Blokun təsviri
Blokun adı
Başlanğıc/son blok
Hesablama və ya əməliyyat
bloku
Daxiletmə bloku
Dövr bloku
Altproqram bloku
Çap bloku
Fayl bloku
Səhifələrarası birləşdirici
47
Hər bir blokda alqoritmin konkret bir və ya eyni tipli
bir neçə əmrini təsvir etmək olar. Bloklar bir-birilə şaquli və
ya üfüqi xətlərlə və ya oxlarla əlaqələndirilir. Şaquli xəttlər
üçün istiqamət olaraq yuxarıdan - aşağıya, üfüqi xəttlər
üçün isə soldan- sağa qəbul olunmuşdur.
Blok-sxemi Proqram Sənədlərinin Vahid Standartı
əsasında tərtib edilməlidir. Məsələn, bu standarta əsasən
hesablama və ya əməliyyat blokunun minimal eni 10 mm
olmalı, bir blok-sxemdə verilən eyniadlı blokların ölçüləri
eyni olmalıdır. Məntiqi blok istisna olmaqla digər
bloklardan yalnız bir xət və ya ox çıxa bilər
1
. Məntiqi
blokdan isə iki xətt və ya ox çıxmalıdır. Blok - sxem bir
səhifəyə sığışmadıqda səhifələrarası birləşdirici vasitəsilə
blok-sxemi növbəti səhifədən davam etdirmək olar.
Səhifələrarası birləşdiricidə birləşdirci xəttin və ya oxun
haradan haraya istiqamətləndirildiyini göstərmək lazımdır.
Alqoritmin alqoritmik dillə təsvir üsulu onun
kompüterdə icrası üçün tərtib olunur. Alqoritmin belə yazılışı –
kompüter üçün proqram adlanır.
Alqoritmlər xətti, budaqlanan və dövrü struktura malik
ola bilər:
Heç bir mərhələsi buraxılmadan və təkrarlanmadan,
bütün mərhələləri tam ardıcıllıqla yerinə yetirilən alqoritmə
xətti alqoritm deyilir.
Məsələn, Ücbucağın sahəsinin
hesablanması məsələsinin alqoritmi xətti alqoritmidir.
1
Lakin bir neçə ox girə bilər.
|