Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2.82 Kb.
PDF просмотр
səhifə1/11
tarix26.12.2016
ölçüsü2.82 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11

Azad İsa oğlu Qurbanov
Elçin Musa oğlu Məmmədov, 
Aygün Seyfəddin qızı Hüseynova 
 
 
 
 
 
Kompüter texnikası 
və proqramlaşdırma 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirinin 
25.02.2010 tarixli 243 saylı əmri ilə Ali 
                                                      məktəb tələbələri üçün dərs vəsaiti  kimi  
                                                      təsdiq edilmişdir.  
 
 
 
 
 
 
Bakı -2010 
 
 

Elmi redaktor:
BDU-nun “İnformatika” kafedrasının müdiri  
dosent M.S.Xəlilov 
Rəy verənlər:
Professor K.Ş.Məmmədov 
 
Dosent İ.Ə.Qurbanov 
Dosent N.S. Süleymanov 
             H.Ə.Cəfərova  
 
 
A.İ.Qurbanov, E.M. Məmmədov, A.S.Hüseynova Kompüter 
texnikası  və proqramlaşdırma-Bakı:- “Təhsil” NPM, 2010.-
169 s.: şəkilli 
 
 
 
 
 
 
Kitab Ali məktəblərin bakalavr təhsil pilləsi üçün hazırlanmışdır. Dərslikdə 
kompüter və telekommunikasiya texnikası, kompüter şəbəkəsində 
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, Turbo Pascal 7.0 
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur
.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ÖN SÖZ 
 
Tarixən informasiyanın ifadə edilməsi və yadda 
saxlanılması  tələbatı nitqin, yazının və  təsviri incəsənətin 
yaranmasına səbəb olmuşdur. Sonralar informasiyanın 
saxlanılması  və mübadiləsi  tələbatı kitab çapının və poçtun 
yaradılmasına gətirib çıxarmış, teleqraf, telefon, radio və 
televiziyanın yaranması böyük mətn informasiya selinin və 
təsvirinin işıq sürəti ilə ötürülməsinə imkan vermişdir. Lakin 
bu informasiyanın məqsədyönlü işlənməsi kompüter 
texnologiyası yaranana qədər yalnız insan tərəfindən yerinə 
yetirilirdi. 
Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək, 
elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin 
inkişafetdirici qüvvəsinə çevirilmişdir. Kompüter texnikasının 
tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən 
dəyişdirilməsinə,  əmək məhsuldarlığının artmasına, insanların 
əmək  şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter 
texnologiyası  həmçinin qlobal informasiya mühitinin 
yaradılmasında, informasiyanın  əmtəəyə çevrilməsində, 
informasiya və bilik bazarının yaradılmasında və inkişafında, 
təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və 
regional səviyyədə informasiya mübadiləsi sistemlərinin 
imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi 
mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır.  
Kompüterlərə mexaniki və yorucu işləri həvalə 
etməklə insan yaradıcı  fəaliyyət üçün azad olunur. İstifadəçi 
kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün  dəqiq 
başlanğıc informasiyalar, səhvsiz alqoritm və  səmərəli 
proqram təminatına malik olmalıdır. Belə proqramların 
yaradılması isə kompüter texnikasının arxitekturasını  və 
funksional imkanlarını, alqoritmik dilləri bilməyi və 
proqramlaşdırma vərdişinə malik olmağı    tələb edir. Buna 

 

görə  də ali məktəblərin texniki və informasiya profilli 
fakültələrində kompüter texnikası  və proqramlaşdırma 
fənninin tədrisi və onların tədrisinin keyfiyyət və  kəmiyyət 
baxımından yüksəldilməsi müasir dövrün tələbidir. Bunun 
üçün də ilk növbədə müasir təlabata cavab verən dərslik və 
dərs vəsaitləri hazırlanmalı  və  nəşr olunaraq tədrisdə istifadə 
edilməlidir. Bu baxımdan, dosent A.İ.Qurbanovun, 
E.M.Məmmədovun və A.S.Hüseynovanın ali məktəblərin 
bakalavr təhsil pilləsi üçün birgə hazırladıqları  «Kompüter 
texnikası  və proqramlaşdırma» adlı  dərsliyi  mühüm 
əhəmiyyət daşıyır. Dərslik eyni adlı  fənnin profilinə  və 
fənn proqramına uyğun yazılmışdır. Dərslikdə kompüter 
və telekommunikasiya texnikası, kompüter şəbəkəsində 
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, 
əsas tədris alqoritmik dili hesab olunan Turbo Pascal 7.0 
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur. 
Dərslik həddən artıq oxunaqlı olub, sadə dildə yazılmış, şərh 
olunan mövzularda
 
çoxsaylı misallar, şəkillər, qrafik və 
cədvəllər verilmişdir. 
 
İsmayılova Nigar Nurəddin qızı 
 

 
5
GİRİŞ 
XX  əsrin  ən böyük kəşflərindən biri hesab edilən 
kompüter texnologiyası  bəşəriyyətə  hələ  məlum olmayan 
böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici 
qüvvəsinə, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 
Bu gün əqli fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, 
orada kompüter texnologiyası  tətbiq edilməsin. Bu konkret 
fəaliyyət növünü avtomatlaşdıran tətbiqi proqramlar və  
müvafiq kompüter və telekomunikasiya avadanlıqlarının 
yaradılması, informasiya şəbəkələrinin təşəkkül tapması ilə 
mümkün olmuşdur. 
Aydındır ki, kompüter texnologiyasının inkişafı  və 
tətbiqi bu texnologiyanı öz peşə  fəaliyyətində  tətbiq etməyi 
bacaran peşəkar kadrların hazırlanmasını aktual edir. Bu isə ilk 
növbədə ali və orta-ixtisas təhsilinin müasir səviyəyə cavab 
verməsini tələb edir. Yüksək səviyyəli təhsil isə müvafiq 
dərslik, dərs və metodik vəsaitlərin, texniki avadanlıqların, yeni 
elmi informasiya təminatın olmasını  tələb edir. Son illər 
ölkəmizdə  təhsilin maddi-texniki, elmi-informasiya bazasının 
möhkəmləndirilməsi sahəsində böyük işlər görülür. Xüsusilə
müasir tələblərə cavab verən ana dilində  dərsliklərin və  dərs 
vəsaitlərinin nəşrinə xüsusi diqqət yetirilir. Azərbaycan 
təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin 
əməkdaşları  tərəfindən hazırlnmış “Kompüter texnikası  və 
proqramlaşdırma”adlı  dərslik bu sahədə atılan addımlardan 
biridir. 
Təqdim olunan dərslik ali məktəbin bakalavr pilləsi 
üçün nəzərdə tutulmuşdur. Kitab BDU-nun “Kitabxanaçılıq-
informasiya” fakültəsində tədris olunan eyniadlı fənn proqramı 
əsasında yazılmışdır.  
Dərslik iki fəsildən ibarətdir. Birinci fəsildə komputer 
texnikasının inkişaf yoluna nəzər salınır, kompüterlərin 
təsnifatı verilir. Fərdi kompüterlərin arxitekurası  və  tərkib 
 

 

hissələri haqqında məlumat verilir, fərdi kompüterlərin 
proqram təminatının təsnifatı  şərh olunur. Birinci fəsildə 
həmçinin alqoritm anlayışı, alqoritmin xassələri və strukturu 
izah olunur, alqoritmik dillər haqqında məlumat verilmiş, 
komputer  şəbəkələrinin təsnifat, topologiyası, arxitekturası, 
şəbəkə avadanlıqları şərh olunmuşdur. 
Dərsliyin ikinci fəslində  əksər dünya ölkələrində 
proqramlaşdırmanın  əsaslarını öyrətmək üçün əsas öyrədici 
alqoritmik dil kimi istifadə olunan Turbo Pascal 7.0 alqoritmik 
dili  şərh olunmuşdur. Dilin struktur elementləri-  əlifbası, işçi 
sözlər, standart adlar, identifikatorlar, ifadələr, proqramın 
strukturu, sabitlər və  dəyişənlər, onların tipləri və proqramda 
elan olunması  şərh olunmuşdur. Dilin operatorları, onların 
proqramda istifadə qaydaları misallarla izah edilmiş, prosedur 
və funksiya altproqramları, massivlər, coxluqlar, fayllar, 
obyektlər haqqında məlumat verilmişdir.  İkinci fəsildə 
həmçinin göstəricilər, modullar, standart prosedur və 
funksiyalar, dilin qrafiki imkanları mövzuları verilmişdir.  
Qeyd edək ki, müəlliflər izah etdikləri mövzuları sadə 
və geniş oxucu kütləsinin başa düşəcəyi dillə  şərh etməyə 
çalışmışlar və ümüd edirlər ki, təkcə  tələbələr deyil, geniş 
oxucu kütləsi, xüsusilə  proqramlaşdırmanın  əsaslarını 
öyrənmək istəyən hər bir şəxs bu kitabdan özü üçün maraqlı 
informasiya əldə edə biləcək. 
 

 
Fəsil 1 
 
 
 
 
Kompüterlərin texniki-proqram 
təminatı 

 

 
 
 
 
 
 
 
BU FƏSİLDƏ 
 
 

 
Kompüterlər və onların inkişaf tarixi 

 
Kompüterlərin təsnifatı 

 
Masaüstü fərdi kompüterin tərkib hissələri  

 
Alqoritm anlayışı, alqoritmin əsas xassələri, tipləri və 
təsvir üsulları. 

 
Kompüterlərin proqram təminatı 

 
 Alqoritmik dillər  

 
Kompüter şəbəkələri
 
 
 

   
9
1.1 Kompüterl
ər və onların inkişaf tarixi 
 
Kompüterlər
 
müvafiq proqram təminatı vasitəsilə
 
rəqəmli informasiyanın yaradılmasını, emal edilməsini, etibarlı 
saxlanılmasını və operativ mübadiləsini   təmin edən universal 
qurğudur. Başqa sözlə, kompüterlər informasiya ilə  işləmək 
üçün nəzərdə tutulmuş proqramla idarə olunan elektron qurğu-
lardır.
 
Kompüterlərin yaradılması  və istehsalı ilə müasir 
sivilizasiyanın  ən mühüm nailiyyətlərindən biri hesab olunan 
kompüter texnologiyası meydana gəlmişdir. Kompüter 
texnologiyası  öz növbəsində bəşər tarixində analoqu olmayan 
böyük sürətlə inkişaf edərək,  elmi-texniki, iqtisadi tərəqqinin, 
ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə 
çevrilmişdir. Məhz onun sayəsində  cəmiyyət öz inkişafında 
yeni mərhələ hesab olunan – informasiyalaşmış  vətəndaş 
cəmiyyəti quruculuğuna qədəm qoymuşdur. Kompüter 
texnologiyası informasiyalaşmış  vətəndaş  cəmiyyətinin  əsas 
göstəricisi olan qlobal informasiya mühitinin yaradılmasında, 
informasiyanın  əmtəəyə çevrilməsində, informasiya və bilik 
bazarının yaradılmasında və inkişafında, təhsil sisteminin  
təkmilləşməsində, beynəlxalq, milli və regional səviyyədə 
informasiya mübadiləsi sistemlərinin imkanlarının 
genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət 
səviyyəsinin artmasında aparıcı rol oynayır.   
İlk kompüterlər böyük həcmli və yüksək dəqiqlik tələb 
edən hesablamalar aparmaq, hesablama proseslərini 
avtomatlaşdırmaq zərurətindən yaradılmışdır
1
. Onların isteh-
salından yetmiş ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu 
müddət ərzində kompüterlərin istehsalı cox böyük kəmiyyət və 
keyfiyyət dəyişikliyinə  məruz qalmışdır.  Kompüterlər böyük 
həcmli, xidmət üçün çoxsaylı yüksək ixtisaslı işçi heyəti tələb 
edən və yalnız hesablama əməliyyatı aparmağa qadir olan, 
                                                 
1
 Kompüter sözü ingilis dilindən tərcümədə hesablayıcı deməkdir. 

 
10
istehsalı  və istismarı böyük xərc tələb edən “lampalı 
nəhənglərdən” kiçik ölçülü, kütləvi istehsal edilən, maya dəyəri 
az, insan fəaliyyətinin bütün sahələrinə nüfuz etmiş bir “əmək 
alətinə” çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli 
informasiyaları  qəbul etmək, saxlamaq və emal etmək 
qabiliyyəti kəskin surətdə yüksəlmiş, onlar istifadəçi ilə 
əlverişli ünsiyyət, kommunikasiya xidməti, özünü diaqnostika, 
nasazlıqların aradan qaldırılması,  optik obrazların və insan 
nitqinin tanınması, multimedia və s. imkanlar əldə etmişlər.  
Kompüterlərin  əsas iş prinsipləri XX əsrin 40-cı 
illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və 
A.Beris tərəfindən verilmişdir.  Həmin prinsiplər 1946-cı ildə 
ABŞ-ın Pensilvaniya ştatında  Con Mokli və Presper Ekkertin 
rəhbərliyi altında ENIAC
1
 adlı universal kompüterin yara-
dılması ilə  həyata keçirilmişdir. Məhz həmin tarix 
kompüterlərin  yaranma tarixi hesab olunur. Lakin, qeyd etmək 
lazımdır ki, bir sıra ədəbiyyatlarda ilk kompüterin 1943-cü ildə 
məhşur alim Allan Turinqin rəhbərliyi altında Böyük 
Britaniyada yaradıldığı  və ikinci dünya müharibəsində alman 
məxfi məlumatlarının “oxunması” üçün istifadə edilən 
«Collos»
 
kompüterinin olması iddia olunur.
 
Lakin əksər alimlər 
«Collos»
 
kompüterinin texniki imkanlarının zəif olması 
səbəbindən 
 
onu yalnız kompüter yaradılmasında atılan önəmli 
addımlardan biri hesab edərək, “kompüter erasının” məhz 
ENIAC kompüterilə başlandığını qəbul edirlər. 
 Kompüterlər sürətli təkamül yolu keçmişlər və bu gün 
də  təkmilləşməkdə davam etməkdədirlər. Kompüterlərin 
təkamülü  beş mərhələ ilə xarakterizə olunur:  
 I 
nəsil kompüterlərin istehsal olunması.  Bu mərhələ 
ENIAC  kompüterinin yaradılması ilə başlayır və 1946-1958-ci 
illəri  əhatə edir. Birinci nəsil kompüterlərin element bazası 
çoxsaylı elektron lampalar idi. Onlar elmi-texniki məsələlərin 
həlli üçün istifadə olunurdu. Həddən artıq baha olduğundan 
                                                 
1
 Electronic Numerical Integrator and Computer 

   
11
əsasən hərbi-sənaye kompleksində  və dövlət təşkilatlarında 
istifadə olunurdu. Bu kompüterlər böyük həcmə  və kütləyə 
malik idi. Elektron lampalar böyuk həcmli elektrik enerjisi sərf 
edirdi və tez qızırdı. Buna görə də əlavə soyutma sistemindən 
istifadə olunurdu. Məsələn,  ENIAC kompüterində 178468 
elektron lampa, 7200 kristallik diod, 4100 maqnit elementləri 
istifadə olunmuşdur və o, 30 ton ağırlığında olub, 200 kvadrat 
metr sahəni tuturdu, 150 Kvt elektrik enerjisi sərf edirdi
1
.  
Birinci nəsil kompüterlər yalnız saniyədə 10-20 min 
əməliyyat yerinə yetirə bilirdi. Belə ki, adicə loqarifmik və 
triqonometrik funksiyaların hesablanması üçün bir dəqiqədən 
artıq vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl – bir 
əməliyyat qurtardıqdan sonra digər əməliyyat yerinə yetirilirdi. 
Elektron lampaların istismar müddəti qısa olduğundan 
kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin 
operativ yaddaşı  zəif olub, 512-2048 bayt
2
 təşkil edirdi. 
Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş 
kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə 
olunmuşdur.  
Birinci nəsil kompüterlər üçün proqramlar konkret 
kompüter üçün unikal olan “maşın dilində” tərtib edilirdi. Bu 
proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün 
proqramlaşdırıcıdan kompüterin arxitekturasını  dəqiq bilməyi 
tələb edirdi. Proqramın daxil olunması  və yerinə yetirilməsi 
idarəetmə blokunun açarları vasitəsilə  həyata keçirilirdi. Bu 
proses mürəkkəb olduğundan və proqramda meydana çıxan 
səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi 
və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı  tərəfindən 
yerinə yetirilməsini tələb edirdi.  
Bu nöqsanlara baxmayaraq birinci nəsil kompüterlər o 
dövr üçün elmi-texniki tərəqqinin  ən böyük nailiyyəti hesab 
olunur və mürəkkəb,  əvvəllər həlli mümkünsüz hesab edilən 
                                                 
1
 ENIAC kompüteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir. 
2
 Bayt informasiyanın ölçü vahididir. 

 
12
elmi, mühəndis məsələləri həll etdi. Bunun nəticəsində bir sıra 
elm və  sənaye sahələrində fundamental nəticələr  əldə olundu. 
Xüsusilə, atom fizikası və energetikası, riyaziyyat, astronomiya 
və hərbi-sənaye kompleksi sürətlə inkişaf etməyə başladı.   
Qərb dünyası ilə müqayisədə kecmiş SSRİ-də, o 
cümlədən Azərbaycanda kompüterlər bir qədər gec, keçən əsrin 
50-ci illərinin  əvvəllərindən başlayaraq istifadə edilmişdir.  
Sovet sənayesi  MESM
1
, BESM, Strela, M-1, M-2, M-3, 
Minsk-1, M-20, Ural-1, Razdan və s. birinci nəsil kompüterlər 
istehsal etmişdir.
 
II nəsil kompüterlərin istehsalı.  Bu mərhələ  1955-
1967 –ci illəri  əhatə edir. İkinci nəsil kompüterlər element 
bazası  əsasən yarımkeçiricilərdən ibarət kompüterlərdir. Bu 
kompüterlərdə elektron lampaları Bell Laboratories (ABŞ) 
firmasında Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter 
Bratteyn və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz 
etdi.Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, 
elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron 
lampanı  əvəz edə bilirdi. Bunun nəticəsində kompüterlərin  
həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə  tələbat 
azaldı, maya və istismar dəyəri ucuzlaşdı. Eyni zamanda 
məhsuldarlığı, funksional imkanları, etibarlığı on dəfələrlə 
yüksəldi. Məsələn, Mark-1 adlı birinci nəsil kompüter 
m
17
5
,
2
×
 ölçüyə malik olub, maya dəyəri 500 min dollar idisə
PDP-1 ikinci nəsil kompüteri artıq məişət soyuducusu 
həcmində  olub 20 min dollara satılırdı.  
İkinci nəsil kompüterlərdə displeylərdən istifadə 
edilməyə başlandı. Bu informasiyanın etibarlı qorunmasını 
təmin etməklə,  informasiyanın daxil və xaric olunmasını xeyli 
                                                 
1
 MESM  (Малая  Электронная  Счетная  Машина) 1950-ci ildə S.A. 
Lebedevin rəhbərliyi altında Ukrayna Elmlər Akademiyasının 
Elektrotexnika  İnstitutunda hazırlanmışdır və SSRİ-də yaradılan ilk 
komputer hesab edilir. 

   
13
asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq minimum 32 
kbayt
1
 oldu.  
İkinci nəsil kompüterlər üçün xüsusi
 
sistem proqram 
təminatı, o cümlədən informasiyanın paket emalı sistemləri, 
sonralar 
əməliyyat sistemləri yaradıldı. Kompüterin 
arxitekturasından asılı olmayan yüksək səviyyəli alqoritmik 
dillərin
2
 (Fact, MathMatic, Algol, Fortran, Kobol və s.) 
yaranması  və onlar üçün müvafiq kompilyatorun
3
 və standart 
altproqramlar kitabxanasının yaradılması ilə proqramlaşdırılma 
olduqca asanlaşdı  və  həll olunan məsələlərin  əhatə dairəsi 
genişləndi.   
 Kompüterlərin ucuzlaşması  və   proqram təminatının 
inkişafı onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompüterlər 
artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı maliyyə-
iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün 
tətbiq edilməyə başlandı. Artıq onlar daha çox biznes
 
müəssisələrində, təhsil və layihələndirmə  mərkəzlərində geniş 
istifadə olundu. Azad kompüter bazarı formalaşdı, kompüter 
istehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn,  IBM, 
CDC, DEC və s. kompüter istehsalına başladı. 
Keçmiş SSRİ-də BESM-3,4, Ural-11,14,16, Minsk-22, 
M-222, Mir, Nairi ikinci nəsil kompüterlər istehsal olunmuş və 
istifadə edilmişdir. Onların məhsuldarlığı saniyədə 50-100 min 
əməliyyat olmuşdu.  
 
III nəsil kompüterlərin istehsalı
. Bu mərhələ 4-1975-
ci illəri  əhatə edir. Üçüncü nəsil kompüterlərin  element 
bazalarını inteqral sxemlər və ya mikrosxemlər təşkil edir
4
. İlk 
mikrosxemlər 1958-ci ildə Cek Kilbi və Robert Noys 
tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 мм

ölçüyə 
malik olub, on min tranzistoru əvəz etməyə qadirdir. Bu isə 
                                                 
1
 Kbayt informasiyanın ölçü vahididir və 1024 bayta bərabərdir. 
2
 Bax: Alqoritmik dillər. 
3
 Bax: Proqram təminatı. 
4
 Bir sıra ingilis dilli ədəbiyyatlarda mikrosxem əvəzinə Chip işlədilir. 

 
14
kompüterlərin sürətlə miniatürləşməsini və ucuzlaşmasını 
təmin etdi. Bununla yanaşı üçüncü nəsil kompüterlərin 
məhsuldarlığı  kəskin yüksəldi. Artıq kompüterlərdə 100 
kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq olunurdu, onlar 
saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi. 
Miniatürləşmə ilə paralel olaraq kompüterlərin arxitekturasında 
köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq 
maqnit disklərindən və diski oxuyan qurğulardan-
diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı 
kompüterlər məsələn, kosmik raketlərdə,  aviasiyada və 
gəmilərdə istifadə edilən bortkompüterlər meydana gəldi.  
Bununla yanaşı az - təqribən 4 kilovat enerji sərf edən mini 
kompüterlərin istehsalına başlandı. Məsələn, ABŞ-da RDR, 
VAX mini kompüterləri və SSRİ-də isə onların analoqu olan 
CM-1/2/3/4/1420 və s. istehsal olundu.  Mini kompüterlər 
sənayedə texnoloji proseslərin idarə edilməsində, məlumat 
banklarının yaradılmasnda və informasiyanın idarə edilməsində 
geniş istifadə olunurdu. Üçüncü nəsil kompüterlər seriya 
şəklində istehsal olunurdu. ABŞ-da  İBM 360, SSRİ  və    Şərqi 
Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompüterlər 
istehsal olunurdu. 
Üçüncü nəsil kompüterlərdə ilk dəfə olaraq multi-
proqram rejimi tətbiq olundu. Bu rejim  paralel olaraq bir neçə 
istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.  
IV nəsil kompüterlərin istehsalı. 
 Bu mərhələ böyük 
inteqral sxemlərin kompüter istehsalında tətbiqi ilə  1974-1976 
–cı ildən  başlamışdır. Böyük inteqral sxemlər  bir kristal 
üzərində minlərlə tranzistor və digər elektron komponentləri 
birləşdirməyi təmin etdi. Bunun nəticəsində  əvvəllər ayrı-ayrı 
elementlərdən ibarət olan kompüterin funksional qurğularını 
böyük inteqral sxemlər  əvəz etdi. Məsələn, böyük inteqral 
sxemlərdən ibarət olan mikroprosessorlar, xarici qurğular 
kontrollerləri, operativ yaddaş  və digər qurğular yaradıldı. 
Bunun nəticəsində kompüterlərin məhsuldarlığı və etibarlığı on 

   
15
dəfələrlə yüksəldi. Böyük inteqral sxemlərə keçid kompüterin 
qurğularını kiçik ölçülü bir lövhə-“ana lövhə” üzərində 
asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli 
kompüterlərin istehsalını  təmin etdi. Altair adlı ilk mikro 
kompüter 1974-75-ci ildə
 
Intel 8080
 
mikroprosessoru əsasında 
istehsal olundu və bununla da insanlar ucuz,  az enerji sərf 
edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi heyəti tələb 
etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən 
fərdi kompüterlər adlanan kompüterlər  əldə etdilər. 1981-ci 
ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına başladı 
və  mikroprosessorlar istehsal edən İntel firması ilə əməkdaşlıq 
edərək fərdi kompüterlərin əsas  istehsalçısına çevrildi.  
Mikroelektronikada  əldə edilən uğurlar və müasir 
proqram təminatının yaradılması sayəsində fərdi kompüterlərin 
sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı firmalar 
müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi kompüterlər istehsal 
edirlər və insan fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar.   
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə