Bu sözlər də mənim xoşuma gəlmir. Onlar məndə nəyinsə
qaydasında olmadığına işarə edirlər. Elə bil, məni ittiham
edirlər.
Əlbəttə, səndə nəsə qaydasında deyil, amma səni heç
kəs mühakimə etmir.
Mən şəxsən səni ittiham etmirəm, ancaq sən təkcə
iyirminci əsrdə yüz milyondan çox qardaşını öldürən in-
san irqindən deyilsən?
Siz ümumi təqsiri nəzərdə tutursunuz?
Bu təqsir məsələsi deyil. Ancaq bir halda ki səni
eqoist idrakın idarə edir, deməli, kollektiv dəliliyin bir
hissəsisən. Bəlkə də, insanların eqoist idrakın təsiri və
hökmü altında yaranan həyat şəraitinə o qədər də dərin-
dən bələd deyilsən. Gözlərini aç, hər tərəfi bürüyən və
hər şeyə hopan qorxuya, təşvişə, ümidsizliyə, acgözlüyə,
zorakılığa yaxşı-yaxşı bax. İyrənc və dəhşətli qəddarlığa,
insanların özlərinə və planetimizdəki digər canlılara vur-
duqları ağlasığmaz əzablara bax. Kimisə günahlandırmaq
150
lazım deyil. Sadəcə bunu müşahidə et. Bu elə şüursuzluq-
dur. Bundan başqa, öz idrakını müşahidə etməyi də
unutma. Bütün bu dəliliklərin kökünü elə orada axtarıb
tap.
Öz Gözəgörünməz və
Sarsılmaz Reallığını Tapmaq
Siz dediniz ki, özünü fiziki formanla eyniləşdirmək illüzi-
yanın bir hissəsidir, o halda bədənim məni Varlığın dərkinə
necə apara bilər?
Sənin görmək və toxunmaq istədiyin bədən səni Var-
lığa apara bilməz. Lakin bu gördüyün və toxunduğun bə-
dən sadəcə xarici qabıq, yaxud da dərin reallığın təhrif
olunmuş şəkildə qavranmasıdır. Bizim Varlıqla təbii vəh-
dət halımızın daha dərin reallığı hər an gözəgörünməz
daxili bədən, içimizdə diri qalan mövcudluq kimi hiss
olunabilər. Beləliklə, “bədəndə yaşamaq” bədəni daxil-
dən hiss etmək, bədənin daxilindəki həyatı hiss etmək,
bununla da xarici formadan kənarda olduğunu bilmək-
dir.
Ancaq bu sadəcə daxili səyahətin başlanğıcıdır, o səni
böyük sakitlik və rahatlıq aləminin daha dərin qatlarına,
eyni zamanda, böyük gücə və həyatın titrəyişinə apara-
caq. Əvvəlcə sən ancaq sayrışan işartılar görə bilərsən,
151
ancaq onların vasitəsilə anlamağa başlayacaqsan ki, sənə
yad olan planetdə sadəcə doğumla ölüm arasında qısa
ömür yaşayan, müvəqqəti ləzzətlər alan, bunun ardınca
da ağrı-acılar görən və nəticədə də məhv olan mənasız bir
parça deyilsən. Öz zahiri formanın hüdudlarından kənar-
da elə bir geniş, ucu-bucağı olmayan, müqəddəs bir şeylə
vəhdətdəsən ki, onu dərk və sözlərlə ifadə etmək
mümkün deyil. Amma bununla belə mən indi onun haq-
qında danışıram. Mən bu barədə ona görə danışmıram ki,
səni ona inandırım, ona görə danışıramki, sən onu özün
üçün kəşf və dərk edəsən.
Nə qədər ki idrakın diqqətini məşğul edir, sən Varlıq-
dan təcrid olunmusan. Bu olanda (insanların çoxunda bu
fasiləsiz baş verir) öz bədənində olmursan. İdrak sənin
bütün şüurunu zəbt edərək, istifadə edəcəyi materiala
çevirir. Beləliklə düşünməyi dayandıra bilmirsən.
Davamlı sürətdə düşünmə ümümi bir xəstəlik halına gəl-
mişdir. Bu zaman bütün kimlik hissini idrakın fəa-
liyyətindən alırsan. Kimliyiniz varlıqla əlaqəli olmadı-
ğından, onunla birləşməyinə mane olur, öz-özünü hiss et-
məyin zəifləyir və daim emosiyalarının əsasını təşkil
edən qorxu hissi formalaşdıran zehni quruluş halını alır.
Bu halda həyatında yeganə mənalı şey çatışmır: daha
dərin mənliyin – sənin görünməz və sarsılmaz varlığının
dərki.
152
Varlığın dərk etmək üçün, şüuru idrakdan geri istə-
yin, ona yenidən sahib çıxın. Bu sənin mənəvi səyahətin
üçün ən mühüm məsələlərdən biridir. Bu təfəkkürünün
faydasız və məcburi zəbt etdiyi böyük miqdarda şüuru
azad edəcəkdir. Bunu etməyin ən səmərəli üsulu diqqət
mərkəzini düşüncədən ayırıb bədəninin daxilinə yö-
nəltməkdir; orada Varlıq əvvəlcə fiziki bədən hesab
etdiyin şeyə həyat verən gözəgörünməz enerji sahəsi
kimi hiss oluna bilər.
Daxili B
ədənlə Birləşmək
Lütfən, bunu elə indicə et. Bu təcrübə üçün gözlərini
bağlamağın faydalı ola bilər. Sonra “bədəndə qalmaq”
təbiiləşib asanlaşanda buna ehtiyac olmayacaq. Diqqətini
bədəninin daxilinə yönəlt. Onu içəridən hiss et. O, can-
lıdırmı? Barmaqlarında, əllərində, ayaqlarında, pəncələ-
rində, qarnında həyat varmı? Bütün bədənini dolduran
və hər bir orqanına, hər bir hüceyrənə titrək həyat bəxş
edən çox incə enerji sahəsini hiss edə bilirsənmi? Onu ey-
ni zamanda bədəninin bütün hissələrində vahid enerji sa-
həsi kimi duya bilirsənmi? Diqqətini bir neçə saniyə daxi-
li bədənindən çıxan hissə cəmlə. Onun haqqında düşün-
mə. Onu hiss et. Ona nə qədər çox vaxt sərf etsən, bu
duyğu bir o qədər aydın və güclü olacaq. O elə hiss olu-
nacaq ki, sanki bədənin hər bir hüceyrəsi daha canlı olur
153
və əgər güclü vizual qavrayışa maliksənsə, bədəninin işıq
saçdığını görəcəksən. Bu görüntünün sənə bir müddət
keçici olaraq kömək etməsinə baxmayaraq görüntüdən
daha çox duyğularına diqqət yetir. Görüntü nə qədər
gözəl və ya güclü olsa da, müəyyən formaya bağlıdır, ona
görə də, daha dərinlərə dalmaq imkanın azdır.
&
Daxili bədənin formasız, sərhədsiz və dərinliyinə əl-
çatmaz bir hiss verir. Sənin daim onun daha dərinliyinə
dalmaq imkanın var. Hiss edə bildiyin hər şeyə diqqət
et, bu hətta əllərinizdə
və ya
ayaqlarınızda yüngül bir
sancma da olsa . Sadəcə hissin üzərinə cəmlənin. Bədənin
canlanır. Bir azdan bu təcrübəyə qayıdacağıq. İndisə zəh-
mət olmasa, gözlərini aç, ancaq otağı gözdən keçirdiyin
müddətdə diqqətinin bir hissəsini bədəninin daxili enerji
sahəsi üzərində saxla. Daxili bədən sənin forma ilə eyni-
ləşmənlə əsl təbiətinin – mahiyyətinin arasındadır. Onun-
la əlaqəni heç vaxt itirmə.
B
ədən Vasitəsi ilə Transformasiya
(Bir haldan başqa hala keçmə)
Dostları ilə paylaş: |