İqtisadiyyat
Siqaretin bahalaşması dünyadakı proseslə əlaqədardır
AZADİNFORM. Ölkədə siqaret məhsullarının qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki,
paytaxtın dükanlarında siqaret çeşidləri 10-15 qəpik baha satılır. İqtisadçı-ekspert Vüqar Bayramov
hesab edir ki, bu artımlar dünya bazarında qiymətlərin bahalaşması ilə bağlıdır. “Azadinform”un
m
əlumatına görə, ekspertin mətbuata açıqlamasında bildirilir ki, Azərbaycanda siqaret istehlakı
idxaldan asılıdır: “Son illər daxildə siqaret istehsalı da azalıb. Nəticədə siqaretin idxaldan asılılığı artıb.
2010-cu ild
ə ölkəyə 228 min ABŞ dolları həcmində tütün və tütünün sənaye əvəzediciləri idxal olunub.
Bu is
ə ümumi idxalın 3.4 faizini təşkil edib”.
V.Bayramovun sözl
ərindən bəlli olur ki, siqaretin qiyməti dünya bazarında siqaret məhsullarının
qiym
ətindən asılı olaraq dəyişir: “Son günlər müşahidə olunan bahalaşma da məhz bu səbəbdəndir.
Mart ayının yekunlarına əsasən, Avropa ölkələrində siqaret məhsulları 7,6 faiz bahalaşıb. Fransada bu
r
əqəm 8,4 faiz, Böyük Britaniyada 5,2 faiz , Belçikada 7 faiz təşkil edib. Aparılan təhlillər qonşu
ölk
ələrdə də siqaretin qiymətinin artdığını göstərir. Bu artımlar 2011-ci ildə dünyada tütün və siqaret
istehsalının azalması ilə bağlıdır. 2011-ci ilin yekunlarına görə, dünyada tütün istehsalı 6,5 faiz aşağı
düşüb. Ümumiyyətlə ötən ilin nəticələrinə əsasən, tütün istehsalı böhran keçirən sektor hesab edilib”.
Az
ərbaycanda təxminən hər 3 nəfərdən birinin siqaret çəkdiyini deyən mütəxəssis hesab edir ki,
bahalaşma siqaret çəkənlərin maliyyə durumuna mənfi təsir göstərir: “Qiymətləndirmələrə əsasən,
ölk
ədə siqaret çəkənlər orta hesabla gün ərzində siqaretə 1,5 manat xərcləyirlər. Bu da siqaret çəkən
v
ətəndaşın il ərzində siqaretə 548 manat xərcləməsi deməkdir. Orta siqaret çəkmə müddətini 40 il
götürs
ək, deməli, vətəndaş həyatı boyu siqaretin alınmasına 22 min manat xərcləyir. Bu da kifayət
q
ədər böyük rəqəmdir. Siqaretin qiymətinin artmasının iqtisadi tərəflərini nəzərə alaraq siqaret
t
əklifində idxaldan asılılığın aradan qaldırılmasına zərurət var. Tütün sektorunun inkişafı ilə bağlı
ad
dımlar atılmalıdır. Xatırladım ki, 2000-ci ilin sonlarında hökumət tütün sektorunun inkişafı ilə bağlı
bir sıra tədbirlər həyata keçirdi. Lakin bu addımlar sonradan davamlı olmadı”.
Dostları ilə paylaş: |