Mövzu 1.Maliyyə nəzarəti sistemində auditin rolu.Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan: Auditin mahiyyəti və təyinatı
Audit yoxlaması və başqa əminlik fəaliyyətlərinin konsepsiyası
Аuditin meydаnа gəlməsi və inkişаfı
Auditin növləri
Аuditin digər idarəetmə elementləri ilə əlаqəsi
Auditin mаhiyyəti və təyinatı
Məlum olduğu kimi, mühasibat uçotu praktiki fəaliyyətin və elmi ümumiləşdirmənin ən qədim sahəsi hesab olunur. Hesab və insanın real fəaliyyətinin necə əks etdirilməsi qaydası ilk dəfə məşhur riyaziyyatçı Luka Paçoli tərəfindən “Hesablar və yazılışlar haqqında Traktat” kitabında (1494-cü ildə nəşr edilmişdir) verilmiidr. Qeyd etmək yerinə düşər ki, alman filosofu O.Şpenqler (1880-1936) hesab edir ki, üç dahi insan- N.Kopernik, X.Kolumb və L.Paçoli dünyanı dəyişdirmişdir.
İkili mühasibatlıq haqqında ideya sonralar dünyanın bütün ölkələrində alimlərin yaradıcılıq əsərlərində inkişaf etdirilmişdir. Bu zaman L.Paçolinin müdrik sözləei unudula bilməz: “Öz işlərində yaxşı mühasib ola bilməyənlər qaranlıqda bəxtə-bəxt kor kimi hərəkət edəcək, gələcəkdə o, böyük itgilərdən yan keçə bilməyəcək”. “Yaxşı mühasib” sözündə gizli belə bir fikir əks etdirilmişdir ki, o, ikili mühasibatlıq qaydalarını ciddi gözləyəcək, heç bir yanlışlıqlara, xüsusi ilə bilərəkdən səhvlərə yol verməməli, daha doğrusu, real hadisələrin vicdanlı, həqiqi registratoru olmalıdır. Yaxşı mühasib balans və digər hesabatları təqdim edənə qədər bir neçə dəfə özünü yoxlayacaqdır. Özünü yoxlama prinsipi özündə daxili audit ideyasını əks etdirir.
Elm, praktiki bilik sahəsi kimi iqtisadi təhlil nisbətən gec formalaşmışdır. Əlbəttə, təsərrüfat fəaliyyətinin təhlilinin gizli əlamətlərini L.Paçolidə axtarmaq lazımdır. Qaranlıqda bəxtə-bəxt kor kimi hərəkət etməmək üçün yaxşı mühasib alınmış mühasibat hesabatı məlumatlarını özünəməxsus ekspertizasını aparmaqla qiymətləndirməli və yalnız “böyük itgilərin” yaranması deyil, eyni zamanda, təşkilatın işlərində kiçik çatışmazlıqları belə aradan qaldırmalıdır.
İqtisadi təhlilin yaranması XVIII-XIX əsrlərə təsadüf edirQərbdə indiyə qədər təhlilin obyekti qismində təşkilatın maliyyə göstəricilərinə (ödəmə qabiliyyəti, rentabellik, xalis gəlir) üstünlük verilir. Belə ki, fransız alimi Jak Rişar yazmışdı: “Uzun müddətdir ki, elə indi də, Qərbdə müəssisənin təsərrüfat fəaliyyətinin təhlili əksər hallarda maliyyə vəziyyətinin təhlili ilə məhdudlaşırdı, daha doğrusu, əsasən rentabelliyin və müəssisənin ödəmə qabiliyyətinin öyrənilməsinə istiqamətlənmişdir”. Daha sonra müəllif qeyd edir ki, “fikrimcə müəssisənin idarə edilməsinin yeni beynəlxalq kontekstində tədqiqata hərtərəfli yanaşmaya üstünlük verilməlidir və bu halda maliyyə fəaliyyətinin təhlili iqtisadi təhliklun digər aspektlərindən təcrid edilməməli və onunla vahid harmoniya təşkilk etməlidir
Inkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır.
Аudit "audio" - latın sözündən götürülmüş və mənası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduüunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatlarının həqiqətə uyğunluüunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utkin isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.
Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlərin formalaşdırılması məqsədi ilə aparılan müstəqil yoxlanmasıdır. Auditin mahiyyəti, məqsədi və vəzifələri “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılmas” adlıı BAS 200 ilə tənzimlənir
"Audit xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşüul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılmasında məqsəd qanunvericiliklə, auditor fəaliyyətinin tənzimlənməsinin normativ sistemi ilə, auditorun və müştərinin müqavilə öhdəlikləri ilə müəyyən olunan konkret məsələlərin həll edilməsidir.
Nəzarət forması kimi audit hesabat dövrü üçün aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin əks etdirilməsinin dürüstlüyünü, tamlığını, dəqiqliyini müəyyən etmək məqsədi ilə təsərrüfat subyektinin mövcud qanunvericiliyə müvafiq tərtib etdiyi illik maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Dövlətin, müəssisə rəhbərliyinin və onun sahiblərinin (payçıların, səhmdarların) qarşılıqlı maraqları onun əsasını təşkil edir.
Аudit fəaliyyətini yalnız yoxlama kimi xarakterizə etmək olmaz. Bura mühasibat (maliyyə) hesabatlarının, ödəmə-hesablaşma sənədlərinin, vergi bəyannamələrinin və iqtisadi subyektin digər maliyyə öhdəliklərinin və tələblərinin müstəqil idarədənkənar yoxlanılması, eləcə də digər auditor xidmətlərinin göstərilməsi: mühasibat uçotunun qurulması, bərpa olunması və aparılması; gəlirlər haqqında bəyannamələrin və mühasibat (maliyyə) hesabatlarının hazırlanması; maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, iqtisadi subyektin aktivlərinin və passivlərinin qiymətləndirilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi və s. daxildir.
Audit – mühasibat uçotunun aparılması qaydasının gözlənilməsinin, təsərrüfat əməliyyatlarının AR-nin qanunvericiliyinə uyğunluüunun, müəssisənin fəaliyyətinin mühasibat (maliyyə) hesabatlarında əks etdirilməsinin tamlıüının və dürüstlüyünün yoxlanılması əsasında müəssisənin mühasibat (maliyyə) hesabatlarının müstəqil ekspertizasıdır.
Auditin mahiyyətinin anlaşılması və “audit”, “auditor fəaliyyəti” və “auditor yoxlamaları” anlayışlarından daha dəqiq istifadə olunması məsələsi prinsipial xarakter daşıyır. Xidmətlər auditor fəaliyyətinə deyil, auditə yaxındır. Çünki, fikrimizcə, “audit” anlayışı genişdir və bu zaman sadəcə audit deyil, auditor fəaliyyəti, daha doğrusu, mühasibat uçotunun təşkil olunmasının, aparılmasının, təsərrüfat əməliyyatlarının əks etdirilməsinin mövcud qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsinə yönəldilmiş müstəqil ekspertlərin fəaliyyəti kimi formallaşdırmaq düzgün olardı. Bu, məsləhətlərin verilməsi, mühasibat uçotunun qurulması, düzgün iqtisadi siyasətin seçilməsi ilə bağlı müəyyən əlavə xidmətlərin göstərilməsi – uçot, maliyyə və amortizasiya siyasətləri və s. üzrə işləri əhatə edir.
Audit nəzarəti üzrə əsas məqsədə çatmaq və müştəriyə rəyi təqdim etmək üçün auditor aşağıdakı məsələlər üzrə öz fikrini fоrmаlаşdırmаlıdır:
hesabatların ümum qəbul edilməsi (hesabatın bütövlükdə bütün tələblərə cavab verməsi, yanlış informasiyaları özündə əks etdirməməsi);
əsaslı olması (hesabatda göstərilən məbləğlərin hesabata daxil edilməsi haqda əsasın olması);
qiymətləndirmə (bütün kateqoriyaların düzgün qiymətləndirilməsi, düzgün hesablanması);
təsnifləşdirmə (hesablarda əks etdirilən məbləğlərin həqiqətən də həmin hesablara aid olmasına inanmaq üçün əsasın olması);
bölgü (balansın tərtib olunması tarixinə qədər və ya bilavasitə ondan sonra aparılmış əməliyyatların aparılan dövrə aid edilməsi);
dəqiqlik (ayrı-ayrı əməliyyatlar üzrə məbləğlərin analitik uçot kitablarında və jurnallarında əks olunan məlumatlara uyğunluüu, onların yekununun düzgünlüyü, Baş kitabda verilmiş məlumatların yekun məbləğlərinə uyğunluüu);
açıqlanması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçürülməsi və hesabatlarda və onlara əlavələrdə düzgün əks etdirilməsi).