Bəs zorakılığa, aqressiyaya və digər bu kimi şeylərə müqa-
vimət göstərməmək barədə nə deyə bilərsiniz?
Müqavimət göstərməmək mütləq mənada heç nə et-
məmək anlamına gəlmir. Müqavimətsizlik sənin istənilən
hərəkətinin kəskin cavab reaksiyası olmaması anlamına
gəlir. Şərqdəki döyüş sənətinin əsasında dayanan dərin
müdrikliyi yada sal: rəqibin gücünə müqavimət göstər-
məyin. Ona qalib gəlməyinə icazə ver.
Mən bunu deyərkən, sənin yüksək mövcudluq halın-
da olarkən “heç bir şey etməməyinin” vəziyyətə və insan-
lara son dərəcə güclü dəyişdirici və müalicəvi təsir gös-
tərəcəyini nəzərdə tuturam. Taosizmdə adətən “hərəkətsiz
hərəkət”, ya da “sakit oturub heç nə etməmək” kimi tərcümə
olunan “wu wei” termini var. Qədim Çində bu yüksək
nailiyyət, yaxud xeyirxahlıq hesab olunurdu. Bununla ya-
naşı, o, şüurun adi durumu üçün xarakterik olan fəaliy-
yətsizlikdən, daha doğrusu, qorxudan, ətalətdən, ya da
qətiyyətsizlikdən yaranan şüursuzluqdan ciddi şəkildə
fərqlənir. Həqiqi “heç nə etməməyə” daxili müqavimət-
sizlik və yüksək oyaqlıq daxildir.
Digər tərəfdən, əgər hər hansı hərəkət etmək lazım-
dırsa, artıq bunu öz şərti idrakının reaksiyasından ruhla-
282
naraq yox, öz şüurlu mövcudluğuna əsaslanaraq edəcək-
sən. Bu halda şüurlu durumunun əksi olan idrak hər
hansı konsepsiyadan, həmçinin zor tətbiq etməmək kon-
sepsiyasından azad olacaq. Belə olduğu halda, sənin nə
edəcəyini əvvəlcədən kim deyə bilərki?
Eqo sənin gücünün müqavimətdə olduğuna inanır,
əslində isə, müqavimət səni Varlıqdan, həqiqi gücün ol-
duğu yeganə mənbədən ayırır.
Müqavimət zəiflikdir və güc cildinə bürünmüş qor-
xudur. Eqonun zəiflik kimi gördüyü şey sənin bütün saf-
lığı, məsumiyəti və gücü içindəki Var'lığındır. Onun güc
kimi qəbul etdiyi şey zəiflikdir. Beləliklə eqo davamlı
müqavimət göstərir əslində gücünüz olan "zəifliyinizi"
gizlətmək üçün saxta rollar oynayır.
Təslimiyyət olmadıqda şüursuz rollar oynamaq şəx-
siyyətlərarası münasibətlərin keyfiyyətini yüksək dərəcə-
də müəyyən edir. Təslim olanda sən eqonun müdafiəsinə
və onun maskalarına ehtiyac duymursan. Sən çox sadə,
olduqca həqiqi olursan.
“Bu təhlükəlidir”, – eqo deyir. – “Sənə ziyan vura bi-
lərlər. Sən zəif bir duruma düşə bilərsən”.
Eqonun dəqiq bilmədiyi şey sənin müqaviməti tərk
edərək, “zəifliyə” açıq olmağınla öz həqiqi və əsl möh-
kəmliyini kəşf edə bilməyindir.
283
X
əstəliyi Aydınlanmaya Çevirmək
Əgər kimsə ciddi xəstədirsə və durumunu tam qəbul edə-
rək, xəstəliyə təslim olursa, bu onun sağalmaq istəyindən və
iradəsindən imtina etməsi anlamına gəlmirmi? Axı bu halda o,
xəstəliyi ilə qətiyyətlə mübarizə apara bilməyəcək, məgər belə
deyil?
Təslim olmaq – var olanı daxilən və sözsüz qəbul et-
məkdir. Biz bu an haqqında danışırıq, sənin həyatının şə-
rait və şərtləri, hətta mənim sənin həyat situasiyan adlan-
dırdığım şey haqqında yox. Bu haqda biz artıq danış-
mışıq.
Xəstəliyə qaldıqda isə, bu sadəcə həyat situasiyanın
bir hissəsidir. Beləliklədə onun keçmişi və gələcəyi var.
Nə qədər ki indiki anın azad edən gücünü öz şüurlu
mövcudluğun vasitəsilə oyadıb fəallaşdırmırsan, keçmiş
və gələcək fasiləsiz davamlılıq yaradır. Artıq bildiyin
kimi, sənin zaman daxilindəki həyat şəraitini for-
malaşdıran müxtəlif şərtlərin mövcudluğunun əsasında
daha dərin və daha mühüm bir şey var: Həyatın, zaman-
xarici İndiki andakı varlığın.
İndiki anda problemlərə yer olmadığı kimi, xəstəlik-
lərə də yer yoxdur. Kiminsə sənin durumuna yapışdır-
dığı yarlığa inandıqda, o durumun yerini həmin yarlık
tutur, möhkəmlənir, müvəqqəti də olsa, konkret bir real-
284
lıq kimi görünür. İnam bu duruma təkcə reallıq və kon-
kretlik deyil, həm də zaman daxilində davamlılıq verir;
halbuki əvvəl buna sahib deyildi. Diqqətini indiki ana
cəmləyərək və zehni yarlıklar yapışdırmaqdan çəkinərək,
xəstəliyi bir və ya bir neçə amilə qədər (fiziki ağrı, zəiflik,
narahatlılıq) azaldırsan. Bu isə elə sənin təslim olduğun
şeydir; indiki andır. Sən “xəstəlik” fikrinə təslim
olmursan. Öz iztirabına səni indiki ana, yüksək şüurlu
mövcudluq durumuna itələmək imkanı ver. Ondan ay-
dınlanma üçün istifadə et.
Təslim olmaq olanı dəyişdirmir, yəni ən azından bu-
nu birbaşa etmir. Təslim olmaq səni dəyişir. Əgər sən də-
yişirsənsə, onda bütün dünyan dəyişir, çünki dünya sa-
dəcə sənin əksindir. Biz bu haqda daha əvvəl danışmış-
dıq.
Güzgüyə baxarkən orada gördüyün xoşuna gəlməsə,
ona hücüm etmək ağılsızlıq olardı. Ancaq nəsə xoşuna
gəlməyəndə sən bunu edirsən. Şübhəsiz, sən öz əksinə
hücüm edəndə, o da sənə eyni cavabı qaytaracaq. Əgər
sən hər nə olur-olsun o görüntünü qəbul edib, ona qarşı
mehriban olursansa, o sənə qarşı mehriban olmaya bil-
məz. Dünyanı da məhz belə dəyişdirə bilərsən.
Xəstəlik problem deyil. Problem sənsən və nə qədər
ki səni eqoist idrakın idarə edir, belə də olacaq. Xəstə və
zədəli olanda, özünü hansısa uğursuzluğa düçar olmuş
kimi hiss etmə, özünü günahkar bilmə. Həyatı səninlə
285
ədalətsiz davrandığına görə mühakimə etmə, eyni za-
manda özünü günahlandırma. Çünki bütün bunlar mü-
qavimətdir. Əgər ciddi xəstəliyin varsa, bu durumundan
aydınlanmaq üçün istifadə et. Həyatındakı bütün “pislik-
lərdən” aydınlanmaq üçün istifadə et. Xəstəliyi zaman-
dan məhrum et. Ona nə keçmişi, nə də gələcəyi ver. Ona
səni indiki anın ən yüksək şüurluluq dərəcəsinə itələmə-
yinə imkan ver və nələr olacağını müşahidə et.
Bir kimyagər ol. Adi metalı qızıla, əzabı şüura, fəla-
kəti aydınlanmaya çevir.
Məgər sən ciddi xəstəsən və mənim indi söylədiklə-
rimə hirslənirsən? Onda bu açıq-aşkar o deməkdir ki, xəs-
təlik mənlik duyğunun bir hissəsinə çevrilib və sən
hazırda öz şəxsiyyətini müdafiə edirsən. Eynilə öz xəstə-
liyini müdafiə etdiyin kimi.“Xəstəlik” adı daşıyan halın
sənin həqiqi kimliyinlə heç bir əlaqəsi yoxdur.
D
ərd Gələndə
Hələ də şüursuz olan əhalinin əksəriyyətinə gəldikdə
isə, eqonun sərt qabığını qırıb, insanları təslimiyyətə, yəni
ayılmağa vadar etmək üçün yalnız kritik situasiyalar po-
tensial qabiliyyətə malikdirlər. Kritik situasiyalar fəlakət-
lər və ya radikal çevrilişlər, ağır itkilər, bütün dünyanı
dağıdıb məhv edən iztirablar nəticəsində ortaya çıxır və
belə şəraitlərdə hər şey mənasını itirir. Bu fiziki və ya
psixoloji anlamda ölüm təhlükəsi ilə üz-üzə qalmaqdır.
Bu durumda dünyanı yaradan eqoist idrak canını tapşı-
rır. Onda köhnə dünyanın külü üzərində yeni bir dünya
yarana bilər.
Əlbəttə, istənilən kritik situasiyanın buna gətirib çıxa-
racağına heç bir təminat yoxdur, ancaq potensial imkan
həmişə var. Bəzi insanlarda belə situasiyalarda olana mü-
qavimət daha da güclənir və kəskinləşir ki, onda hər şey
birbaşa cəhənnəmə yuvarlanır. Başqalarında nisbi təsli-
miyyət yarana və müşahidə oluna bilər, bu təslimiyyətin
özü belə onlar üçün müəyyən dərinlik açacaq, indiyə
qədər olmayan aydınlanmaya gətirib çıxaracaq. Eqonun
qabığı partlayır, idrakın arxasınadakı işıq və dinclik
yaranan çatlardan və dəliklərdən sızmağa başlayır.
Kritik situasiyalar ərəfəsində çoxlu möcüzələr baş ve-
rir. Bəzən elə olub ki, ölüm hökmünün icrasını gözləyən
qatillər həyatlarının son saatlarını eqosuz halı və onunla
birlikdə dərin sevinc və rahatlıq içində yaşayıblar. Düş-
dükləri şəraitə qarşı daxili müqavimətləri o qədər güclü
olmuşdur ki, onlara olmazın əzabları gəlib. Bundan qur-
tulmaq üçün heç bir çıxış yolları qalmamışdır. İdrakın
proyeksiya etdiyi gələcəkdə gizlənmək də, mümkün
olmamışdır. Ona görə də, qəbul edilməzi qəbul etməyə
məcbur olublar. Bu onları sözsüz təslim olmağa sövq
etmişdir. Onlar bu yolla azadlığı da özüylə bərabər
gətirən rahatlıq halına girmiş və keçmişdən tam azad
286
287
olublar. Şübhəsiz, mərhəmət və nicat möcüzəsinə yer
açan şey həqiqətdə o kritik durum deyil, təslim olmaqdır.
Ona görə də, əgər fəlakət baş versə, ya da durumun
həqiqətən çox “pisləşsə”, məsələn, Allah eləməmiş xəstə-
lənsən, hərəkət edə bilməsən, evin, əmlakın əlindən çıxsa,
ictimai statusunu itirsən, yaxınlarınla münasibətlərin po-
zulsa, sevdiyin insanı itirsən, onun iztirab çəkdiyini gör-
sən, yaxud öz ölümün yaxınlaşsa, bil ki, bütün bunların
başqa tərəfi də var və həmin anda nəsə qeyri-adi və hey-
rətamiz şeyin bir addımlığında olacaqsan: ağrının və
əzabın adi metalı tam olaraq qızıla çevirən kimyagərliyin
bir addımlığında. Həmin bir addım təslim olmaqdır.
Mən həmin anda sənin xoşbəxt olacağını nəzərdə tut-
mur və bunu demək istəmirəm. Sən xoşbəxt olmayacaq-
san. Ancaq qorxu və ağrı çox böyük dərinlikdən, Aşkar
olmayanın özündən gələn daxili dincliyə və qayğısızlığa
çevriləcək. Bu “bütün anlayışı sənə göndərən Tanrının
dincliyidir”. Onunla müqayisədə Xoşbəxtlik çox xırda
şeydir. Parlaq dincliklə birlikdə möhkəm və ölməz olma-
ğının dərki gəlir; amma idrak səviyyəsində deyil, Varlığı-
nın dərinliyindən qaynaqlanan dərk. Bu sadəcə inam
deyil. Bu, mütləq mənada əmin olmaqdır və hər hansı
ikinci dərəcəli mənbədən qaynaqlanan heç bir zahiri
sübut, yaxud təsdiq tələb etmir.
288
İztirabın Dincliyə Çevrilməsi
Dostları ilə paylaş: |