Ancaq nə aclıq, nə də acından ölmə ilk yerdə olmamalıdır.
Aclıq və zorakılıq kimi pis şeylərdən azad olmadan yaxşı dün-
yanı necə yarada bilərik?
Pisliyin istənilən təzahürü şüursuzluğun nəticəsidir.
Sən şüursuzluğun nəticələrini yumşalda bilərəsən, ancaq
səbəbi aradan qaldırmadan onları aradan qaldıra bilməz-
sən. Həqiqi dəyişiklik ətrafınızda yox, daxilində baş verir.
Əgər bütün dünyada əzabın yüngülləşdirilməsini
arzulayırsansa (bu, əlbəttə, olduqca xeyirxah işdir), unut-
265
ma ki, diqqəti ancaq ətrafına yönəltməməlisən; yoxsa
uğursuzluq və ümidsizliklə qarşılaşacaqsan. İnsan şüu-
runda dərin dəyişiklilər olmadan dünyadakı əzab dibsiz
dərə kimi bir şey olacaq. Ona görə də, öz şəfqətinə birtə-
rəfli olmağa icazə vermə. Kiminsə ağrısına və ya itkisinə
acıma və kömək etmə istəyi həyatın bütün təzahürlərinin
daxili mahiyyətini daha dərindən dərk etməklə yanaşı,
bütün ağrıların ilkin illüziyasını da dərk etməklə tarazlıq
təşkil etməlidir. Yalnız bu halda sən öz dincliyini gördü-
yün bütün işlərə hopdura bilər, yalnız bu halda eyni anda
səbəb və nəticə səviyyəsində işləyə bilərsən.
Bu həmçinin şüursuz insanların, bir-birilərini, öz pla-
netini məhv etməkdən, ya da hissiyyatı olan başqa varlıq-
lara dəhşətli əzab verməkdən çəkindirmək məqsədilə hər
hansı hərəkati dəstəklədiyin halda da məqbuldur. Unut-
ma: qaranlıqla mübarizə apara bilmədiyin kimi, şüursuz-
luqla da vuruşa bilməzsən. Bunu etməyə çalışırsansa, əks
qütblər güclənməyə başlayır və döyüş qabiliyyətlərini
möhkəmlədirlər. Sən bu qütblərdən biriylə eyniləşir, özü-
nə düşmən yaradır, beləliklə şüursuzluğa çəkilirsən. Fər-
qindəliyini məlumatı yaymaqla oyat, ancaq yenə də
müqavimət göstərsən, ən yaxşı halda passiv müqavimət
göstər. Amma bu halda içində heç bir müqavimət, nifrət
və mənfilik daşımadığından əmin ol.
“Düşmənlərinizi sevin” – deyən İsa, şübhəsiz, “düş-
mən qazanmayın” demək istəmişdi.
266
Bir dəfə nəticələr səviyyəsində iş görməklə özünü
onun içində çox asanlıqla itirə bilərsən. Ayıq-sayıq və
yüksək dərəcədə mövcud qal. Səbəb səviyyəsi sənin diq-
qət mərkəzini ilkin vəzifən üzərində saxlamağı tələb edir,
o zaman aydınlanmağı öyrənmək başlıca məqsədin olur,
dinclik isə bu dünyaya ən qiymətli hədiyyən olur.
267
X
fəsil
Dostları ilə paylaş: |