252
mayan kimi hiss et. Sonra bu səsə, ya da səndə neqativ
reaksiya yaradan başqa hər hansı bir şeyə səndən gəlib
keçmə imkanı ver. Onda o daha sənin içindəki möhkəm
“divara” dəyməyəcək. Dediyim kimi, təcrübəyə xırda
şeylərdən başla. Maşın siqnalı, adi it hürüşü, uşaq ağla-
ması, avtomobil tıxacı. Kənardan gələn ağır “lüzumsuz”
zərbələri qəbul edən daxili müqavimət divarını aradan
qaldır və bütün bunların səndən ötüb keçməsinə imkan
ver.
Tutaq ki, kimsə səni incitmək üçün kobud, təhqira-
miz şeylər söyləyir. Ona şüursuz reaksiya vermək, hü-
cum etmək, müdafiə olunmaq əvəzinə, bu təhqirin sən-
dən ötüb keçməsinə imkan verirsən. Müqavimət göstər-
mə. Sanki daxilində incidiləcək biri yoxdur. Bu elə
bağışlamadır. Beləcə, sən incidilməz olursan. Sən o ada-
ma sakitcə davranışının yanlış olduğunu söyləyə bilər-
sən. Şübhəsiz, əgər bunu istəyirsənsə. Onda həmin adam
artıq sənin daxili durumunu idarə edə bilməyəcək. Sən
özünü idarə edəcək, başqasının təsirinə düşməyəcəksən
və idrakın bir daha səni ələ ala bilməyəcək. Bunun av-
tomobil siqnalı, kobud adam, sel, zəlzələ, yaxud bütün
var-dövlətinin əlindən çıxmasının olması vacib deyil; mü-
qavimət mexanizmi həmişə eyni olacaq.
Dostları ilə paylaş: