Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə76/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   70   71   72   73   74   75   76   77   78
İndiki Anın Gücü

Qədim  Yunanıstanda  oğlunun  bədbəxt  hadisə  nəticəsində 
ölməsi  xəbərini  alan  stoik  filosof  haqqında  oxumuşam.  O  de- 
yirdi:  “Mən  onun  ölməz  olmadığını  bilirdim”.  Bunada  təslim 
olmaq demək olarmı? Əgər elədirsə, mən bunu istəmirəm. Bə- 
zən  elə  hallar  olur  ki,  təslim  olmaq  süni,  hətta  qeyri-insani 
görünür. 
 
Öz  hislərindən  qopmaq,  duyğusuzluq  təslimiyyət  de- 
yil.  Ancaq  atanın  bu  sözləri  söyləyərkən  daxili  durumu- 
nun  necə  olduğu  bizə  bəlli  deyil.  Bəzi  ekstremal  situasi- 
yalarda  İndiki  anı  qəbul  etmə  sənin  üçün  əvvəlki  tək 
qeyri-mümkün  ola  bilər.  Ancaq  təslim  olmaq  üçün  həmi- 
şə şansın var. 
Sənin birinci şansın hər bir an mövcud anın reallığına 
təslim  olmaqdır.  Var  olanı  dəyişdirməyin  mümkünsüzlü- 
yünü bildiyindən (sadəcə ona görə ki, o var), sən var ola- 
na  “hə”  deyir, yaxud olmayanı  qəbul  edirsən. Sonra situ- 
asiyanın  nə  tələb  etməsindən  asılı  olmayaraq,  etməli  ol- 
duğunu  edirsən.  Əgər  bu  qəbullanma  halı  içində  qalsan, 
daha  çox  iztirab,  daha  çax  narazılıq  yaratmayacaqsan.  O 
zaman sən müqavimətsizlik, bərəkət və işıq halında yaşa- 
yacaq, mübarizə aparmaq zərurətindən azad olacaqsan. 
Hər  dəfə  bunu  etməyə  qadir  olmayanda,  hər  dəfə 
şansını əldən buraxanda, bu vərdiş halına çevrilən şüur- 


289 
 
suz  müqavimətin  stereoptiplərinin  ortaya  çaxmasının 
qarşısını  almaq  üçün  kifayət  qədər  şüurlu  mövcudluq 
yarada  bilmədiyindən,  ya  da  yaranan  şəraitin  qəbul 
olunmayacaq  dərəcədə  ekstremal  olması  səbəbindən  mü- 
əyyən  ağrı,  müəyyən  iztirab  forması  yaradacaqsan.  Elə 
görünə  bilər  ki,  guya  iztirabı  situasiyanın  özü  yaradır, 
lakin belə deyil, bunun səbəbi sənin müqavimətindir. 
Təslim  olmaq  üçün  sənin  ikinci  şansın  belədir.  Əgər 
ətrafında  olanları  qəbul  edə  bilmirsənsə,  daxilində  olanı 
qəbul et. Xarici şərtləri qəbul edə bilmirsənsə, daxili şərt- 
ləri qəbul et. Bu o deməkdir ki, ağrıya müqavimət göstər- 
mə. Ona olmağa imkan verin. Hansı formada olmasından 
asılı olmayaraq, kədərə, ümidsizliyə, tənhalığa və ya izti- 
raba  təslim  ol.  Ona  zehni  yarlık  yapışdırmayaraq,  şahid  
ol.  Onu  ağuşuna  al.  Sonra  təslimiyyətin  sehrli  gücünün 
ağır  iztirabı  dərin  dincliyə  necə  çevirdiyini  müşahidə  et. 
Bu sənin çarmıxa çəkilməyindir. Qoy o sənin yenidən dir- 
çəlişin və yüksəlməyin olsun. 
 
İztiraba  necə  təslim  olmağın  mümkünlüyünü  mən  anlamı- 
ram.  Özünüz  dediniz  ki,  iztirab  təslim  olmamaqdır.  Təslim  ol- 
mamağa necə təslim olmaq olarki? 
 
Bir  anlıq  təslim  olmağı  unut.  Əgər  dərdin  ağırdırsa, 
təslim olmaqla bağlı bütün söhbətlər mənasız və əbəs gö- 
rünə bilər. Əgər ağrın dərindirsə, ondan azad olmaq ar- 


290 
 
zun,  onunla  barışmaqdan  qat-qat  güclü  olacaq.  Sən  hiss 
etdiyin  şeyi  hiss  etməmək  istəyəcəksən.  Bundan  normal 
nə ola bilər? Ancaq ondan heç yerə qaça bilməzsən. Doğ- 
rudur,  çoxlu  yalançı  çıxış  yolları  var:  iş,  içki,  narkotik 
maddələr, qəzəb, rədd etmə, boğma və s. Ancaq bunların 
heç biri səni ağrıdan azad etmir. İztirabı şüursuz hala  çe- 
virəndə,  onun  intensivliyi  azalmır.  Emosional  ağrını  qə- 
bul  etməyib  inkar  edəndə,  o  sənin  məşğul  olduğun  və 
haqqında  düşündüyün  hər  şeyi  çirkləndirir,  hətta  müna- 
sibətlərini də. Sən onu enerji olaraq yayarsan digərləri isə 
şüuraltı  qəbul  edərlər  .Əgər  onlar  şüursuzdursa,  sənə  hü- 
cum etmə ya da hər hansı şəkildə zərər vurmaq istəyə bi- 
lərlər  və  ya  sən  özün  ağrının  şüursuz  proyeksiyası  ilə 
onları  incidə  bilərsən.  Sən  daxili  durumunu  əks  etdirən 
şeyi özünə çəkir və təzahür etdirirsən. 
Ağrıdan  xilas  yolu  olmayanda,  onun  içindən  keçmə- 
yin  yolu  həmişə  var.  Ona  görə,  ağrıya  arxa    çevirmə. 
Onun  düz  üzünə  bax.  Onun  bütünlüklə  hiss  et.  Onu  duy, 
onun  haqqında  düşünmə!  Əgər  lazımdırsa,  onu  ifadə  et, 
ancaq  idrakında  onun  təsvirini  yaratma.  Bütün  diqqətini 
sənin  düşündüyün  kimi,  ona  səbəb  olan  şəxsə,  hadisəyə  
və  ya  situasiyaya  yox,  bu  hissə  yönəlt.  İdrakına  ağrıdan 
səni  öz  qurbanına  çevirməsi  üçün  istifadə  etməyə  imkan 
vermə. Özünə yazığının gəlməsi və xəstəlik tarixçəni baş- 
qalarına  danışmaq  səni  daim  iztirablarının  məngənəsində 
sıxacaq və tutub saxlayacaq. Ağrı hissindən qaçmaq 


291 
 
mümkün  olmadığından,  dəyişiklik  üçün  yeganə  yol  onun 
içinə  girməkdir,  yoxsa  heç  nə  dəyişməyəcək.  Ona    görə 
də,  bütün  diqqətini  nə  hiss  etdiyinə  yönəlt  və  ona  zehni 
təyinatlar verməkdən çəkin. Hissin içinə girərəkən həssas 
və diqqətli ol. Əvvəlcə o sənə qaranlıq və qorxunc bir şey 
kimi  görünə  bilər  və  ondan  qaçmaq  istəyi  hiss  edəndə,  o 
istəyi  müşahidə  et,  amma  ona  uyma.  Diqqətini  ağrı  hissi 
üzərində  saxlamağa  davam  et,  kədəri,  qorxunu, 
vahimnəni,  tənhalığı,  orada  olan  hər  şeyi  davamlı    hiss 
elə. Sayıq ol, mövcud ol, Varlığınla mövcud ol, bədəninin 
bütün hüceyrələri ilə. Beləcə, sən qaranlığa işıq gətirəcək- 
sən. Bu sənin şüurunun parlaq və aydın işığıdır. 
Bu  mərhələdə  artıq  təslimiyyətlə  bağlı  maraqlanma- 
ğına  ehtiyac  olmayacaq.  Bu  artıq  keçmişdə  qalıb.  Necə? 
Tam  diqqət,  elə  tam  qəbullanma  və  bu  tam  təslim  olmaq 
deməkdir.  Sən  bütün  diqqətini  cəmləyərək,  İndiki  anın 
gücündən  istifadə  edirsən.  Bu  elə  sənin  mövcudluğunun 
gücüdür.  Onda  heç  bir  müqavimət  gizlənib  davamlılığını 
qoruya  bilməz.  Mövcudluq  zamanı  aradan  qaldırır.  Za- 
man  olmadıqda  isə  nə  iztirab,  nə  də  neqativlik  varlığını 
saxlaya bilməz. 
İztirabı  qəbul  etmək  ölümə  səyahətdir.  Dərin  ağrı  ilə 
üz-üzə  qalmaq,  diqqətini  onun  daxilinə  yönəldərək,  ona 
olmağa  imkan  vermək,  ölümə  şüurlu  şəkildə  girmək  de- 
məkdir. Bu cür ölümlə öləndə anlayırsan ki, ölüm yoxdur 
və heç nədən qorxmaq lazım deyil. Günəşin ayrılmaz bir 


292 
 
hissəsi  olduğunu  unutmuş  və  varlığını  davam  etdirmək 
üçün  savaşmaq  lazım  olduğuna  inanan  və  günəşdən  baş- 
qa  kimlik  yaradıb  ona  yapışan,  günəş  şüasını  təsəvvür 
edin.  Məgər  bu  illüziyanın  ölümü  sənin  üçün  görünmə- 
miş bir azadlıq deyilmi? 
Asanlıqla  ölmək  istəyirsən?  Ağrısız,  can  çəkişmədən 
ölmək istəyirsən? Onda keçən hər an üçün öl və mövcud- 
luğ  işığının  zamanın  buxovladığı  mənliyinin  üzərinə  işıq 
salmağına icazə ver. 
 
Xaçın Yolu 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin