fliktlər, problemlər, hakimiyyət uğrunda mübarizə, emo-
sional və ya fiziki zorakılıqlar şəklində ortaya çıxır.Buna
müharibə, soyqırım və istismar kimi ortaq pisliklər də da-
xildir, bunların hamısı kütləvi şüursuzluqdan qaynaq-
lanır. Bundan savayı, eqonun daimi müqaviməti ucbatın-
dan bədəndə enerji axını çətinləşir və ya tamamilə daya-
nır, nəticədə cürbəcür xəstəliklər əmələ gəlir. Siz Varlığa
yenidən birləşəndə isə, idrakın səni idarə etmir, odur ki,
237
belə şeylər də etmirsən. Dramlar yaratmır və onlarda
iştirak etmirsən.
İki və ya daha çox eqo nə zaman bir araya gəlirsə,
orada hökmən müəyyən dram yaşanır. Əgər öz-özlü-
yündə əzab çəkirsənsə, bu da dramdır. Əgər günahkarlıq
və ya təlaş hiss edirsənsə, bu da dramdır. Əgər keçmişin
və gələcəyin indinin üzərinə kölgə salmağına imkan ve-
rirsənsə, psixoloji zaman, yəni dram üçün xammal yara-
dırsan.
İnsanların çoxu şəxsi həyat dramlarını sevirlər. Onlar
özlərini şəxsi həyat tarixçələri ilə eyniləşdirirlər. Onların
həyatını eqoları idarə edir. Onlar öz mənlik hisslərini də
dramlarına əlavə edirlər. Hətta adətən onların uğursuz
cavab, qərar və ya şəfa axtarışları onların dramının bir
hissəsinə çevrilir. Bu elə onların idrakıdır. Onların ən çox
qorxduqları və müqavimət göstərdikləri şey dramlarının
son tapmağıdır. Bu o deməkdir ki, onlar idrakları olduğu
müddətdə qorxduqları və müqavimət göstərdikləri şey,
oyanmaqlarıdır.
Olanı tam qəbul edərək yaşayanda, bu sənin bütün
həyat dramlarının sonu olur. Onda heç kəs səni müba-
hisəyə çəkə bilmir, hətta buna çox çalışsa da. Tam şüurlu
insanla mübahisə etmək mümkün deyil. Mübahisə özünü
idrakla və öz zehni mövqeyinlə, eyni zamanda öz müqa-
vimətinlə və başqasının mövqeyinə verdiyin cavabla ey-
niləşdirməkdir. Mübahisənin nəticəsi adətən qarşı tərəf-
238
lərin möhkəmlənməsi və güclənməsi olur. Bunlar şüur-
suzluq prinsipinin hərəkət mexanizmləri və işləyiş for-
masıdır. Əgər qəbul etmə durumunda olsan, sən əvvəlki
tək fikrini açıq və qəti deyə bilərsən, ancaq onun ardında
nə reaktiv güc, nə müdafiə, nə də hücum olacaq və o heç
vaxt drama çevrilməyəcək. Tam şüurlu olanda sən qarşı-
durma vəziyyətindən çıxırsan.
Möcüzələr Kursunda deyilir. “Öz-özünlə tək qalanda
qarşıdurma haqqında düşünmək belə mümkün deyil”
Burada nəzərdə tutulan təkcə başqa insanlarla qarşı-
durma halları deyil və bundan qat-qat artıq dərəcədə da-
xili qarşıdurmalarda da şamil olunur. Çünki idrakının tə-
ləbləri və gözləntiləri ilə qarşıdurma olmayanda içinizdə
də qarşıdurma olmur.
H
əyatın Dəyişkənliyi və Dövriliyi
Lakin nə qədər ki, fiziki ölçüdəsən və kollektiv insan
şüuru ilə əlaqən var, psixi ağrı az da olsa olacaq. Onu iz-
tirabla, yaxud zehni-emosional ağrı ilə qarışdırmaq ol-
maz. İstənilən iztirab eqo ilə müqavimətin nəticəsidir.
Fiziki dünyada yaşadığından, sən onun dövrü təbiətinə,
eyni zamanda, dövrü dəyişkənlik qanununa tabe olmaq-
da davam edirsən, ancaq onu “pis”olaraq qəbul etmirsən.
O sadəcə olandır.
239
Hər şeyə “mövcud olmaq” imkanı verəndə bu təzad-
lar oyunun altında olan daha dərin ölçü özünü daimi
mövcudluq, sabit dərin dinclik, yaxşının və pisin o biri
tərəfində yaşayan səbəbsiz sevinc kimi göstərir. Bu, Var-
lığın sevincidir, İlahi dinclikdir.
Forma müstəvisində cisimlərin bir-birindən ayrı gö-
rünən doğum və ölüm, yaranma və dağılma, yüksəliş və
çöküşləri vardır. Bu hər şeydə özünü göstərir: ulduzların
və ya planetlərin həyat dövriyyəsində, millətlərin, siyasi
sistemlərin, sivilizasiyaların parlayıb sönməsində, həmçi-
nin fərdin həyatındakı qazanc və itkilərdə.
Hər şeyin yaxşı göründüyü və nəaliyyət əldə et-
diyiniz uğur dövrələri var, bir də onların dağıldığı uğur-
suzluq girdabları: bu zaman yeni nəsə etmək, transfor-
masiyanın baş verməsi üçün yeni şərait yaratmaq məqsə-
dilə onları tərk etməlisən. Əgər bu mərhələdə uğur-
suzluq girdablarından yapışır və müqavimət göstərirsən-
sə, bu o deməkdir ki, həyatın axınına uymaq istəmirsən
və deməli, əzab çəkəcəksən.
Yüksəliş mərhələsinin yaxşı, uğursuzluq dövrünün
isə pis olduğu qətiyyən doğru deyil. Bu yalnız idrakın
mühakimələri sferasında həqiqətdir. İnkişaf adətən müs-
bət hal sayılır, ancaq heç nə sonsuza qədər inkişaf edə
bilməz. Əgər inkişaf durmadan davam etsəydi, axırda
dəhşətli miqyas alar və sadəcə dağıdıcı olardı. Yeni inki-
şafın ola bilməsi üçün tənəzzülə ehtiyac var. Biri olma-
240
dan, digəridə ola bilməz. Tənəzzül yəni uğursuzluq döv-
rü mütləqdir və mahiyyətcə mənəvi gerçəkləşmə üçün la-
zımdır. Sən mənəvi tərəfə yönəlmən üçün dərin uçuruma
düşməli, müəyyən səviyyəyə yuvarlanmalı, itki verməli,
ya da güclü ağrı hiss etməlisən. Bəlkə də, böyük uğurun
boş və mənasız olar beləliklə, uğursuzluğa çevrilər. Hər
bir uğurun arxasında uğursuzluq, hər bir uğursuzluğun
arxasında uğur var. Bu dünyada forma müstəvisində hər
kəs əvvəl-axır uğursuzluğa düçar olur və hər bir nailiy-
yət, şübhəsiz ki, gec və ya tez uğursuzluq olur. Bütün
formalar müvəqqətdir.
Sən əvvəlki tək fəal olaraq, yeni forma və situasiyalar
yaradıb həzz ala bilərsən, ancaq artıq özünü onlarla eyni-
ləşdirməyəcəksən. Onlar sənə şəxsi mənlik duyğusu ver-
mək üçün lazım deyillər. Onlar sənin həyatın deyil, sadə-
cə həyatının situasiyalarıdır.
Sənin həyat enerjin də dövrələrə tabedir. O həmişə
zirvədə ola bilməz. Enerjinin yüksək və zəif olduğu mər-
hələlər var. Bəzən sən çox aktiv və yaradıcı olursan, lakin
hərdən də hər şey durğunlaşır və onda heç bir hərəkət
etmir, heç bir şeyə nail olmursan. Dövrə istənilən qədər
davam edə bilər: bir neçə saatdan bir neçə ilədək. Böyük
dövrələr və bu böyük dövrələrin içərisində olan kiçik
dövrələr var. Həyat üçün təhlükəli olan bir çox xəs-
təliklər zəif enerjili dövrələrə müqavimət göstərməyin
nəticəsidir. Bunu etmək istəyi, yaxud duyğularını və şəx-
241
si eyniləşdirməni uğur kimi xarici faktorlardan almağın,
idrakınla eyniləşmə müddətində qaçınılmaz illüziya
olacaq. Bu illüziya zəif dövrələri qəbul etməyi, məğlub ol-
mağı ya çətinləşdirir, ya da mümkünsüz edir. Beləliklədə,
özünü qorumağa meylli olan orqanizminin intellekti səni
saxlamağa məcbur etmək üçün, xəstəlik “düşünüb tap-
maq” kimi müdafiə tədbirindən istifadə edə bilər ki, yeni-
lənmə baş verə bilsin.
Kainatın dövri təbiəti bütün şeylərin və situasiyaların
müvəqqətiliyi ilə yaxından sıx bağlıdır. Budda bunu öz
təliminin mərkəzinə çevirmişdir. Bütün hallar son dərəcə
qeyri-stabildir və fasiləsiz hərəkətdədir, ya da onun ifadə
etdiyi kimi, dəyişkəndir. Bu hər bir halın, həyatında qar-
şılaşdığın hər bir situasuyanın xarakteristikasıdır. Onlar
dəyişir, yox olur ya da daha səni qane etmirlər. Dəyiş-
kənlik Məsihin təliminin də əsas konsepsiyasını təşkil
edir: “Özünüz üçün xəzinələr yığıb yerə basdırmayın, gü-
və və pas onları çürüdər, oğrular isə oğurlayarlar...”
Nə qədər ki idrakın şəraiti “yaxşı” qiymətləndirir, is-
tər münasibətləriniz, istər mülkiyyətiniz, istər sosial rolu-
nuz, istər yaşayış yeriniz, istərsə də fiziki bədəniniz ver-
diyinz bu qiymətə bağlanır və onunla eyniləşir. O səni
xoşbəxt, özündən məmnun edir, kimliyinin bir hissəsi
olur. Ancaq “güvə və pasın yeyəcəyi” mənada heç nə
əbədi deyil. O ya tükənər, dəyişər, yaxud qütb dəyi-
şikliyinə məruz qalar: Dünən, ya da keçən il yaxşı olan,
242
şərait qəfil tədricən pisləşir. Əvvəllər səni xoşbəxt edən
eyni şərait, bir az keçdikdən sonra bədbəxt edir. Bu-
günkü uğur sabah mənasız israfçılığa çevrilir. Uğurlu ev-
lilik və bal ayı uğursuz boşanmaya, yaxud mənasız mü-
nasibətə çevrilir. Ya da hər hansı bir şərait özü yoxa çıxır
və onun yoxluğu səni bədbəxt edir. Əgər idrakın bağ-
landığı və özünü eyniləşdirdiyi şərait və ya situasiya də-
yişir, ya da yoxa çıxırsa, idrak bunu heç cür qəbul edə bil-
mir. O, yoxa çıxan şəraitdən yapışaraq, bu dəyişikliyə
müqavimət göstərir. Bu sanki bir qolunuzun və ya
ayağınızın bədəninizdən qoparılmasına bənzəyir.
Hərdən bəzi insanların var-dövlətlərini və ya nüfuz-
larını itirdikdən sonra intahara cəhd etdiklərini eşidirik.
Bunlar ekstremal hallardır. Ciddi itkiyə və ya buna bən-
zər bir şeyə məruz qalan başqaları isə, qəm dəryasına ba-
tır, yaxud da xəstələnirlər. Onlar sərhədi ayıra bilmir, öz
həyatları ilə həyat situasiyaları arasındakı fərqi hiss et-
mirlər. Bu yaxınlarda yaşı artıq səksəni ötdükdən sonra
vəfat etmiş bir aktrisa haqqında oxudum. Qocalaraq gö-
zəlliyi solmağa başlayanda o özünü çox bədbəxt hiss edə-
rək, tənhalığa çəkilib. O da şəraitlə – öz zahiri görünüşü
ilə eyniləşmişdi. Bu şərait əvvəlcə ona sevincli, daha son-
ra fərəhsiz duyğular bəxş edib. Əgər o içindəki formasız
və zamanxarici həyata qovuşa bilsəydi, bu prosesi qayğı-
sızlıq və dincliyin olduğu yerdən müşahidə edə bilər və
zahiri formasının solmasına sakitcə imkan yaradardı.
243
Bundan başqa, onun zahiri forması yaşı olmayan əsl təbi-
ətindən şüalanan işıqla daha şəffaf olardı, yəni onun gö-
zəlliyi heç vaxt solmaz, mənəvi gözəlliyə çevrilərdi. An-
caq bunun mümkünlüyünü heç kəs ona deməyib. Ən hə-
qiqi bilgi hələ geniş şəkildə əldə olunmamışdır.
&
Budda öyrədirdi ki, sənin xoşbəxtliyin belə “dak-
ha”dır; bu söz pali dilində “əzab” və ya “məmnuniyyət-
sizlik” deməkdir. Xoşbəxtlik və bədbəxtlik bir-birindən
ayrılmazdır. Bu o deməkdir ki, sənin xoşbəxtliyinlə bəd-
bəxtliyin faktiki olaraq eyni şeydir. Onları bir-birindən
ancaq zaman illüziyası ayırır.
Ancaq bu heç də sənin neqativ mövqedə olmalı oldu-
ğun demək deyil. Bu sadəcə sənin şeylərin mahiyyətini
anlayıb, bütün həyatın boyu illüziyalar ardınca qaçma-
mağın üçündür. Bu sənin gözəl şeyləri və xoş situasi-
yaları qiymətləndirməməyin, zövq almamağın anlamına
da gəlmir. Lakin onların verə bilmədiyi, yəni nəyləsə ey-
niləşmə, daimilik və ümid etmək, yaxud özünü tam real-
laşdırmanın arxasınca getmək əzaba və ümidlərin puç ol-
masına aparan yoldur. Əgər insanlar aydınlansalar və
özlərini əşyalarla eyniləşdirməkdən daha zövq almasalar,
bütün reklam sənayesi və istehlak cəmiyyəti çökər. Çünki
xoşbəxtliyə bu yolla nə qədər israrla can atırsansa, o da
bir o qədər səylə səndən qaçır. Müvəqqəti və səthi heç bir
244
şey səni heç vaxt məmnun etməyəcək, lakin həqiqətə ça-
tana qədər, bəlkə də, çoxlu ümidsizlik, məyusluq yaşaya
bilərsən. Şeylər və situasiyalar həzz verə bilər, ancaq on-
lar sənə ağrı da verəcək. Əşyalar və siyuasiyalar sənə ləz-
zət verə bilər, ancaq sevinc bəxş edə bilməz. Sevinci heç
bir şey bəxş edə bilməz. Sevinc səbəbsizdir və Varlığın
sevinci kimi daxildən gəlir. O sənin təbii halındır, səylə
çalışaraq və ya mübarizə apararaq əldə edəcəyin bir şey
deyil.
İnsanların çoxu malik olduğu, uğrunda mübarizə
apardığı əşyalarda heç bir “qurtuluş” olmadığını qətiy-
yən anlamır. Bunu anlayanlar çox zaman həyatdan bezir
və depressiyaya düşürlər: əgər heç bir şey sənə həqiqətən
tam məmnunluq vermirsə, nə uğrunda mübarizə apara-
san? Bunun mənası varmı? Əgər Əhdi-Ətiqin peyğəmbəri
aşağıdakıları yazıbsa, deməli, bu anlayış səviyyəsinə yük-
səlib:
“Mən günəşin altında baş verən hər şeyi gördüm və
bunlar hamısı boş, mənasız şeylər idi, küləyin arxasınca
qaçmaqdan başqa bir şey deyildi”.
Bu fikri dərk edəndə, sən ümidsizliklə aydınlanma-
nın arasında, hərəsinin bir addımlığında olacaqsan.
Bir Buddist rahib bir vaxtlar mənə belə demişdi:
"Rahib olduğumdan bəri keçən iyirmi il ərzində öy-
rəndiyim bütün şeyi bir cümlə ilə ümümiləşdirə bilərəm:
Yaranan hər şey, yox olur. Bildiyim budur.
245
O bunu demək istəyirdi:
“Mən var olana müqavimət göstərməməyi öyrəndim;
mən mövcud ana var olmağa icazə verməyi, bütün şey-
lərin və şəraitlərin müvəqqəti təbiətini qəbul etməyi öy-
rənmişəm. Beləcə, dinclik tapmışam”.
Həyata müqavimət göstərməmək xoşbəxt, qayğısız
və asan yaşamaq deməkdir. Onda bu hal artıq vəziyyə-
tinin yaxşı və ya pisliyindən asılı olmayacaq. Demək olar
ki, paradoksaldır, ancaq elə ki formadan daxili asılılığın
aradan qalxır, həyatının ümumi şəraiti və xarici görkəmin
əhəmiyyətli dərəcədə yaxşılaşma tendensiyası qazanır.
Xoşbəxt olmaq üçün ehtiyac duyduğun şeylər, insanlar
və şərtlər mübarizəsiz və heç bir səy göstərmədiyin halda
sənin yanına gəlməyə başlayırlar və nə qədər ki, vardırlar
onları dəyərləndirə, onlardan həzz ala bilərsən. Əlbəttə ki
bütün bunlar, müvəqqətidir, dövrlər gəlib-gedəcəklər,
ancaq onlardan asılılığın olmadığı üçün, bundan sonra
onları itirmək qorxun da olmayacaq. Həyat qayğısızca-
sına axacaq.
Hər hansı ikinci mənbədən gələn xoşbəxtlik dərin ol-
mur. O yalnız Varlığın solğun əksi, müqavimətsiz duru-
ma girərkən dincliyin daxilində tapdığın titrək əks-səda-
sıdır. Varlıq səni idrakın əks qütblərinin hüdudlarından
kənara çıxararaq, formaya bağlılıqdan azad edir. Ətrafda
hər şey uçulub-dağılsa, parçalansa belə, sən dincliyin də-
246
rin hissini duymağa davam edirsən. Bəlkə də, bununla
xoşbəxt olmayacaqsan, ancaq sakit olacaqsan.
Neqativlikd
ən İstifadə Edib
Onu K
ənara Atmaq
İstənilən daxili müqavimət bu və ya digər formalı ne-
qativlik kimi hiss olunur. İstənilən cür neqativlik də mü-
qavimətdir. Bu mənada hər iki söz, eyni anlamdadır. Ne-
qativlik adi hirsdən və ya dözümsüzlükdən azğın qəzəbə
qədər, depressiv ovqatdan, ya da hiddətdən çıxılmaz inti-
har durumunadək dəyişə bilər. Bəzən müqavimət emosi-
onal ağrıları da hərəkətə gətirir. Bu halda ən mənasız si-
tuasiya belə, qəzəb, depressiya və ya dərin kədər kimi
güclü neqativlik yaradır.
Eqo neqativlik vasitəsilə reallığı ustalıqla idarə edə-
rək, istədiyini ala biləcəyinə inanır. Eqo onun vasitəsilə
həmçinin arzuladığı situsiyaları cəlb edə, arzu olunma-
yanları isə qova biləcəyinədə inanır. Möcüzələr Kursu
düzgün olaraq, xoşbəxt olmadığın zamanlarda bədbəxtli-
yin sənə istədiyini “əldə edəcəyin” ilə bağlı şüuraltında
inama sahib olduğunu göstərir. Əgər “sən", yəni idrakın
bədbəxtliyin işləmədiyinə inanmasaydı, onu yaratmaq
nəyinə lazım idi? Həqiqət budurki, şübhəsiz, neqativlik
işə yaramır. O, arzulanan şəraiti cəzb etmək əvəzinə, on-
ların yaranmasına mane olur. Arzuolunmaz halları dağıt-
247
maq əvəzinə, onları yerində saxlayır. Neqativliyin yeganə
“faydalı” tərəfi eqonu möhkəmləndirməsidir. Elə bu sə-
bəbdən də eqo onu sevir.
Elə ki özünü neqativliyin hər hansı cəhəti ilə eyniləş-
dirirsən, artıq onu başından çıxarıb ata bilmirsən və
dərin şüuraltı səviyyədə müsbət dəyişikliklərdə istə-
mirsən. O, sənin depressiv, acıqlı və haqsızlığa məruz
qalmış kimliyini təhdid edəcək. Onda sən isə həyatının
müsbət yönlərinə əhəmiyyət verməyəcək, onları görmə-
məzliyə vuracaq və qəbul etməyəcəksən.
Neqativlik təbii amil deyil. O, təbiətdə yoxdur. Ne-
qativlik psixi çirkləndirici kimidir, həm də təbiətin zəhər-
lənərək məhv olması ilə kollektiv insan psixikasında top-
lanan nəhəng mənfi yük arasında dərin əlaqə var. Planeti-
mizdə insan həyatından başqa heç bir həyat forması
neqativliyi tanımır. Eyni zamanda, heç bir digər həyat
forması onu saxlayan, mövcudluğunun əsası olan yer kü-
rəsini murdarlayıb zəhərləmir. Sən heç stress vəziyyətinə
düşmüş narazı bir çiçək, ya da palıd ağacı gördünmü?
Depressiyaya düşmüş delfin və ya qurbağa, özündən
narazı və rahatlıq tapmayan pişik, inciklik və nifrətdən
qovrulan quş gördünmü? Yalnız insanlarla yaxın təmas-
da olan, insan idrakı və onun dəliliyi ilə əlaqəsi olan hey-
vanlar təsadüfən müəyyən əsəbi davranış göstərə və ya
neqativliyə bənzər şeylər hiss edə bilərlər.
248
Hər hansı bitki və heyvanı müşahidə et, ondan var
olanı olduğu kimi qəbul etməyi öyrən, Mövcud ana gü-
zəştə getməyi öyrən. Həyatı öyrən. Bötüvlüyü öyrən, bü-
töv olmağın, özünlə olmağın, həqiqi olmağın nə olduğu-
nu öyrən. Necə yaşamağı, necə ölməyi, həyatı və ölümü
problemə çevirməməyi öyrən.
Mən bir neçə Dzen ustadı ilə birlikdə yaşadım, onlar
hamısı pişik idilər. Hətta ördəklərdən mühüm mənəvi
dərslər aldım. Onları sadəcə müşahidə etmək meditasiya-
dır. Onlar necə də azad və sərbəst şəkildə, öz aləmlərin-
də, indiki anda tam mövcud halda, ləyaqətli və mükəm-
məl şəkildə hərəkət edirlər; bunu ancaq idraksız varlıqlar
edə bilər. Bununla belə, iki ördək təsadüfən dalaşa bilər;
bəzən naməlum səbəbdən, ya da biri o birinin sahəsinə
girdiyi üçün. Döyüş adətən bir neçə saniyə davam edir
sonra isə ördəklər ayrılıb əks istiqamətlərə üzərək, yolda
arabir qanadlarını möhkəm çırpırlar. Sonra elə dinc üzür-
lər ki, sanki aralarında heç bir dava-filan olmayıb. Bunu
ilk dəfə müşahidə edərkən birdən anladım ki, onlar qa-
nadlarını çırparkən artıq enerjidən azad olur, bununla da
enerjinin bədənlərində qalıb neqativliyə çevrilməsindən
qorunurlar. Bu, təbiətdən gəlmə müdriklikdir və onlar
üçün çox asanddır, çünki keçmişdə yaşayan və
bununlada özlərini onunla eyniləşdirən idrakları yoxdur.
|