ərbaycanlı əlillər beynəlxalq rəqs yarışına qatılacaqlar
H
əbibə/AZADİNFORM. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2012-ci il tarixli
S
ərəncamına əsasən, 2012-ci ilin “İdman ili” kimi elan olunması il
ə bağlı olaraq, Əmək və Əhalinin
Sosial Müdafi
əsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdə əlil arabasında
r
əqsin geniş tətbiqi istiqamətində müvafiq işlər görülür. Bununla əlaqədar nazirlik tərəfindən bu
günl
ərdə ölkəmizdən üç nəfər əlilliyi olan şəxsin – Kamal Məmmədovun, Sevda Səfərəliyevanın və
Vüsal
ə Kərimovanın Minsk şəhərində yerləşən “Rəqs Sağlamlıq Mərkəzi”ndə əlil arabasında rəqs üzrə
beyn
əlxalq dərəcəli məşqçi və mütəxəssislərin iştirakı ilə 7 günlük təlim kursu keçməsi təşkil olunub.
Nazirlikd
ən “Azadinform”a verilən məlumata görə, bu qəbildən olan insanların bundan sonra vaxtaşırı
olaraq h
əmin mərkəzdə müvafiq məşğələlər keçməsi təmin olunacaq. Eyni zamanda mayın 5 -6-da
B
elarusun Minsk şəhərində, sentyabrın 3-4-də isə Rusiyanın Sankt-Peterburq şəhərində əlil arabasında
r
əqs üzrə açıq, yəni hər bir ölkənin qatıla biləcəyi beynəlxalq səviyyəli yarışlar keçiriləcək. Yarışlarda
ölk
əmizi Kamal Məmmədov və Vüsalə Kərimova təmsil edəcəklər.
Hazırda əlil arabasında idman rəqsi artıq xeyli ölkələrdə populyarlıq qazanıb və bu sahədə kifayət
q
ədər müsbət nəticələr mövcuddur. Hətta əlil arabasında idman rəqsi üzrə Avropa və dünya
çempionatları keçirilir və onlarla ölkə belə tədbirlərdə təmsil olunur. Yaxın gələcəkdə Azərbaycan da
bel
ə tədbirlərdə təmsil olunacaq.
Bu reabilitasiya proqramı m
əhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası baxımından olduqca
əhəmiyyətlidir. Artıq bu sahədə beynəlxalq dərəcəli idman ustalarından ibarət məşqçi və mütəxəssis
hey
əti fəaliyyət göstərir.
5
Qeyd ed
ək ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial statusunun daha effektli yollarla bərpasına,
onların mövcud potensiallarının dürüst qiymətləndirilməsinə və potensial imkanları müqabilində maddi
v
ə mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmələrinə xidmət edən yeni sosial
reabilitasiya modell
ərinin tətbiqinə xüsusi önəm verilməkdədir. Bu səbəbdən, “2012-ci il üçün əlillərin
sosial müdafi
əsi tədbirlərinin maliyyələşməsi ilə bağlı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər
sırasında yeni reabilitasiya modellərindən biri kimi əlil arabasında rəqs üzrə tədbirlərin təşkili də əksini
tapıb.
Dostları ilə paylaş: |