İran 2012-ci il Olimpiadasının saytına öz ərazisindən çıxışı bağlayıb
AZADİNFORM. İranda 2012-ci il Olimpiya Oyunlarının rəsmi vebsaytına giriş bloklanıb.
“Azadinform” x
əbər verir ki, bu xəbəri İranın “Tabnak” agentliyi yayıb. İnternet istifadəçiləri
Olimpiada-2012 r
əsmi saytına daxil olmağa cəhd etdikdə, axtarılan səhifə yerinə www.peyvəndha.ir
saytı açılır. Tehran rəsmi Olimpiada-2012 saytına nəyə görə blok qoyulduğu səbəblərinə dair bir
açıqlama verməyib. Ekspertlər bildirir ki, İranda belə hallar az qala praktikaya çevrilib. Onların
t
əbirincə, İran rəsmiləri üçün internet səhifəsinin görünüşü biədəb, əxlaqsız və ya İran əleyhinə
yön
əldən təsiri bağışlayarsa, həmin saytlara filtr və ya blok qoyulması müşahidə edilir. Bu cür filtr və
blokların tətbiqinə hətta bəzən yerli İran saytları, o cümlədən dövlət saytları da məruz qalır.
Öt
ən il İran rəsmiləri 2012 il Olimpiadasının simvolikası ilə bağlı narazılıq bildirmişdilər. İran
r
əsmilərinin qənaətincə, Olimpiada-2012 loqosu “Zion” sözünə bənzəyir. Bu səbəbdən İran həmin
simvolikanı dəyişdirməyə çağırmışdı, lakin London Olimpiadasının dizaynerlər bunun əleyhinə
çıxdılar. Həmin hadisəyə baxmayaraq, İran bir qədər sonra Olimpiya Oyunlarında iştirak edəcəyini
r
əsmən təsdiqləmişdi.
Dostları ilə paylaş: |