Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Audit yoxlaması və başqa əminlik fəaliyyətlərinin konsepsiyası



Yüklə 465,1 Kb.
səhifə2/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   2   3   4   5   6   7   8   9   ...   82
Audit yeni

Audit yoxlaması və başqa əminlik fəaliyyətlərinin konsepsiyası

Əminlik fəaliyyəti - cavabdeh tərəfdən daha çox nəzərdə tutulmuş istifadəçilərin kriteriyalarla predmetin müqayisəli şəkildə qiymətləndirilməsinin nəticələrinə inamını gücləndirmək üçün peşəkar mühasibin ictimai təcrübədə bir nəticə bildirməsidir. Əminlik fəaliyyətinin elementlərinə aşağıdakılar daxildir:



  • mütəxəssis, cavabdeh tərəf və nəzərdə tutulmuş istifadəçilərdən ibarət 3 tərəfli əlaqə;

  • münasib predmet;

  • münasib meyarlar;

  • müvafiq sübut;

  • əminlik hesabatı.

Auditin quruluşu yalnız 2 növ əminlik fəaliyyətinə icazə verir: məntiqəuyğun əminlik fəaliyyəti; məhdud əminlik fəaliyyəti.
Məntiqəuyğun əminlik fəaliyyətinin məqsədi - mütəxəssisin qərarının müsbət ifadə olunması üçün əsas rolunu oynayan fəaliyyət şəraitində əminlik fəaliyyəti riskini məqbul səviyyəyə qədər azaltmaqdır. Bu zaman mütəxəssis:

  • kifayət qədər müvafiq sübutlar toplayır;

  • predmetin müvafiq meyarlara uyğun olmasına qərar verir;

  • riskin məqbul səviyyədə az olmasını təmin edir (kifayət qədər müvafiq sübut əldə etməklə);

  • qərarı müsbət formada ifadə edir.

Məhdud əminlik fəaliyyətinin məqsədi - mütəxəssisin qərarının mənfi ifadə olunması üçün əsas rolunu oynayan, lakin riskin məntiqəuyğun əminlik fəaliyyətinə nisbətən daha çox olduğu fəaliyyət şəraitində əminlik fəaliyyəti riskini məqbul səviyyəyə qədər azaltmaqdır. Məhdud əminlik fəaliyyətində mütəxəssis:

  • kifayət qədər müvafiq sübutlar toplayır;

  • predmetin müvafiq meyarlara uyğun olmasını təmin edir;

  • risk səviyyəsinin məntiqəuyğun əminlik fəaliyyətinə nisbətən daha yüksək olduğu fəaliyyət şəraitində riskin məqbul səviyyədə olmasını təmin edir;

  • qərarı mənfi formada ifadə edir.

Audit fəaliyyəti maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmaması barədə tam əminlik səviyyəsi deyil, məntiqəuyğun əminlik səviyyəsi verir. Auditor auditi peşə etikası və lazımi diqqət ilə həyata keçirir. Onlar maliyyə hesabatları barədə rəy vermək üçün kifayət qədər müvafiq sübut əldə edir və bu sübutu qiymətləndirirlər. Bu yolla əldə olunmuş audit sübutuna əsaslanaraq auditor öz rəyini bildirir.
Auditor aşağıdakı səbəblərə görə tam əminlik verə bilmir:

  1. Daxili nəzarət sisteminin daxili məhdudiyyətləri;

  2. Audit sübutunun xarakter (daxili və xarici mənbələrdən əldə edilən);

  3. Auditor tərəfindən sınaq yoxlaması (vaxt və xərc məhdudiyyətləri üzündən auditorun bütün sövdələşmələri 100 faiz yoxlaması praktik cəhətdən mümkün deyil).

Digər peşələr kimi auditin də bəzi məhdudiyyətləri vardır. Bu məhdudiyyətlərdən bəziləri konseptualdır, bəziləri isə auditin standartlardan aşağı səviyyədə həyata keçirilməsinin nəticəsi ola bilər:

  • auditorlar hazırlanmış hesabatları yoxlayır. Hətta öz təlim və biliklərinə baxmayaraq onlar hesabatların hazırlıq səviyyəsində hər bir sui-istifadəni aşkar etməkdə çətinlik çəkə bilərlər. Auditlə yoxlanılmış hesabatlar heç də həmişə tam faktları açıqlamır.

  • audit bir qayda olaraq sınaq səviyyəsində həyata keçirilir.

  • audit mühakimə və rəydən çox asılıdır, istənilən səhv rəy, məsləhət və ya qiymətləndirmə auditorun problemləri aşkar edə bilməsini məhdudlaşdıra bilər.

  • audit həqiqi olmaq üçün müstəqil auditor tərəfindən həyata keçirilməlidir. Lakin praktik həyatda mühafizəçilərə baxmayaraq bu müstəqillik təhlükə altına düşə bilər.

  • Həqiqi və məqsədli audit müxtəlif şəraitdə və çətin vəziyyətlərdə ağıllı mühakimə, anlayış və tətbiq tələb edir. Bu mühakimə auditordan auditora fərqlənir.

“Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” adlı BAS 320-ə əsasən auditin daxili məhdudiyyətlərinə aşağıdakıları aid etmək olar:

  • testdən istifadə (geniş sayda əməliyyatlar aparan böyük müəssisələrdə auditorun aparılan bütün əməliyyatları yoxlaması mümkünsüzdür)

  • daxili nəzarət sistemində olan məhdudiyyətlər;

  • audit mühakimə və rəydən çox asılıdır (istənilən səhv rəy, məsləhət və ya qiymətləndirmə auditorun problemləri aşkar edə bilməsini məhdudlaşdıra bilər);

  • audit sübutlarının həlledici deyil, inandırıcı olması faktı;

  • həqiqi və məqsədli audit müxtəlif şəraitdə və çətin vəziyyətlərdə ağıllı mühakimə, anlayış və tətbiq tələb edir (bu mühakimə auditordan auditora fərqlənir).

  • audit ən son vəziyyəti əhatə etmir (auditorun əsas vəzifəsi verilən maliyyə hesabatlarında saxtakarlığı və yanlışları aşkar etmək deyil, bu hesabtalara dair doğru və ədalətli fikir bildirməkdir “Auditor nəzarətçidir, dedektiv deyil”).

Bu məhdudiyyətlərdən bəziləri konseptualdır, bəziləri isə auditin standartlardan aşağı səviyyədə həyata keçirilməsinin nəticəsi ola bilər. Fikrimizcə, auditin aşağıdakı xüsusiyyətlərini qeyd etmək lazımdır:

  • auditorlar hazırlanmış hesabatları yoxlayır. Hətta öz təlim və biliklərinə baxmayaraq onlar hesabatların hazırlıq səviyyəsində hər bir sui-istifadəni aşkar etməkdə çətinlik çəkə bilərlər. Auditlə yoxlanılmış hesabatlar heç də həmişə tam faktları açıqlamır.

  • audit bir qayda olaraq sınaq səviyyəsində həyata keçirilir.

  • audit mühakimə və rəydən çox asılıdır, istənilən səhv rəy, məsləhət və ya qiymətləndirmə auditorun problemləri aşkar edə bilməsini məhdudlaşdıra bilər.

  • audit həqiqi olmaq üçün müstəqil auditor tərəfindən həyata keçirilməlidir. Lakin praktik həyatda mühafizəçilərə baxmayaraq bu müstəqillik təhlükə altına düşə bilər.

  • həqiqi və məqsədli audit müxtəlif şəraitdə və çətin vəziyyətlərdə ağıllı mühakimə, anlayış və tətbiq tələb edir. Bu mühakimə auditordan auditora fərqlənir.

Yoxlama fəaliyyəti və audit fəaliyyəti arasında fərq: audit zamanı müstəqil auditorun məqsədi maliyyə hesabatlarının etibarlılığı haqqında məntiqəuyğun (lakin tam olmayan) əminlik səviyyəsi təchiz etməkdir.; yoxlama fəaliyyəti elə planlaşdırılır ki, maliyyə informasiyasının etibarlılığı
Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin