Dərin iztirabdan keçərək Tanrıya çatdığını söyləyən çoxlu
insan var. Bununla yanaşı, “Xaç Yolu” deyilən xristian ifadəsi
də var ki, məncə, eyni şeyi bildirir.
Biz də burada eyni şeyi nəzərdən keçiririk.
Doğrusunu söyləsək, onlar iztirabdan keçərək Tanrı-
nı tapa bilməyiblər, çünki iztirabın içərisində müqavimət
var. Onlar Tanrını təslimiyyət yoluyla, var olanı qəbul
etməklə tapıblar və onları buna çəkdikləri əzab sövq edib.
Onlar müəyyən mərhələdə ağrılarını özlərinin yaratdıqla-
rını anlamalıdırlar.
Siz təslimiyyəti Tanrını tapmaqla necə eyni tutursunuz?
293
Müqavimət idrakdan ayrılmaz olduğundan, mü-
qavimətdən imtina, yəni təslim olmaq idrakının
hökmranlığının, “sən” kimi görünməyə çalışan yalançı və
fırıldaqçı "tanrının" sonu olur. Bu durumda bütün müha-
kimələr və neqativliklər əriyib yoxa çıxır. İdrak tərəfin-
dən üzərinə kölgə salınan Varlıq Aləmi açıqlığa çıxmağa
başlayır. Qəflətən daxilində çox dərin bir dinclik, anlaşıl-
maz və izaholunmaz dinclik duyğusu hökm sürməyə
başlayır. Bu dincliyin içində isə, böyük sevinc var. Onun
tam ortasında, ən gizli dərinliyində isə müqəddəs, heç bir
ölçüyə sığmayan elə bir şey var ki, heç bir ad onu ifadə
edə bilməz.
Mən buna Tanrını tapmaq deməzdim, çünki heç vaxt
itirmədiyin, özün olan həyatı necə axtara bilərsən? Tanrı
sözü min illər boyu yanlış qavranması və tələffüzü ilə de-
yil, səndən ayrı, əlahiddə bir varlığı nəzərdə tutduğuna
görə məhdud edicidir. Tanrı qətiyyən bir varlıq deyil,
Varlığın özüdür. Burada obyekt-subyekt münasibətləri,
heç bir ikilik, heç bir sən və Tanrı ola bilməz. Tanrının
dərki dünyada var olan ən təbii şeydir. Heyrətamiz və
ağlasığmaz olan Tanrını dərk edə biləcəyin deyil, Onu
dərk etməməyindir.
Sənin xatırlatdığın Xaç Yolu köhnə aydınlanmaya ge-
dən yoldur və son zamanlara qədər o yeganə idi. Ancaq
onu hesabdan silmə və təsirini xor görmə. O hələ də işə
yarayır.
294
Xaç Yolu tərsinə çevrilmədir. Bu o deməkdir ki, hə-
yatda qarşılaşdığın ən pis şey haçansa başına gələcək ən
yaxşı şeyə çevrilir. Bu yol sənin təslim olma məcburiy-
yətindən, məğlub olmağından, səni “ölümə” itələmkdən,
səni heç nə olmaq üçün oyanmağa məcbur etməkdən
keçir; Tanrı kimi, ona görə ki, Tanrı da heç nədir.
Hələ də şüursuz qalmaqda davam edən insanların
çoxuna gəldikdə isə, Xaç Yolu onlar üçün yeganə yol ola-
raq qalır. Onlar yalnız bundan sonra çəkəcəkləri iztirab
vasitəsilə oyanacaq, kütləvi aydınlanmadan öncə isə pey-
ğəmbərlərin qabaqcadan söylədiyi nəhəng ictimai dəyi-
şikliklər baş verəcək. Bu proses şüurun təkamül dərəcə-
sini idarə edən bəlli kainat qanunlarının hərəkətini əks
etdirir, elə ona görə də, bəzi bəsirətlilər tərəfindən qabaq-
cadan xəbər verilmişdir. Bundan başqa, bu, bir qədər
anlaşılmaz və bəzən dolaşıq məcazlarla olsa da, Vəhy Ki-
tabında və ya Apokalipsisdə də xəbər verilib. Bu əzabı
Tanrı göndərməyib, onu insanlar özləri – hər kəs öz-özü-
nə və başqalarına verir.
"Ancaq bununla belə, müdafiə tədbirləri haqqında da
qabaqcadan xəbər verilib; onları canlı, intellektual orqa-
nizm olan Yer kürəsi insan idrakının quduz hücumundan
müdafiə olunmaq üçün tətbiq edəcək."
Buna baxmayaraq, hazırda yaşayan insanların şüuru
o dərəcədə təkamül edib ki, aydınlanmaq üçün onlar
295
daha iztiraba ehtiyac duymurlar. Bu insanların sayı get-
dikcə artır və sən də onlardan biri ola bilərsən.
İztirabdan keçərək aydınlanma olan Xaçın Yolu o de-
məkdir ki, səni zorla, çığırda-çığırda, çabalaya-çabalaya
səmavi səltənətə atıblar. Nəticə etibarilə, sən ona görə
təslim olursan ki, ağrıya müqavimət göstərməyə gücün
qalmır, amma bu baş verənə qədər uzun müddət əzab
çəkmək məcburiyyətində qalırsan. Aydınlanmağı şüurlu
olaraq seçmək keçmişə və gələcəyə bağlılıqdan imtina
etmək həyatının başlıca diqqət mərkəzi olaraq İndiki anı
seçməkdir. Bu, zamanda yox, mövcudluq durumunda
olmağı seçməkdir. Bu, olana “hə” deməkdir. Onda artıq
ağrıya ehtiyac duymayacaqsan. Necə düşünürsən, sənə
“Mən bir daha ağrı və iztirab yaratmayacağam” deyə bil-
məyindən qabaq nə qədər zaman lazımdır? Belə bir seçim
edənədək nə qədər ağrıya ehtiyac duyursan?
Əgər bunun üçün sənə yenə də daha çox zaman la-
zımdırsa, sən daha çox zaman və daha çox ağrı alacaqsan.
Zaman və ağrı bir-birindən ayrılmazdırlar.
Seçmək Bacarığı
Bəs iztirab çəkmək istəyirmiş kimi görünən insanlar necə
olsun? Mənim bir rəfiqəm var, partnyoru onu təhqir edir.
Onun əvvəlki əlaqələri də elə indikinə oxşayıb. Niyə o bu cür
kişiləri seçir və niyə hazırda bu situasiyadan çıxmaq istəmir?
Niyə bu qədər çox insan faktiki olaraq ağrı hiss etməyi seçirlər?
296
Mən seçmək sözünün Yeni Əsrin sevimli termini ol-
duğunu bilirəm, ancaq bu baxımdan o qədər də dəqiq iş-
lənməyib. Kiminsə özünün və ya başqalarının həyatında
qeyri-konstruktiv münasibətləri, yaxud hər hansı neqativ
situasiyanı “seçdiyini” söyləmək yanlış ola bilər. Seçim
anlayışı özündə şüurlu olmağı, yəni yüksək şüur səviy-
yəsində olmağı ehtiva edir. Bunsuz sənin seçimin ola bil-
məz. Seçim sənin özünü idrakınla və onun şərti klişesi ilə
eyniləşdirməyini dayandırdığın an başlayır, mövcud ol-
duğun anda gerçəkləşir. Nə qədər ki bu nöqtəyə çatma-
mısan, mənəvi baxımdan, şüursuz qalacaqsan. Bu o de-
məkdir ki, sən yenə əvvəlki tək idrakının müəyyən bir
üslubda işləməsindən asılı olaraq düşünməyə və hərəkət
etməyə məcbur olacaqsan. İsa məhz buna görə deyib:
“Onları bağışla, çünki nə etdiklərini bilmirlər”. Bu, “intel-
lektuallıq” sözünün ənənəvi mənası ilə bağlı deyil. Mən
tamamilə şüursuz olan, yəni özünü büsbütün idrakıyla
eyniləşdirən yetərincə yüksək intellektli və savadlı in-
sanlara rast gəlmişəm. Faktiki olaraq, əgər əqli inkişaf və
artan məlumatlılıq şüurluluğun müvafiq səviyyəsi ilə
uyğun deyilsə, qəm-qüssəyə düçar olmaq və fəlakət təh-
lükəsi ehtimalı yüksək olur.
Sənin rəfiqən onu təhqir edən partnyoru ilə münasi-
bətləri kəsə bilmir, həm də bu ilk dəfə deyil. Niyə? Ona
görə ki, seçimi yoxdur. Öz keçmişi tərəfindən formalaş-
297
dırılan idrak hər zaman tanıdığı və bağlı şeyi yenidən
yaratmağa çalışır. Çünki bu ağrılı olsa belə, artıq tanışdır.
İdrak həmişə bilinən şeyə əsaslanır. Yad olan onun üçün
təhlükəlidir, çünki ona necə nəzarət edəcəyini bilmir. Ona
görə də, idrak indiki anı sevmir və ondan qaçır. İndiki
anın fərqindəliyi təkcə fikir axınında deyil, həmçinin keç-
miş-gələcək davamlılığında bir aralıq yaradır. Həqiqi, ye-
ni və yaradıcı olmayan nəsə bu dünyaya bu aralıqdan,
hüdudsuz imkanlara malik bu saf sahədən keçmədən gə-
lə bilməz.
Ona görə də, sənin rəfiqən özünü idrakıyla eyniləşdi-
rərkən, yalnız keçmişdə öyrəndiyi modeli bərpa etməyə
qadir olur; bu modeldə intim münasibətlər təhqir və al-
çalmalarla qırılmaz surətdə bağlı yeni model yaradır.
Digər tərəfdən, o ilkin uşaqlıq dövründə mənimsədiyi
stereotipə söykənərək də belə edə bilər; bu stereotipə gö-
rə, o heç bir şeyə yaramır və hər cür töhmətə layiqdir.
Həmçinin həyatının çox böyük hissəsini ağrılı bədənlə
yaşadığı mümkündür, ağrılı bədəni qidalandırmaq üçün
daim ağrı axtardığı da ehtimal oluna bilər. Rəfiqənin
Dostları ilə paylaş: |