Mənim işimdə xoşagəlməz vəziyyət yaranmışdı. İstədim
ona əhəmiyyət verməyəm, vəziyyətə təslim olam, ancaq müm-
kün olmadı. Amma hələ də güclü müqavimət var.
Əgər vəziyyətə təslim ola bilmirsənsə, onda dərhal
fəaliyyətə keç və vəziyyəti dəyişmək üçün nəsə söylə, et.
Öz həyatına görə məsuliyyəti öz üzərinə götür. Nə özü-
nün gözəl və işiqli daxili Varlığını, nə də Yer üzünü neqa-
tivliklə kirləndirmə. Daxilində narazılığa hər hansı şəkil-
də məskən salmağa imkan vermə.
Əgər hər hansı fəaliyyətdə ola bilmirsənsə, tutaq ki,
həbsxanadasansa, onda sənin iki çıxış variantın var: mü-
qavimət və təslimiyyət. Xarici şəraitə bağlanma, ya da
daxilən onlardan azad olma. İztirab və ya daxili dinclik.
Müqavimətsizliyi həyatın xarici təzahürlərinə qarşı da təc-
rübədən keçirmək lazımdır, yəni zora qarşı, yoxsa bu ancaq
daxili həyatımıza aiddir?
279
Sən ancaq daxili dünyanın qayğısına qalmalısan. Bi-
rinci budur. Əlbəttə, bu da sənin xarici həyatına və fəaliy-
yət formalarına, münasibətini dəyişəcək.
Təslimiyyət sənin qarşılıqlı münasibətlərinə də ciddi
dəyişikliklər gətirəcək. Əgər var olanı heç cür qəbul et-
mək istəmirsənsə, bu o deməkdir ki, başqa insanları da
olduğu kimi qəbul edə bilməyəcəksən. Sən mühakimə,
tənqid edəcək, damğalayacaq, çeşidlərə ayıracaq, yararsız
elan edəcək, ya da insanları dəyişməyə çalışacaqsan. Bun-
dan başqa, əgər indiki andan gələcəkdəki məqsədinə
çatmaq vasitəsi kimi istifadə edəcəksənsə, bununla qarşı-
laşdığın və ya münasibətdə olduğun insanı da məqsədinə
çatmaq yolunda vasitəyə çevirəcəksən. Bu halda insan
həyatında mühüm rol oynayan qarşılıqlı münasibətlər sə-
nin üçün ikinci dərəcəli, ya da ümumiyyətlə əhəmiy-
yətsiz olacaq. İlk sırada sənin bu münasibətlərdən əldə
edəcəyin fayda gələcək; bu maddi qazanc, hakimiyyət
duyğusu, fiziki həzz və ya sənin eqonun hər hansı digər
tələbatı ola bilər.
İcazə ver, təslimiyyətin münasibətlərdə hansı rolu
oynaya biləcəyini sənə göstərim. Münasibətdə olduğun
insan və ya hər hansı başqa şəxslə mübahisəyə girəndə
və ya münaqişəli situasiyaya yarananda, onlar tərəfdən
hücuma məruz qalarkən müdafiə olunmaq cəhdinin han-
sı sürətlə artdığını müşahidə et, yaxud da özün qarşın-
dakı şəxsin mövqeyinə hücum edərkən öz aqressiyanın
280
gücünü hiss et. Öz baxış və fikirlərinə bağlılığını müşa-
hidə et. Özünü haqlı, qarşı tərəfi isə günahkar çıxarmaq
tələbatının arxasında dayanan zehni-emosional enerjini
hiss et. Bu eqoist idrakın enerjisidir. Sən onu qəbul və təs-
diq edərək, mümkün olduqca daha da şüurlu hala gətirir-
sən. Növbəti günlərdən birində isə elə mübahisənin orta-
sındaca bir seçimə sahib olduğunu dərk edə bilər və öz
cavab reaksiyanı kənara qoya bilərsənki, nə baş verəcə-
yini müşahidə edəsən. Sən təslim olur, güzəştə gedirsən.
Mən sənin cavab reaksiyanı kənara atmalı olduğunu de-
yərəkən, “yaxşı, sən haqlısan” tipli üz ifadəsi almağını
nəzərdə tutmuram, həmin anda sənin üzündən “mən bü-
tün uşaq şüursuzluğundan yüksəkdə dayanıram” ifadəsi
oxunur. Bu müqaviməti eqoist zehnin idarə etdiyi və
üstünlüyünü əldə saxladığı səviyyədən bir başqa səviy-
yəyə çıxmaqdır. Mən sənin daxilində olan və hakimiyyət
uğrunda mübarizə aparan bütün zehni-emosional enerji
sahəsinin kənara atılmasından danışıram.
Eqo bic və məkrlidir, ona görə də, özünü zehni möv-
qeyin ilə eyniləşdirməyi dayandırdığını və idrakının təsi-
rindən azad etdiyini anlamaq üçün yüksək dərəcədə sa-
yıq və özünlə tam dürüst olmalısan. Əgər qəflətən yün-
güllük, aydınlıq və dərin dinclik hiss etsən, bu sənin
həqiqətəndə təslim olmağının ilk düzgün əlaməti olacaq.
Başqasının zehni mövqeyini öz müqavimətinlə qidalan-
dırmağı dayandırdıqdan sonra, onunla nə baş verdiyini
281
müşahidə et. Əsl ünsiyyət zehni mövqe ilə eyniləşmə
aradan qaldırıladıqdan sonra başlayacaq.
Dostları ilə paylaş: |