partnyorunun idrakı müvəqqəti susur, ağrı isə, mürgülə-
yən duruma keçir. Bəzən bu, fiziki yaxınlıq zamanı, ya-
xud körpənizin doğumuna hər ikiniz şahid olanda və ya
birlikdə ölümlə üz-üzə gələndə, ya da ikinizdən biriniz
ciddi xəstəliyə düçar olanda baş verə bilər; bu hallarda
idrak gücsüz olur. Bu baş verəndə, adətən idrakın altında
gizlənən Varlığın özünü göstərməyə başlayır və həqiqi
ünsiyyətin əsasını da məhz bu təşkil edir.
206
Həqiqi əlaqə birləşmədir, birliyin dərk edilməsidir.
Bu hal adətən tez itirilir, çünki nə qədər ki, mövcudluq
anında uzun müddət qala, idrakından, onun köhnəlmiş
stereotiplərindən uzaq dura bilmirsən, o elə belə də ola-
caq. İdrakın və özünü onunla eyniləşdirmən geri dönən
kimi, sən yenə özün yox, özünün zehni bir obrazı olur-
san. Ona görə də, eqonun tələbatlarına cavab vermək
üçün yenidən rola girirsən. Sən yenə də insan kimi görü-
nən, başqa idrakla əlaqə və qarşılıqlı təsirdə olan, "sevgi"
deyilən oyunu oynayan insan zehni olmusan.
Qısamüddətli sevgi anları mümkün olsa da, idrakınla
eyniləşməkdən tam azad ola bilməyənə və andakı möv-
cudluğun yetərincə dərin olmayana, ağrılı bədəni yox et-
məyənə, ya da ən azından özün müşahidəçi kimi mövcud
olmağı öyrənməyənə qədər sevgi çiçəklənə bilməz. Elə ki
ağrı sənə hökm edə bilmir, bu zaman onun sevgini öldür-
məyə də gücü çatmır.
Münasibətlər Mənəvi Təcrübə Kimi
Şüurun eqoistik rejimi onu doğuran digər sosial, si-
yasi və iqtisadi strukturlarla birlikdə öz süqutunun final
mərhələsinə qədəm qoyanda, kişilərlə qadınlar arasında-
kı münasibətlər bu gün bəşəriyyətin içində olduğu dərin
böhranı yaşamağa başlayır. İnsanlar getdikcə özlərini id-
rakları ilə daha güclü eynilərdirdikləri üçün, onların mü-
207
nasibətləri əksərən Varlıqdan qopur və ona əsaslanmır.
Ona görə də, ağrı mənbəyinə çevrilir. Belə olduqda isə
münasibətlərdə problem və konfliktlər aparıcı olur.
Milyonlarla insan bu an tək, həyat yoldaşları olma-
dan uşaqlarıyla birlikdə yaşayır, heç kəslə yaxın əlaqə ya-
ratmır və ağılsız dramları əvvəlki münasibətlərinin təcrü-
bəsi üzərində təkrarlamaq istəmir. Bəziləri qeyri-müəy-
yən hədəf axtarşında partnyorunu dəyişir, əks qütbün
enerjisi ilə birləşmək yoluyla özlərini reallaşdırmağa çalı-
şır, bir həzz-ağrı dövrəsindən digərinə keçirlər. Başqaları
isə neqativliklə dolu pozulan münasibətlər şəraitində ya-
şamağa davam edərək qarşılıqlı uzlaşma axtarırlar: onlar
bunu “uşaqların xatirinə”, yaxud “təhlükəsizlik naminə”,
adət etdikləri üçün və ya tək qalmaq qorxusu altında
hansısa qarşılıqlı “faydalı” razılaşmalara əsasən, hətta
duyğusal dramın həyəcanına və ağrıya şüursuz bağlılıq-
la, neqativliyin hakim olduğu zədəli münasibət kimi da-
vam etdirirlər.
Lakin istənilən bu cür krizis yalnız təhlükə deyil,
həm də fürsətdir. Əgər münsibətlər idrakın eqoist şablon-
larını qidalandırır, gücləndirir və ağrını oyadırsa, o halda
bu faktdan qaçmaqdansa, onu qəbul etmək daha doğru
olmazdımı? Hər kritik situasiyanın bütün faktları etiraf
edilənə və qəbul olunana qədər aydınlanmır. Nə qədər ki
onları inkar edir, onlardan yayınmağa çalışır, yaxud hər
şeyin nəsə başqa cür olmasını istəyirsən, əlverişli fürsətin
208
pəncərəsi açılmayacaq və sən bu dəyişməz, yalnız pislə-
şən situasiyanın məngənəsində qalacaqsan.
Amma faktları etiraf və qəbul edəndə onlardan mü-
əyyən dərəcədə azad olmaq imkanı yaranır. Məsələn, ara-
nızda hər hansı fikir ayrılığı olduğunu biləndə və bu “
düşüncə tərzini” saxladıqda, onun vasitəsilə bu fikir ayrı-
lığına yeni hərəkətverici qüvvə daxil olur və o artıq də-
yişməz qalır. Sən rahat olmayanda, bu idrakın həmin
qeyri-dinc durumun ətrafında dinc sahə yaradaraq, onu
mehriban ağuşuna alır, daha sonra isə dincliyə çevirir.
Daxili transformasiyaya gəldikdə isə, sənin bunun üçün
edə biləcəyin elə bir şey yoxdur. Özünü, öz part-
nyorunu və ümumiyyətlə heç kəsi qətiyyən dönüşdürə
bilməzsən. Sənin edə biləcəyin yeganə şey sevgi və mər-
həmətin daxil ola biləcəyi məkan yaratmaqdır.
&
Ona görə də, qarşı tərəflə münasibətin alınmayanda,
o səndəki və ya partnyorundakı “dəliliyi” üzə çıxaranda,
buna sevin. Bu vaxta qədər şüursuz olan, artıq işiğa çıxa-
rılmışdır. Bu azad olmaq üçün əlverişli imkandır. Sənə bu
məqamı bəxş edən idrakın (biliyin) ardınca hər an get,
xüsusilə də, daxili durumunu öyrən. Əgər acıq hiss et-
sən, bil ki, bu acıqdır. Qısqanclıq hiss edirsənsə, müdafiə
olunmağa və ya mübahisə etməyə ehiyacın yaranıbsa,
haqlı olmaq tələbatı hiss edirsənsə, içində hər hansı emo-
209
sional ağrı oyanıbsa, bu anın reallığını dərk et və bu biliyi
saxla. Onda münasibətlər sənin mənəvi təcrübənə çevri-
lir. Əgər partnyorunun özünü şüursuz apardığını görür-
sənsə, onu öz anlayışının sevən ağuşunda saxla ki, cavab
verməyəsən. Şüursuzluq və şüurluluq uzun müddət bir
yerdə var ola bilməz,şüur şüursuzluğu nümayiş etdirən
adamda deyil, qarşı tərəfdə olsa belə bu belədir. Ədavəti
və düşmənçiliyi qidalandıran enerji forması sevginin var-
lığına tamamilə dözümsüzdür. Partnyorunun istənilən
şüursuz hərəkətinə cavab verməklə, özün də şüursuz
olursan. Ancaq bunun ardınca öz reaksiyanı dərk edir və
xatırlayırsansa, onda hələ hər şey itirilməyib.
Bəşəriyyət öz üzərində inkişaf etmək zərurətinin
ağırlığını hiss edir, çünki bu irq olaraq bizim üçün yeganə
sağ qalmaq şansıdır. Bu sənin həyatının hər yönünə, xü-
susilə də, yaxın münasibətlərinə təsir göstərəcək. Qarşı-
lıqlı münasibətlər heç vaxt indiki kimi problemli və mü-
naqişəli olmayıb. İndiki münasibətlərin səni xoşbəxt et-
məyəcəyini və özünü reallaşdırmağa imkan verməyəcə-
yini, ola bilər ki, artıq özün də hiss edirsən. Əgər bir mü-
nasibət vasitəsilə azadlığa nail olmaq məqsədi güdməyə
davam edirsənsə, bu səni dəfələrlə məyus edəcək. Ancaq
münasibətlərinin səni sadəcə xoşbəxt yox, şüurlu etmək
üçün var olduğunu qəbul etsən, onlar sənə azadlıq gəti-
rəcək və sən özünü bu dünyaya gəlmək istəyən ali varlıq-
la bir sıraya qoyacaqsan. Köhnə qavrayış və davranış
210
standartlarından əl çəkməyənlərin nəsibi isə, ancaq artan
ağrılar, zorakılıq, xaos və dəlilik olacaq.
Mənə elə gəlir ki, siz münasibətlərin mənəvi təcrübəyə çev-
rilməsi üçün iki nəfərin lazım olduğuna eyham vurursunuz.
Məsələn, mənim partnyorum hələ də qısqanmaq və nəzarət et-
məklə bağlı öz köhnə xasiyyətindən əl çəkmir. Mən artıq onun
diqqətini dəfələrlə buna cəlb etmişəm, ancaq o bunu görə bilmir.
Öz həyatını mənəvi təcrübəyə çevirmək üçün neçə
nəfər lazımdır? Heç vaxt partnyorunun bu məsələdə sə-
ninlə əməkdaşlıq etməyəcəyinə görə narahat olma. Sağ-
lam psixika – şüurluluq bu dünyaya ancaq səndən keçə-
rək gələ bilər. Sənə bütün dünyanın sağlam düşünməsi,
ya da aydınlanmağı üçün başqa birinin şüurlu olmasını
gözləmək lazım deyil. Beləcə, sən bütün ömrün boyu
gözləyə bilərsən. Bir-birinizi şüursuzluqda günahlandır-
mayın. Elə ki, mübahisə etməyə başlayırsan, artıq özünü
zehni baxışınla eyniləşdirirsən və təkcə onu yox, mənlik
duyğunu müdafiə etməyə başlayırsan. Artıq əmrləri eqo
verir. Sən şüursuzlaşmısan. Arabir partnyoruna davranı-
şına müəyyən qədər diqqət yetirməsini deyə bilərsən.
Əgər çox ayıqsansa, indiki anda daha dərin mövcudsan-
sa, bunu eqosuz, onu günahlandırmadan edə bilərsən.
Dostları ilə paylaş: |