Azad İsa oğlu Qurbanov,
Rəhilə Abdulla qızı Abdullayeva
FƏRDİ
KOMPÜTERLƏRİN
PROQRAM TƏMİNATI
(
Təkrar nəşr
)
Azərbaycan Respublikası Təhsil
Nazirinin 23 may 2001-ci iltarixli 540
saylı əmri ilə Ali məktəb tələbələri üçün
dərs vəsaiti kimi tövsiyə edilmişdir.
II cild
Elmi
redaktor:
AMEA-nın həqiqi üzvü, texnika elmləri
doktoru, professor Ə.M.Abbasov
Rəy verənlər: Fizika-riyaziyyat elmləri doktoru
V.R.İbrahimov
Fizika-riyaziyyat elmləri doktoru
Ə.N.Nəsibov
A.İ.Qurbanov, R.A.Abdullayeva Fərdi kompüterlərin
proqram təminatı. II cild-Bakı:, 2006.-177 s.: şəkilli
Dərs vəsaitində Web saytların yaradılmasının üsul və vasitələri izah edilmiş,
mühəndis-texnoloji, iqtisadi hesablamaların yerinə yetirilməsində,
riyaziyyat, fizika, geologiya, astronomiya və s. təbiət elmlərinin nəzəri
problemlərinin həllində geniş tətbiq olunan riyazi proqramlar şərh
olunmuşdur. Kitabda HTML dilinin elementləri, müasir Web texnologiyalar
haqqında məlumatlar verilmiş, Maple 9.01 riyazi proqram paketi, Ulead
Gif Animator, Dreamweaver MX, Graph Digitizer, Advanced Grapher
proqramları şərh olunmuşdur.
Fəsil 1 Web tərtibat proqramları
6
1.1. WEB SAYTLAR: YARADILMA VƏ
YAYILMA ÜSULLARI
1989-cu ildə amerikan texniki Tim Berners Li tərəfindən
irəli sürülmüş «hipermətn» prinsipi və sonradan HTML dilinin və
HTTP
protokolunun
yaradılması
kompüter
informasiya
texnologiyasında yeni istiqamətin-Web texnologiyanın əsasını
qoydu. Bunun nəticəsində İnternetin yeni xidmət növü - World
Wide Web (ümumdünya hörümçək toru) və ya WWW xidməti
təşəkkül tapdı və İnternet rahat və əlverişli informasiya mübadiləsi
və ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də böyük informasiya
mənbəyinə çevrildi. Bu gün WWW xidməti vasitəsilə praktiki
olaraq bütün mövzularda informasiya əldə etmək olar. İnformasi-
ya əsasən Web-saytlar formasında istifadəçilərə təklif olunur.
Web- saytlar bir-birilə əlaqəsi olan və vahid mövzuya həsr
olunmuş Web-səhifələr sistemidir. Hər bir Web-sayt unikal URL
1
ünvanına malik olur. İnformasiyanın axtarışı və sənədə istinad bu
ünvan əsasında həyata keçirilir.
Web-saytlar əsasən HTML, XML
2
və XMTL dilləri
əsasında yaradılır. Son illər saytların yaradılmasında həmçinin
aşağıdakı müasir Web texnologiyalardan geniş istifadə edilir:
• JavaScrpit
• VbasicScript
• CGİ (Common Gateway Interface)
• ASP
• PHP
• Macromedia Flash
3
• CSS
Müasir Web texnologiyalar saytların funksiyalarını genişlən-
dirir, onlara dinamizm verir, gözəl tərtibat effektlərinin
1
URL-Universal Resource Locator (Ehtiyatların universal göstəricisi)
2
2000-ci ildə World Wide Web Consortium tərəfindən yaradılmışdır.
3
Bu texnologiyanın vasitəsilə kiçik həcmli, yüksək keyfiyyətli interaktiv
animasiya yaradılır.
Fərdi kompüterlərin proqram təminatı
7
yaradılmasını, istifadəçi və informasiya mənbəyi arasında
interaktiv əlaqəni təmin edir.
Saytın yaradılmasında əsasən 2 tip proqramlardan:
HTML və ya XMTL redaktorlardan və WYSIWYG prinsipi ilə
işləyən Web redaktorlardan (məsələn: FrontPage, Macromedia
Dreamweaver MX və s.) istifadə olunur. Sayt yaradan şəxslər–
Web dizaynerlər bu proqramları dərindən bilməklə yanaşı, həm
də yüksək bədii yaradıcılıq qabiliyyətinə malik olmalıdır. Belə
ki, sayt informasiyanı istifadəçiyə dolğun çatdırmaq və
istifadəçinin estetik zövqünü «oxşamaq» üçün gözəl tərtibatla
yaradılmalıdır. Bu məqsədlə saytların yaradılmasında Web
qrafika elementlərindən: şəkillərdən, diaqram və qrafiklərdən,
animasiyalı təsvirlərdən, səs və video fayllardan və s. geniş
istifadə olunur. Qeyd edək ki, İnternetdə sürətli informasiya
mübadiləsini təmin etmək üçün xüsusi Web qrafika, səs və
video formatlarından istifadə olunur. Web qrafika formatı
olaraq Эиф, Жпеэ, Жпэ, Пнэ, səs formatı olaraq Au,
Мп-3, Rmx, Rmj, video formatı olaraq Avi, Мpeg-3,
Mov, Swf, Spl və s. formatlarından istifadə olunur. Web
qrafika elementlərini yaratmaq üçün xüsusi dizayn proqramları,
məsələn Ulead Gif Animator,
3D-Xara, XaraWeb Style və s.,
bir sıra rəsm redaktorlarının, məsələn, PhotoShop, Corel Photo
Paint və s. xüsusi utilitləri tətbiq olunur.
Web-saytlar iki formada: statik və dinamik saytlar
şəklində yaradılır. Statik saytlar əsasən istifadəçiyə konkret
informasiyanı çatdırmaq funksiyasını yerinə yetirir. Dinamik
saytlar istifadəçi ilə informasiya mənbəyi arasında interaktiv
əlaqəni təmin edir. Çatlar, Web forumlar, Internet mağazalar, elan
lövhələri, qonaq kitabları, axtarış və reytinq sistemləri və s.
dinamik saytlar şəklində yaradılır. Dinamik saytlar «klient-
server» arxitekturası əsasında fəaliyyət göstərir. Belə ki, klient
kimi Web brauzer (məsələn, İntenet Explorer, Opera və s.), server
kimi Web server və verilənlər bazası serveri çıxış edir. Brauzer
vasitəsilə istifadəçinin göndərdiyi məlumatı Web server təhlil
Fəsil 1 Web tərtibat proqramları
8
edərək, server əlavəsinə ötürür. Server əlavəsi göndərilmiş
məlumat əsasında verilənlər bazası serverində axtarış və verilənlər
üzərində nəzərdə tutulmuş əməliyyatları yerinə yetirir. Sonrakı
addımda server əlavəsi aparılmış əməliyyatların nəticəsini
brauzerin qəbul etdiyi formata çevirib Web serverə, o isə öz
növbəsində Web brauzerə göndərir. Bu səbəbdən dinamik saytlar
mütləq, istifadəçinin informasiyasını Web serverə çatdıracaq
forma ilə təchiz edilmiş Web-səhifəyə və bu informasiya
əsasında verilənlər bazasında əməliyyat aparan və nəticəni
istifadəçiyə çatdıran server əlavəsinə malik olmalıdır. Bu gün
server əlavəsi əsasən, CGİ, ASP, PHP texnologiyaları tətbiq
edilməklə yaradılır. CGİ texnologiyası nisbətən daha əvvəllər
tətbiq edilmişdir. Bu səbəbdən İnternetdə bu texnologiyaya
əsaslanan dinamik saytlar çoxluq təşkil edir. CGİ texnologiyasının
əsas üstünlüyü onun klient proqram təminatından asılı olma-
masıdır. Bu texnologiyanı praktiki olaraq, istənilən versiyalı
brauzerlər qəbul edir. Lakin, CGİ texnologiyası kompüterin sistem
resurslarına cox tələbkardır. Proqram təminatı bazarında təklif
olunan CGİ tipli server əlavələrinin əksəriyyəti kompilyasiya
olunmuş proqram modullarından- exe genişlənməsinə malik
fayllardan ibarətdir. CGİ texnologiyası əsasında yaradılan dinamik
sayt aşağıdakı prinsip əsasında fəaliyyət göstərir:
•
Web-səhifə istifadəçinin informasiyası ilə yanaşı
verilənlər bazasında əməliyyat aparmaq üçün müvafiq CG
İ
əlavəsinin adını Web serverə göndərir.
• Web server öz növbəsində həmin adda CGİ əlavəsinin
icra olunmasını təmin edir.
• CGİ əlavəsi verilənlər bazası serverində müəyyən
əməliyyatlar apararaq yekun Web-səhifəni Web serverə
qaytarır.
Məsələn, Bakı Dövlət Universitetinin Elmi kitabxa-
nasının elektron kataloqu CGI texnologiyası əsasında hazırlan-
mışdır və kitabxananın elektron biblioqrafik məlumat bazasında
Fərdi kompüterlərin proqram təminatı
9
On-Line axtarışı təmin edir
1
. Kataloqun ana səhifəsində
istifadəçi öz sorğusunu formalaşdırır, yəni axtarış üçün zəruri
məlumatları daxil edir. Axtar düyməsini sıxdıqda bu
məlumatlar və CGI əlavəsinin ünvanı Web serverə göndərilir.
Nəticədə, OPACServlet.exe əlavəsi yerinə yetirilərək oxucu
sorğusunun cavabı OPACResultSimp.html səhifəsi vasitəsilə
oxucuya çatdırılır.
ASP (Active Server Pages; serverin aktiv səhifələri)
texnologiyası MicroSoft firması tərəfindən yaradılmışdır. Web-
səhifəni ASP texnologiyasının tətbiqi ilə interaktiv etmək üçün
Web-səhifədən makrodildə yazılmış skriptə
2
müraciət etmək
lazımdır. Skript bilavasitə serverdə yerləşir və interpretasiya
olunur. Məhz bundan sonra istifadəçi brauzerinə ASP skriptinin
işinin nəticələri ilə birlikdə artıq hazır HTML-sənədi göndərilir.
Ona görə də haqlı olaraq qeyd edilir ki, ASP texnologiyasını
tətbiq etmək üçün istifadəçi kompüterində hansı proqram
təminatının olmasının heç bir mənası yoxdur. Ancaq ASP-nin
istifadə olunacağı Web serverin tipinin müəyyənləşdirilməsinin
böyük əhəmiyyəti vardır. Belə ki, onların heç də hamısı bu
texnologiyanı qəbul etmir.
PHP texnologiyası da Web-səhifədə yerləşdirilmiş skriptə
müraciət əsasında fəaliyyət göstərir. Skript PHP (Personal
Home Page tools)
3
dilində hazırlanmış xüsusi proqram kodudur
və serverdə yerləşən Web əlavəyə-HTML sənədinə alt proqram
kimi daxil edilir. Brauzer vasitəsilə skriptə müraciət olduqda,
kod interpretasiya olunur. Məhz bundan sonra istifadəçi
brauzerinə PHP ssenarisinin işinin nəticələri ilə birlikdə artıq
hazır HTML-sənədi göndərilir. Qeyd edək ki, bu texnologiya,
əsasən MySQL bazasından informasiyanın istifadəçiyə
çatdırılması üçün geniş tətbiq olunur.
1
http://www.bsu.az/lib/cgi1/marc/opacform.html
ünvanlı sayta müra-ciət
etməklə oxucular elektron kataloqdan istifadə edə bilərlər.
2
Java Script və Vbasic Script dilində yazılır.
3
PHP PERL-i xatırladan interpretasiya dilidir.
Fəsil 1 Web tərtibat proqramları
10
Web-saytların İnternetdə yayımını təşkil etmək üçün o
Web serverlərdə yerləşdirilməlidir. Bunun üçün istifadəçi Web
host-a malik olmalıdır. Yəni o Web serverlərdə xüsusi disk
sahəsi icarəyə götürməlidir. İki növ Web hosta malik olmaq
olar: pullu və pulsuz. Bir sıra saytlar məsələn
www.boom.ru
,
www.narod.ru
,
www.chat.ru
və s. pulsuz Web host təklif
edirlər. Bunun üçün istifadəçi sayta daxil olub, qeydiyyatdan
keçməli, öz saytını «usta rejimi» və şablonlar vasitəsilə yenidən
yaratmalı və ya hazır saytı FTP protokolu ilə serverə
göndərməlidir. Bu xidmətin müqabilində firmalar pulsuz
saytlarda reklam banerləri yerləşdirirlər. Bu da çox zaman
istifadəçini qane etmir. Yayımın pullu forması müəyyən ödəniş
əsasında, Web-saytın provayderin və ya Web host təklif edən
firmaların Web serverlərində yerləşdirilməsini nəzərdə tutur.
Bu forma daha etibarlıdır və geniş istifadə olunur.
1.2. HTML-DİLİNİN ƏSAS ELEMENTLƏRİ
Web-səhifənin strukturu.
Hər bir Web-səhifə və ya html sənədi standart struktura
malik olur. Sənədin strukturu məcburi bloklardan ibarət olub,
xüsusi direktiv-teqlər
1
vasitəsi ilə təsvir olunur. Teqlər “< >”
mötərizələrinin daxilində yazılır. Teqlər cüt və ya tək olurlar.
Cüt teqlər “bağlayan ” və “açan” teqlərdən ibarət olurlar.
“bağlayan” teqin əvvəlində sleş -/ işarəsi qoyulur. Qeyd edək
ki, hər bir sənədin əvvəlində açan <щтмл> teqi, sonunda isə
bağlayan teqi yerləşməlidir.
1
Teq ingilis dilindən tərcümədə nişan deməkdir.
Fərdi kompüterlərin proqram təminatı
11
Sənəddə brauzerlər və axtarış sistemləri tərəfindən
istifadə olunan xidməti informasiya < html> açan teqindən
sonra cüt və teqləri arasında göstərilir. Bu
məqsədlə əsasən, … < /tıtle> və teqlərindən
istifadə olunur. Açan və bağlayan və teqlərin
arasında Web-səhifənin adı göstərilir. Məsələn, sənəddə
Azad Qurbanov< /tıtle> yazılışından istifadə olunmuşsa,
brauzer vasitəsilə səhifəyə baxış zamanı səhifənin adı-azad
qurbanov brauzer pəncərəsinin başlıq sətrində əks olunacaqdır.
Bundan əlavə, səhifənin adı səhifələrin avtomatik
indeksləşməsini yerinə yetirən axtarış sistemləri tərəfindən də
nəzərə alınır. Bu səbəbdən və teqlərini saytın
bütün səhifələrində istifadə etmək məsləhət görülür: Səhifənin
adı axtarış sistemlərinin nəticələrində əks olunur və bununla da
potensial istifadəçilərin diqqətini həmin Web-sayta cəlb edir.
Tək teqi Web-səhifənin brauzerdə əks olunma
rejimini müəyyən edən müxtəlif növ xidməti informasiyanın
verilməsi üçün istifadə olunur. Bu teq səhifədə mətn
kodlaşdırılmasını göstərmək, əksər axtarış sistemləri tərəfindən
istifadə olunan açar sözləri müəyyən etmək üçün istifadə oluna
bilər. Məsələn,
Səhifənin ölçüsü və mətn sahəsi və
Dostları ilə paylaş: |