2
Qaytanan
ın mahnısının rəsmi videosu aprelin sonunda hazır olacaq
“N-Brother” “N-
Qardaşları” oldu
Bakcell-l
ə “Cavanlıq”
X
əbər
Prezident Heyd
ər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub
AZADİNFORM. Prezident İlham Əliyev paytaxtın Nərimanov rayonunda Heydər Əliyev
Mərkəzində
aparılan inşaat işlərinin gedişi ilə tanış olub. Mərkəzdə həyata keçirilən işlərin hazırkı vəziyyəti barədə
dövl
ət başçısına məlumat verilib. Tikinti işlərinin ən müasir standartlara uyğun şəkildə həyata
keçirildiyi bildirilib.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə yaxından maraqlanıb. “Azadinform”
x
əbər verir ki, prezident inşaat işlərinin aparıldığı ayrı-ayrı sahələri gəzib, görülən işlərlə yerindəcə
tanış olub. İnşaatda istifadə olunan tikinti materialları barədə prezident İlham Əliyevə məlumat verilib.
Dövl
ət başçısı inşaat materiallarının keyfiyyəti ilə maraqlanıb.
Qeyd ed
ək ki, mərkəzin ərazisində yol-nəqliyyat və digər infrastruktur ən müasir standartlara uyğun
şəkildə qurulacaq, ərazidə yaşıllıq zolaqları salınacaq. Buraya gələn qonaqların rahat gediş-gəlişini
t
əmin etmək üçün müasir eskalatorlar quraşdırılıb.
Xalqımızın
ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan müasir memarlıq
nümunəsi
müxt
əlif beynəlxalq tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi,
konsert və
ziyaf
ətlərin yüksək səviyyədə təşkil olunmasına imkan verəcək.
Görül
ən işlərlə yaxından tanış olan prezident İlham Əliyev ətraf ərazilərin abadlaşdırılması ilə bağlı da
müvafiq tapşırıqlarını verib.
Dostları ilə paylaş: