203
Əlbəttə. İndiki anda ol, mövcudluğunu dərinləşdir və
gücləndir, diqqətini indiki ana mümkün qədər dərindən
cəmlə. Bu zaman hətta sənin tək və ya partnyorla yaşa-
mağın da önəmli deyil, çünki mövcudluq istənilən halda
əsas halqa olaraq qalır. Sevginin çiçəklənməsi üçün sənin
mövcudluğunun işığı elə güclü olmalıdır ki, düşünən eqo
və ya ağrı səni İndiki andan çıxara bilməsinlər və sən
onları yanlış olaraq özün kimi qəbul etməyəsən. Özünü
düşünən eqodan kənar Varlıq kimi, zehni səs-küyün ar-
xasında gizlənmiş sakitlik kimi, ağrının arxasındakı sevgi
və sevinc kimi dərk etmək azadlıqdır, qurtuluşdur, ay-
dınlanmadır. Özünü ağrıdan ayırmaq bu ağrını mövcud
hala gətirmək, bununlada onu kökündən
dəyişikliyə mə-
ruz qoymaqdır. Özünü düşüncədən ayırmaq, fikirlərinin
və davranışlarının şahidi olmaq (xüsusilə də, idrakında
durmadan təkrarlanan şablonlar şəraitində), eqonun oy-
nadığı rolları müşahidə etməkdir.
Əgər eqonu öz “mənin” hesab etməyi dayandırsan,
idrak da öz zəhlətökənliyini itirir, əsas bezikdirici xüsu-
siyyəti olan ittihamçılıqdan və bununla var olana müqa-
vimət göstərməkdən, qarşıdurmalar, dramlar və yeni ağ-
rılar yaratmaqdan məhrum olur. Var olanı qəbul etməklə
ittiham etməkdən əl çəkir və idrakdan azad olursan. Bu-
nunla da sevgi, sevinc, sülh və dinclik üçün şərait yara-
dırsan. Hər şeydən əvvəl özünü ittiham etməyi dayandır.
Sonra partnyorunu ittiham etməyi dayandır. Dəyişiklik
prosesinin ən güclü katalizatoru partnyorunu mühakimə
205
&
Necəki günəş işığı seçici deyilsə, sevgi də seçici deyil.
O heç bir insana xüsüsi yanaşmır. O bir insanı seçib, di-
gərlərinə biganəlik göstərmir. Ayırıcı sevgi Tanrı sevgisi
deyil, eqo "sevgisidir." Ancaq, həqiqi sevgini hiss etməyin
intensivliyi dəyişə bilər. Bəzən bir insan səndən şüalanan
sevgini başqalarından daha aydın və güclü əks etdirə bi-
lər. Əgər o insan da sənə münasibətdə eyni hissləri yaşa-
yırsa, onda onunla sevgi münasibətlərində olduğunu
söyləmək olar. Səni o insanla bağlayan əlaqə, istənilən
digər bir şeylə, tutaq ki, yaxındakı avtobusda oturan baş-
qa bir adamla, yaxud quşla, ağacla və ya çiçəklə bağlayan
əlaqə ilə eynidir. Fərq yalnız hiss etdiyin intensivliyin də-
rəcəsindədir.
Bəzi asılı münasibətlərdə belə elə məqamlar olur ki,
onların arasından həqiqi şeylər, bir-birinə qarşı tələbat-
dan üstün dayanan nəsə işarır. Belə hallarda sənin və
Dostları ilə paylaş: