Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə68/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   64   65   66   67   68   69   70   71   ...   78
İndiki Anın Gücü

Yəni şəfqət budur? 
 
Bəli. Şəfqət özünlə digər bütün varlıqlar arasında də- 
rin rabitənin dərk olunmasıdır. Lakin şəfqətin, yəni şəfqət 
bağının iki tərəfi var. Bir halda ki sən burada bir tərəfdən 
fiziki  bədənsən,  deməli,  öz  fiziki  formanın  zəifliyini  və 
ötəriliyini  başqaları  ilə,  hər  bir  canlı  varlıqla  bölüşürsən. 
Növbəti  dəfə  “mənim  bu  adamla  ortaq  heç    nəyim 
yoxdur” deyəndə, yadına sal ki, onunla aranda ortaq  şey- 
lər  çoxdur.  Bir  neçə  ildən,  iki  ildən,  yaxud  yetmiş  ildən 
sonra olmasından asılı olmayaraq, hər ikiniz çürüyən me- 
yit,  ondan  sonra  bir  ovuc  kül,  daha  sonra  isə  heç  nə  ola- 
caqsınız. Bunu dərk etmək insanı o qədər ayıldır və sakit- 
ləşdirir  ki,  qürur  üçün  heç  bir  yer  qoymur.  Məgər  bu  ne- 
qativ  fikirdir?  Yox,  bu  faktdır.  Buna  niyə  gözlərini  yu- 
mursan?  Bu  mənada  səninlə  istənilən  digər  varlıq  arasın- 
da tam bərabərlik var. 
Ən  güclü  mənəvi  təcrübələrdən  biri  səninki  də  daxil 
olmaqla fiziki formaların faniliyi ilə bağlı dərin meditasi- 
yadır.  O  “ölmədən  əvvəl  ölmək”  adlanır.  Onun  dərinliyi- 
nə  get.  Sənin  bədənin  əriyir  və  yox  olur.  Sonra  idrakın 
yaratdığı bütün forma və fikirlərin öldüyü məqam yetişir. 
Ancaq sən hələ oradasan. Buna sənin İlahi mövcudluğun 


257 
 
deyilir.  İşıqlı,  parlaq,  tam  ayılma.  Real  olan  heç  bir  şey 
heç vaxt ölməyib, ölənlər ancaq adlar, bədənlər, formalar 
və illüziyalardır. 
 

Öz  həqiqi  təbiətinin  ölümsüzlüyünün  dərk  olunması 
şəfqətin  digər  tərəfidir.  Sən  dərin  hissi  planda  təkcə  öz 
ölümsüzlüyünü  deyil,  istənilən  digər  varlığın  ölümsüzlü- 
yünü də dərk edirsən. Sən formalar müstəvisində mövcu- 
diyyətin  faniliyi  və  təsadüfiliyi  fikrini  bölüşürsən.  Varlıq 
müstəvisində isə əbədi, parlaq həyatı bölüşürsən. Bu, şəf- 
qətin  iki  tərəfidir.  Bir-birinə  zidd  kimi  görünən  kədər  və 
sevinc  hissləri  şəfqətdə  qovuşaraq  dərin  daxili  dincliyə 
çevrilirlər. Bu, Tanrının dincliyidir. O, insan məxluqunun 
hiss  etməyə  qadir  olduğu  ən  gözəl  və  möhtəşəm  duyğu- 
lardan  biri  olmaqla  yanaşı,  həm  də  şəfaverici  və  dəyişdi- 
rici  gücə  malikdir.  Ancaq  haqqında  bəhs  etdiyim  həqiqi 
şəfqətə çox az rast gəlinir. Başqa bir varlığın əzabını hiss 
etmək  üçün  güclü  şüur  dərəcəsinə  malik  olmalısan,  lakin 
bu  şəfqətin  yalnız  bir  tərəfidir.  Bu,  tam  şəfqət  deyil.  Hə- 
qiqi  şəfqət  duyğuları,  anlayaraq  bölüşəbilmə  qabiliyyəti- 
nin  hüdudlarını  aşır.  Nə  qədər  ki  bu  şəfqət  kədər  sevinci 
ilə,  Varlığın  formadan  kənar  sevinci  ilə,  əbədi  həyatın 
sevinci ilə birləşə bilməyəcək, o reallaşmayacaq. 


258 
 
F
ərqli Reallıq Nizamına Doğru 
 
Mən  bədənin  ölməli  olduğuna  inanmıram.  Bizim  fiziki 
ölümə qalib gələ biləcəyimizə inanıram. Bədən biz ölümə inan- 
dığımız üçün ölür. 
 
Bədən  sən  ölümə  inandığın  üçün  ölmür.  Bədən  sən 
ölümə inandığın üçün var və ya var kimi görünür. Bədən 
və  ölüm  eqoist  şüurun  doğurduğu  eyni  illüziyanın  bir 
hissəsidir,  o  bu  çərçivədə  fəaliyyət  göstərdiyindən,  həya- 
tın  mənbəyini  dərk  etmək  qabiliyyətindən  məhrumdur, 
ona  görə  də,  özünü  əlahiddə  bir  şey  kimi  daimi  təhlükə 
altında  görür.  Beləcə,  o  sənin  daimi  təhlükə  altında  olan 
bərk  fiziki  hərəkət  vasitəsi  olmağın  haqda  illüziya  yara- 
dır. 
Özünü  doğulan  və  bir  qədər  sonra  ölən  bədən  kimi 
qəbul etmək illüziyadır. Bədən və ölüm tək və bütöv illü- 
ziyadır. Biri olmadan o biri də ola bilməz. Sən illüziyanın 
bir hissəsini özündə saxlayıb, o birindən xilas olmaq istə- 
yirsən.  Ancaq  bu  mümkün  deyil.  Sən  ya  bunun  hamısına 
malik olmalısan, ya da hamısından imtina etməlisən. 
Lakin öz bədənindən qaça bilməzsən, bunu etmə- yinə 
də  ehtiyac  yoxdur.  Bədənini  həqiqi  təbiətin  kimi  qə-  bul 
etməyin  son  dərəcə  yanlışdır.  Ancaq  nə  qədər  ki  bə-  dən 
həqiqi təbiətinə giriş üçün yeganə nöqtədir, bu 


259 
 
təbiət də həmin illüziyadan kənarda yox, onun içərisində- 
dir. 
Əgər sən bir mələk görüb, onu yanlış olaraq daş hey- 
kəl hesab eləmisənsə, etməli olduğun yeganə şey nəzərlə- 
rini  yenidən  kökləyib,  başqa  bir  şeyə  yox,  həmin  “daş 
heykələ”  daha  diqqətlə  baxmaqdır.  Onda  görəcəksən  ki, 
orda daş heykəl olmayıb. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin