Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   67   68   69   70   71   72   73   74   ...   78
İndiki Anın Gücü

Təslim Olmağın Mənası 
 
İndiki Anın Qəbulu 
 
Siz bir neçə dəfə “təslim olmaq” haqqında danışdınız. Bu 
fikir  mənim  xoşuma  gəlmir.  Bu,  bir  qədər  taleyə  ümid  bağ- 
lamağa oxşayır. Əgər biz həmişə hər şeyi olduğu kimi qəbul et- 
sək, deməli, onu yaxşıya doğru dəyişmək üçün heç bir səy gös- 
tərməyəcəyik.  Mənə  elə  gəlir  ki,  biz  həyatımızın  və  ya  cəmiy- 
yətin  tərəqqisi  haqqında  danışanda,  indinin  məhdudiyyətlərini 
qəbul etməyi nəzərdə tutmuruq, əksinə, onların öhdəsindən gəl- 
məyə  və  daha  yaxşı  şeylər  yaratmağa  çalışırıq.  Əgər  bunu  et- 
məsəydik, hələ də mağaralarda yaşayardıq. Təslim olmağımızı 
hər  şeyi  dəyişmək  və  daha  yaxşı  etmək  arzumuzla  necə  uzlaş- 
dıra bilərik? 
 
Təslim olmaq bəzi insanlar üçün mənfi  məna  daşıya, 
məğlubiyyət,  qətiyyətsizlik,  həyatın  çağırışlarına  cavab 
vermə  acizliyi  və  başqa  bu  kimi  təsəvvürlər  yarada  bilər. 
Lakin  həqiqi  təslimiyyət  bunlara  qətiyyən  bənzəmir.  O 
düşdüyün  vəziyyətə  passivcəsinə  dözmək  və  heç  bir  şey 
etməmək  anlamına  gəlmir.  Bu,  hər  hansı  planlar  qurma- 
maq,  yaxud  pozitiv  fəaliyyət  göstərməmək  anlamına  da 
gəlmir. 


268 
 
Təslimiyyət  həyatın  axarına  müqavimət  göstərmək 
əvəzinə,  ona  uymaqla  bağlı  sadə,  ancaq  dərin  müdriklik- 
dir. Sənin həyat axınını hiss edə biləcəyin yeganə yer İn- 
didir,  ona  təslim  olmaq,  indiki  anı  hər  hansı  qeyri-şərtsiz 
qəbul  etməkdir.  Bu  var  olan  qarşı  daxili  müqavimətdən 
imtinadır.  Zehni  mühakimələrin  və  emosional  neqativli- 
yin  dili  ilə  daxili  müqavimət  “var  olana”  “yox”  demək- 
dir.  O  özünü  açıq  şəkildə  xüsusilə  işlərin  “pis  gedəndə” 
göstərir, bu isə sənin idrakının tələbləri və şəksiz gözlən- 
tilərin  ilə  həqiqətdə  olanlar  arasında  uçurum  yaranması 
deməkdir.  Bu  uçurum  həm  də  ağrı  fasiləsidir.  Əgər  yetə- 
rincə uzun ömür yaşamısansa, tez-tez işlərin “pis getdiyi- 
ni də” bilirsən. Əgər ağrını və həyatındakı kədəri həqiqə- 
tən  aradan  qaldırmaq  istəyirsənsə,  təslim  olmağı  məhz 
həmin  vaxtlarda  təcrübədən  keçirmək  lazımdır.  Olanı 
qəbul  etmək  səni  dərhal  idrakınla  eyniləşməkdən    azad 
edir  və  bununla  Varlıqla  vəhdətini  bərpa  edir.  Mü- 
qavimət elə idrakın özüdür. 
Təslim olmaq sırf daxili fenomendir. Ancaq bu o de- 
mək deyil ki, sən xarici planda heç nə edə və ətrafdakı və- 
ziyyəti dəyişdirə bilməzsən. 
Əslində,  təslim  olduqda  qəbul  etməli  olduğun  şey 
ümumi vəziyyət deyil, İndi adlanan kiçik hissədir. 
Məsələn,  əgər  hardasa  palçığa  batmısansa,  bu  o  de- 
mək deyil ki, bununla tamamilə barışmalısan. 


269 
 
Razılaşmaq  təslim  olmaq  deyil.  Sənə    arzuolunmaz, 
ya da xoşagəlməz həyat şəraitini qəbul etmək lazım deyil. 
Palçığa  batmaqda  pis  heç  nə  olmadığıyla  bağlı  özünü  al- 
datmağa  və  buna  özünü  inandırmağa  da  gərək  yoxdur. 
Yox. Sən onun içindən çıxmaqla bağlı istəyini bütöv şəkil- 
də  analiz  edirsən.  Sonra  diqqətini  daraldaraq,  indiki  ana 
yönəldir  və  onun  üzərində  cəmləşdirirsən,  ancaq  heç  bir 
halda  ona  zehni  yarlıklar  yapışdırmırsan.  Bu  indini  mü- 
hakimə  etməmək  anlamına  gəlir.  Ona  görə  də,  heç  bir 
müqavimətin  və  emosional  neqativliyin  olmayacaq.  Sən 
yalnız  bu  anın  “varlığnı”  qəbul  edirsən.  Sonra  bu  palçıq- 
dan  çıxmaq  üçün  qəti  hərəkətlər  edir  və  əlindən  gələni 
edirsən.  Mən  belə  bir  fəaliyyəti  pozitiv  hesab  edirəm.  O, 
qəzəbin,  ümidsizliyin  və  ya  məyusluğun  doğurduğu  ne- 
qativ  fəaliyyətdən  xeyli  effektlidir.  Beləliklə  arzu  olunan 
nəticəni  əldə  edənə  qədər,  İndiyə  hər  hansı  yarlık  yapış- 
dırmadan  təslimiyyəti  sınaqdan  keçirməyə  davam  edir- 
sən. 
İcazə ver, bununla bağlı söylədiyim fikri təsvir etmək 
üçün sənə vizual bir analogiya gətirim. Gecə qatı duman- 
da cığırla gedirsən. Ancaq əlində işığı ilə dumanı yaran, 
irəlidə ensiz və aydın sahə yaradan güclü fənər var. Du- 
man sənin keçmiş və gələcəkdən ibarət həyat şəraitindir; 
fənər şüurlu mövcudluqdur; qarşınızdakı aydın sahə isə 
İndiki andır. 


270 
 
Təslim olmamaq sənin psixoloji formanı, eqo qabığını 
daha  da  qalınlaşdırıb  sərt  edir  və  bununla  səndə  daha 
güclü ayrılıq duyğusu formalaşdırır. Sən ətraf dünyanı, 
xüsusilə də, insanları təhlükə kimi qəbul edirsən. Səndə 
şüuraltı  olaraq  başqalarını  mühakimə  etmək  yoluyla 
məhv etmək, rəqabət aparmaq və onlara hökm etmək tə- 
ləbatı yaranır. Hətta təbiət də sənin düşmənin olur, qav- 
rayışlarını və hisslərini qorxu idarə edir. Bizim paranoya 
adlandırdığımız  ruhi  xəstəlik  bu  adi,  ancaq  şüurun 
disfunksional durumunun bir qədər kəskin formasıdır. 
 
Müqavimət  nəticəsində  təkcə  psixoloji  durumun  de- 
yil,  fiziki  forman,  yəni  bədənin  də  sərtləşərək  bərkiyir. 
Onun  ayrı-ayrı  hissələrində  gərginlik  əmələ  gəlir,  bədən 
özü  isə  bütövlükdə  sıxılmağa  başlayır.  Bədəndə  həyat 
enerjisinin sərbəst dövr etməsi çətinləşir, bu isə onun sağ- 
lamlığı üçün son dərəcə vacibdir. Masaj və bədən tərbiyə- 
sinin  bəzi  növləri  onun  dövr  etməsinin  bərpasına  kömək 
edə bilər, lakin nə qədər ki, təslim olmağı gündəlik həyat 
normana  çevirməmisən,  bu  tədbirlər  səni  müvəqqəti  ra- 
hatladacaq. 
Daxilində  elə  bir  şey  var  ki,  həyat  situsiyanı  forma- 
laşdıran müvəqqəti və ötəri şərtlər ona toxuna bilmir, ona 
yol isə birdir və bu təslim olmaqdan keçir. Sənin həyatın, 
indinin zamanxarici aləmində əbədi olan Varlığın  da 


271 
 
odur. İsanın söylədiyi kimi, o həyatı axtarıb tapmaq 
“lazım olan yeganə şeydir”. 
 

Əgər  həyat  şəraitinin  sənin  tələblərinə  cavab  vermə- 
diyini  düşünürsənsə,  yaxud  o  dözülməzdirsə,  ancaq  ona 
təslim  olaraq  bu  şəraiti  təsdiqləyən  şüursuz  müqavimət 
modelini sındıra bilərsən. 
Təslim  olmaq  dəyişiklikləri  başlatmaqla  və  ya  məq- 
sədləri  həyata  keçirən  hərəkətlərlə  əla  uyuşur.  Sən  təsli- 
miyyət  durumunda  fəaliyyət  göstərəndə,  hərəkətlərin  ta- 
mam başqa enerji, başqa keyfiyyətlə dolur. Təslim olmaq 
səni  Həyat  enerjisinin  mənbəyi  ilə  birləşdirir  və  əgər  
sənin  fəaliyyətində  Varlıq  varsa,  o, həyat  gücünün  sevin- 
cinə  çevrilərək,  səni  Mövcud  anın  daha  dərinliklərinə 
aparacaq.  Müqavimət  göstərməməklə  etdiklərinin  və  ya 
yaratdıqlarının  keyfiyyəti  son  dərəcə  yüksəlir.  Ortaya  çı- 
xan nəticələr bu keyfiyyəti əks etdirməyə başlayırlar. Biz 
bunu  “təslim  olmuş  hərəkət”  adlandıra  bilərik.  O  bizim 
min illər  boyu təsəvvür etdiyimiz  iş deyil. Getdikcə  daha 
çox insan  ayıldıqca,  iş sözü  də lüğətdən qalxacaq  və  bəl- 
kə də onun yerinə yeni bir söz yaradılacaqdır. 
Sənin gələcəyinin başlıca təyinedici amili indiki anda 
şüurunun  keyfiyyətidir,  ona  görə  də,  pozitiv  dəyişiklilər 
etmək  üçün  edə  biləcəyin  ən  vacib  şey  təslim  olmaqdır. 
İstənilən hərəkət ikinci dərəcəlidir. Təslim olmayan şüur- 


272 
 
dan həqiqi mənada heç bir pozitiv fəaliyyət yarana bil- 
məz. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin