274
neqativliyə yoluxub, odur ki, o qətiyyən səmimiyyət de-
yil, sadəcə maskalanmış müqavimətdir. Təslim olarkən
içində müqavimətin iz-sorağının qalıb-qalmadığını yoxla-
maq üçün diqqətini daxilinə yönəlt. Bunu edərkən, son
dərəcə diqqətli və həssas ol, yoxsa hansısa küncdə gizlə-
nən fikir və ya şüursuz emosiya şəklində olan balaca mü-
qavimət topasını nəzərdən qaçıra bilərsən.
İdrakın Enerjisindən Ruhun Enerjisinə
Müqavimətdən imtina söyləndiyi qədər asan deyil. Mən
ondan necə imtina edəcəyimi hələ də bilmirəm. Siz təslim olmaq
vasitəsilə deyəndə, məndə yenə sual yaranır: Necə?
Hərəkətə, müqavimətin olduğunu təsdiq və qəbul
edərək başla. O yaranmağa, doğmağa başlayanda onunla
birlikdə ol. İdrakının onu necə yaratdığını, yaranan şəra-
itə, sənə və başqalarına onun necə təsir etdiyini müşahidə
et. Təfəkkürünün nəylə məşğul olduğuna bax. Emosiya-
nın enerjisini hiss et. Müqavimətini müşahidə et və onun
heç nəyə xidmət etmədiyini özün görəcəksən. Bütün diq-
qətini Mövcud ana cəmlə, sən şüursuz müqaviməti şüur-
lu edirsən, bu isə onun sonu olur. Sən eyni anda şüurlu
və bədbəxt, şüurlu və neqativ durumda ola bilməzsən.
Neqativlik narazılıq duyğusudur, yaxud əzabın istənilən
275
formada varlığı müqavimətin mövcudluğunu bildirir və
müqavimət həmişə şüursuz olur.
Dostları ilə paylaş: