Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə62/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
İndiki Anın Gücü

Niyə qadınlar üçün ağrı daha böyük maneədir? 
 
Ağrı  şəxsi  olduğu  kimi,  həm  də  kollektiv  olur.  Şəxsi 
baxımdan  ağrı  keçmişdə  kiminləsə  yaşanan  emosional 
ağrının  yığılmış  qalıqlarıdır.  Kollektiv  baxımdan  isə  min 
illər  ərzində  xəstəliklər,  əzablar,  müharibələr,  qətllər, 
qəddarlıqlar,  dəliliklər  və  s.  vasitəsilə  insan  psixikasında 
toplanmış  ağrıdır.  Hər  bir  adamın  ağrısı  kollektiv  ağrının 
tərkib  hissəsidir.  Kollektiv  ağrının  müxtəlif  qatları  var. 
Məsələn, bəzi irqlərdə və xalqlarda, xüsusilə də çətin mü- 
barizə yolları keçmiş və zorakılığa məruz qalmış ölkələr- 
də  ağrı daha ağırdır. Güclü  ağrısı olan və yetərli şüur sə- 
viyyəsi  olmayan  istənilən  insan  onunla  eyniləşməmək 
üçün  daim  və  ya  mütəmadi  olaraq  öz  emosional  ağrısını 
canlandırmaqla  kifayətlənmir  eyni  zamanda,  ağrısının 
aktiv və passivliyindən asılı olaraq özü də ya zorakıya, ya 
da zorun qurbanına çevrilir. Digər tərəfdən, bu insanlar 


220 
 
potensial  olaraq  aydınlanmaya  daha  yaxın  ola  bilərlər. 
Şübhəsiz  bu  ancaq  potensiallada  reallaşmır,  amma  əgər 
sənə  gecə  kabusları  əziyyət  verirsə,  adi  yuxunun  eniş-çı- 
xışlarını yaşayan bir insanla muqayisədə oyanma motiva- 
siyanı daha güclü şəkildə hiss edə bilərsən. 
Tam  şüurlu  olana  qədər  hər  bir  qadın  şəxsi  ağrısın- 
dan  başqa,  kollektiv  qadın  ağrısı  kimi  təsvir  etdiyimiz 
şeydəndə  payını  alacaq.  Bu  pay  qadınların  ötən  min  illər 
ərzində  kölə  edilmələri,  istismar  olunmaları,  zorakılığa 
məruz qalmaları, uşaq doğmaları, uşaqlarını itirmələri və 
s.  nəticəsində  yaşadıqları  toplanmış  ağrılarından  əmələ 
gəlib.  Qadınların  əksəriyyətində  aybaşı  dövrü  başlamaz- 
dan qabaq və ya onunla müşayiət olunan emosional fiziki 
ağrı  kollektiv  aspektə  olan  ağrıdır,  bu  zaman  kollektiv 
ağrı mürgülü vəziyyətdən ayılır. Bununla belə, o istənilən 
digər  vaxtlarda  da  aktivləşə  bilər.  Fiziki  ifadəsi  aybaşı 
olan  ağrı  bədəndə  həyat  enerjisinin  sərbəst  axınına  mane 
olur.  Gəlin  bu  məsələnin  üzərində  bir  qədər  dayanaq  və 
onun  aydınlanma  üçün  necə  əlverişli  imkan  ola  biləcəyi- 
nə baxaq. 
Həmin günlər qadın çox zaman ağrı tərəfindən “ələ 
keçirilir”. Bu ağrının son dərəcə güclü enerji yükü var, o 
səni  çox  asanlıqla  şüursuzlaşdıraraq  özüylə  eyniləşdirə 
bilər. O zaman sən daxilini işğal edən və sən kimi görü- 
nən - amma, əlbəttə, qətiyyən, sən olmayan, enerji sahəsi 
tərəfindən ələ keçirilmiş olursan. O, sənin vasitənlə da- 


221 
 
nışır,  sənin  vasitənlə  hərəkət  edir,  sənin  vasitənlə  düşü- 
nür.  O,  sənin  həyatını  neqativ  situasiyalarla  doldurur  ki, 
yaranacaq enerjidən qidalana bilsin. 
O  daha  çox  ağrı  istəyir,  həm  də  istənilən  formada. 
Mən artıq bu prosesi təsvir etmişdim. O, amansız və dağı- 
dıcı ola bilir. O, saf ağrıdır, keçmiş ağrıdır və o sən deyil- 
sən. 
Hazırda  tam  şüurluluq  vəziyyətinə  yaxınlaşan  qadın- 
ların  sayı  kişiləri  ötür  və  yaxın  zamanlarda  daha  sürətlə 
artacaq.  Kişilər  axırda onlara  çata bilərlər, ancaq  hələ bir 
müddət  qadınların  və  kişilərin  şüur  səviyyələrindəki  fərq 
qadınların  xeyrinə  olacaq.  Qadınlar  yenidən  anadangəl- 
mə haqları olan funksiyaya yiyələnirlər və nəticə etibarilə 
buna  kişilərdən  daha  təbii  şəkildə  qayıdırlar:  bu,  Aşkar 
dünya  ilə  Aşkar  olmayan  dünya,  fizikilik  və  mənəvilik 
arasında  körpü  olmaqdır.  Sənin  əsas  vəzifən  qadınlar  ki- 
mi öz ağrını elə bir şəklə salmaqdır ki, o bir daha səninlə 
sənin həqiqi mənliyinin arasına girə bilməsin; yəni sənin- 
lə  sənin  əsl  mahiyyətin  arasına.  Əlbəttə,  sən  aydınlanma 
yolundakı  digər  maneəni  də  aşmalı  olacaqsan.  Bu  düşü- 
nən  idrakdır.  Ağrının  öhdəsindən  gələrkən  yaranacaq  də- 
rin  mövcudluq  səni  idrakınla  eyniləşməkdən  də  xilas 
edəcək. 
Hər şeydən əvvəl yadda saxlamaq lazımdır ki, nə qə- 
dər ki ağrıdan özünə kimlik yaradacaqsan ondan xilas ola 
bilməyəcəksən. Nə qədər ki hisslərini ağrıya yönəldirsən, 


222 
 
bu ağrının sağalması üçün etdiyin hər cəhdə qarşı şüural- 
tı mübarizə aparacaq, onu sabotaj edəcəksən. Niyə? Ona 
görə ki, ağrı sənin mahiyyətinin bir hissəsi olduğu halda, 
özünü  toxunulmaz  saxlamaq  istəyirsən. Bu  şüursuz bir 
prosesdir  və  onun  öhdəsindən  gəlməyin  yeganə  üsulu 
onu şüurlu hala gətirməkdir. 
Öz  ağrına  bağlı  olduğunu  qəfil  görmək,  yetərincə 
heyrətləndirici ola bilər. Bunu dərk etdiyin anda, bu bağ- 
lılığı  dağıtmış  olursan.  Ağrı  bir  obyekt  kimi,  daxili 
məkanında  müvəqqəti  yerləşən  enerji  sahəsidir.  O,  tələyə 
düşmüş  həyat  enerjisidir,  o  artıq  axmayan  enerjidir.  Şüb- 
həsiz, ağrı keçmişdəki müəyyən hadisələr nəticəsində ya- 
randığından  ordadır.  O,  səndə  yaşayan  keçmişdir  və  əgər 
sən  özünü  onunla  eyniləşdirirsənsə,  deməli,  keçmişlə  ey- 
niləşdirirsən.  Özünü  qurban  verərək,  fədakarcasına  eyni- 
ləşdirmə  keçmişin  indidən  daha  güclü  olduğuna  inamdır 
ki, bu da həqiqətə heç cür uyğun gəlmir. Bu başqa insan- 
ların,  sənə  etdiklərinin  indi  sənin  kim  olmağına,  emosio- 
nal  ağrılarına,  ya  da  həqiqi  mənliyin  olmağı  bacarma- 
dığına görə cavabdeh olmasına inanmaqdır. 
Həqiqət  isə  ondadır  ki,  var  olan  yeganə  güc  indiki 
andadır:  bu  sənin  mövcudluğunun  gücüdür.  Bir  dəfə 
bunu dərk etsən, biləcəksən ki, indi sən özünsən, başqa 
heç kəs deyilsən, öz daxili məkanına cavabdehsən və keç- 
miş İndiki anın gücünə üstün gələ bilməz. 


223 
 

Beləliklə,  eyniləşmə  sənin  ağrının  öhdəsindən  gəl- 
məyinə mane olur. Artıq yetərincə şüurlu yaşayan və şəx- 
si  planda  özünü  fədakar  kimliyindən  eyniləşdirməkdən 
xilas  olan  bəzi  qadınlar,  buna  baxmayaraq,  kollektiv 
planda  özlərini  qurban  hesab  etməyə  davam  edir, 
“kişilərin  qadınların  başına  gətirdikləri”  mövzusunda  ah- 
vay  edirlər.  Onlar  eyni  zamanda  həm  haqlı,  həm  də  haq- 
sızdırlar.  Kollektiv  qadın  ağrısının  qadınalara  qarşı  edi- 
lən  minillik  kişi  zorakılığı  və  bütün  planetdə  qadın  hü- 
quqlarının  pozulması  nəticəsindən  qaynaqlandığını  nəzə- 
rə  aldıqda  onlar  haqlıdırlar.  Amma  kimlik  hisslərini  bu 
fakt  əsasında  formalaşdırırlarsa,  özünü  kollektiv  qurban- 
la eyniləşdirməyin girovuna çevrilirlərsə, onda onlar haq- 
sızdırlar.  Əgər  qadın  kindən,  inciklik  duyğusundan  və 
mühakimə  etməkdən  əl  çəkmirsə,  ağrıdan  da  qurtula  bil- 
mir.  Bu  ona  özünü  başqa  qadınlarla  eyniləşdirmək  və 
həmrəylik  rahatlığı  verə  bilər,  amma  eyni  zamanda  onu 
keçmişdən güclü asılılıqda saxlayır, öz mahiyyətinə və əsl 
gücünə yolunu bağlayır. Əgər qadınlar özlərini kişilərdən 
ayırsalar,  bu  bölücülük  duyğusunu  qidalandırar,  nəticədə 
eqolarınıda  gücləndirərlər.  Eqon  nə  qədər  güclüdürsə,  öz 
həqiqi təbiətindən bir o qədər uzaqsan. 
Ona görə də, özünü ağrınla eyniləşdirmə. Ondan ay- 
dınlanma üçün istifadə et. Onu şüura çevirin. Bunun 
üçün ən yaxşı imkanlardan biridə aybaşı vaxtlarıdır. Mən 


224 
 
inanıram  ki,  vaxt  gələcək  qadınların  bir  çoxu  məhz  bu 
dövrdə  tam  şüurluluq  halına  girəcəklər.  Adətən  məhz  bu 
dövr  qadın  üçün  şüursuz  dövrdür,  çünki  kollektiv  qadın 
ağrısı  məhz  bu  zaman  onu  ələ  keçirir.  Lakin  bircə  dəfə 
şüurluluğun  müəyyən  səviyyəsinə  çatsan,  bunun  əksini 
edərək hər şeyi kənara atıb daha şüurlu ola bilərsən. Mən 
artıq  təməl  prosesi  təsvir  etmişəm,  ancaq  icazə  verin  bu- 
nu  bir  daha,  ancaq  bu  dəfə  kollektiv  qadın  ağrısına  isti- 
nad edərək edim. 
Aybaşı  dövrü  yaxınlaşarkən,  ilkin  gərginlik 
əlamətləri,  yəni  kollektiv  qadın  ağrısının  oyandığı  vaxt, 
xüsusilə  ayıq-sayıq  ol  və  bütün    diqqətini    mümkün 
olduğu  qədər  bədəninin  daxili  məkanına  keçir.  İlk 
təzahürlər  ortaya  çıxanda  ağrı  səni  ələ  keçirməmiş,  sən 
onu  ələ  keçirmək  üçün  üçün  yetərincə  diqqətli    olma- 
lısan.  Məsələn,  bunun  ilk  təzahürü  güclü  əsəb  və  ya  qə- 
zəb partlayışı ola, yaxud da sırf fiziki simptom kimi orta- 
ya çıxa bilər. Hər nə olur-olsun, onu fikirlərinə və davra- 
nışlarına  hakim  olana  qədər  ələ  keçir.  Bu  o  deməkdir  ki, 
diqqətinin  şüasını  sadəcə  ona  yönəlt.  Əgər  bu,  emosiya- 
dırsa,  onun  arxasındakı  güclü  enerji  yükünü  hiss  et.  Bil  
ki,  bu  elə  ağrıdır.  Eyni  zamanda  idrak  ol;  necə  deyərlər, 
öz  şüurlu  mövcudluğunu  dərk  elə  və  onun    gücünü  hiss  
et.  Sənin  şüurlu  mövcudluğa  gətirdiyin  istənilən  emosiya 
tezliklə sakitləşəcək və çevrilmə edəcək. Əgər bu sırf fizi- 
ki simptomdursa, ona ayırdığın diqqətinin  emosiyaya 


225 
 
və ya fikrə çevrilməsinə əngəl olacaq. O zaman göz-qulaq 
olmaqda  davam  et  və  ağrının  əmələ  gəlməsinin  növbəti 
əlamətini  gözlə.  Təzahür  peyda  olanda,  onu  əvvəlki 
qaydada ələ keçir. 
Sonradan  ağrı  mürgülü  vəziyyətindən  tamamilə  ayı- 
landa,  sən  ola  bilər  ki,  müəyyən  müddət  öz  daxili  məka- 
nında  çox  güclü  qarışıqlıq,  dalğa  hiss  edəcəksən.  Bu,  bir 
neçə  gün  davam  da  edə  bilər.  Onun  hansı  formanı  alma- 
sından  asılı  olmayaraq,  mövcud  olaraq  qal.  Bütün  diq- 
qətini  ona  ver.  İçindəki  bu  coşqunluğu    müşahidə    et. 
Onun  orada  olduğunu  bil.  Bu  biliyi  saxla  və  bu  biliyin  
özü  ol.  Unutma:  ağrının  idrakından  istifadə  etməsinə  və 
təfəkkürünü  ələ  keçirməsinə  yol  verməməlisən.  Onu  izlə. 
Bu  enerjini  bilavasitə  bədəninin  daxilində  hiss  et.  Artıq 
bildiyin kimi, tam diqqət , tam qəbullanma deməkdir. 
 
Transformasiya  davamlı  diqqətdən  və  qəbul  etmək- 
dən keçərək gəlir. Ocağa atılan da alovlanan odun parçası 
kimi  ağrıda  parlaq  bir  şüura  çevrilir.  O  zaman  aybaşı 
dövrü  təkcə  sevincli  deyil,  həm  də  sənin  qadınlığının  şü- 
urlu  ifadəsi  olacaq.  Yeni  şüurunun  doğmasına  imkan  ve- 
rən,  müqəddəs  transformasiyanın  ifadəsi.  O  zaman  sənin 
əsl  təbiətinin  işığı  sənin  qadın  aspektindəki  İlahə  kimi 
yox,  həm  də  sənin  kişi  və  qadın  duallığından  kənarda 
olduğun  İlahi  Varlıq  kimi  üstün  tərəfi  içindən  çıxmağa 
başlayacaq. 


226 
 
Əgər kişi partnyorun kifayət qədər şüurludursa, o  sə- 
nə  indicə  təsvir  etdiyim  praktikada  dərin  mövcudluq 
titrəyişini saxlamaq yoluyla kömək edə bilər; xüsusilə də, 
bu  dövrdə.  Əgər  sən  ağrıyla  şüursuz  eyniləşməyə  qayı- 
danda  (ilkin  dövrlərdə  bu  hökmən  baş  verir)  partnyorun 
mövcud  olaraq  qalsa,  tamamilə  mümkündür  ki,  onun 
mövcüdiyyət  halına  girmək  üçün,  yenidən  birləşmək 
imkanın  olsun.  Bu  o  deməkdir  ki,  ağrı  səni  müvəqqəti, 
aybaşı  dövründə,  yaxud  istənilən  başqa  vaxtda  ələ  keçir- 
məyindən  asılı  olmayaraq  partnyorun  onu  yanlış  olaraq 
səninlə  qarışdırmayacaq.  Hətta  sənin  ağrın  onun  üzərinə 
hücuma  keçsə  də  (bu  isə  tamamilə  mümkündür),  o  bunu 
“sən”  hesab  edərək  reaksiya  verməyəcək.  Yəni  nə  ondan 
üzünü  döndərəcək,  nə  də  müdafiə  olunacaq.  O,  dərin 
mövcudluq  məkanını  saxlayacaq.  Transformasiya  üçün 
başqa heç nə tələb olunmur. Başqa vaxt o özünü öz təfək- 
kürü ilə eyniləşdirəndə, lazım olsa, sən də onun üçün ey- 
ni  şeyi  edə,  onun  diqqətini  Bura  və  İndiyə  cəlb  etməklə, 
şüurunu idrakından geri çəkməsinə kömək edə bilərsən. 
Bu  yolla  sizin  aranızda  təmiz  və  ali  titrəyişin  daimi 
enerji  sahəsi  yaranmağa  başlayacaq.  Nə  illüziya,  nə  ağrı, 
nə  konflikt,  sənin  olmadığın  heç  bir  şey,  sevgi  olmayan 
heç  bir  şey  onda  varlığını  davam  etdirə  bilməz.  Bu  sizin 
münasibətlərinizin ilahi fövqəl insan hədəfinin reallaşma- 
sıdır. Bu şüurun bir çoxlarını özünə çəkən burulğanıdır. 


227 
 
Özünlə Münasibətdən İmtina Et 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin