Ölk
ə üzrə 20 min POS-terminal qeydə alınıb
H
əbibə/AZADİNFORM. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Mərkəzi Bank və digər
banklarla birlikd
ə ölkəmizdə ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin
stimullaşdırılması, o cümlədən ticarət mərkəzlərində və digər aidiyyəti obyektlərdə POS -terminalların
quraşdırılması istiqamətində tədbirləri davam etdirir. Nazirliyin Analitik informasiya şöbəsindən
“Azadinform”a veril
ən məlumata görə, ölkənin paytaxtındakı ticarət, xidmət və ictimai -iaşə
obyektl
ərində pos-terminalların tətbiqini sürətləndirmək məqsədilə Bakı şəhərinin 11 rayonu 60 sahəyə
bölünüb. Vergi xidm
əti əməkdaşları yerlərə gedərək vergi ödəyicilərinə həm texniki, həm də hüquqi
c
əhətdən köməklik göstərirlər. Sahibkarlara qeydiyyat ərizələrinin elektron formada göndərilməsi,
lazımi sənədlərin toplanması, m üvafiq banka təqdim edilməsi məsələlərində yardım olunur, zəruri
maarifl
əndirmə işləri aparılır, hüquq və vəzifələri onlara izah edilir.
Dig
ər vacib məqam prosesinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan
pos-
terminalların sayı ilə bağlıdır.
Bel
ə ki, əvvəllər gün ərzində maksimum 15-20 pos-terminalın qeydiyyatının mümkün olduğu halda,
hazırda bu rəqəm 300 -400-ə çatdırılıb. Bundan başqa, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri
arasında elektron məlumat mübadiləsinin həyata keçir ilməsi üçün lazımi proqramlar sistemə yüklənib
v
ə pos-terminalların vergi orqanlarında onlayn rejimdə qeydiyyata alınması təmin olunur.
Bel
əliklə, Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə
aprelin 9-a kim
i qeydiyyata alınmış pos-terminalların sayı 20 mini keçib ki, bunun da 18604-ü və ya 93
%-
i Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür. Məlumat üçün bildirək ki,
fevralın 1-i vəziyyətinə bu rəqəm ölkə üzrə 11933, Bakı şəhərində isə 11156 təşkil edirdi.
|