C) 1,2
D) 2,4,5
E) 1,2,3
205. Elmi mətnin məntiqi olaraq nizama salınması: biri səhvdir.
A)
Mənbələrdəki
məlumatlara
elmi-tənqidi
yanaşmalı, onları seçməli,
ümumiləşdirməli və yaradıcı şəkildə istifadə etməli
B) Plagiatlıqdan uzaq, mövqeyini faktlarla, obyektiv şəkildə əsaslandırmalı; mətni
elmi üslubun normalarına uyğun mənalı və məntiqli qurmalı
C) Öz fərziyyəsini əsaslandırmalı, tezis hazırlamalı və mətni hipotezdən nəticəyə
qədər qurmalı
D) Akademik yazıların müxtəlif model və texnologiyalarından istifadə etməli,
başqasının nəzəri fikirlərinə, elmi baxışlarına hörmətlə yanaşmalı
E) Fikirlərin ədəbi dildə aydın və dəqiq ifadə edilməsinə gərək yoxdur. Ona görə ki,
akademik yazıda belə tələb yoxdur
206. Nitq mədəniyyəti haqqında fikirlərdən hansı səhvdir?
A) Nitq mədəniyyətinin ən mühüm şərti ədəbi dilin normalarına əməl etməkdir
B) Nitq mədəniyyətinə verilən tələblər sırasında aydınlıq, yığcamlıq və münasiblik
də var
C) Nitq mədəniyyətinin konkret predmeti yoxdur
D) Nitq mədəniyyətinin predmeti dil vahidlərindən məqsədyönlü istifadə yollarının
öyrənilməsidir
E) Nitq mədəniyyəti dilçiliyin bütün bölmələrində nitqin düzgünlüyü, dəqiqliyi və
digər məsələlərinin gözlənilməsidir
207. Leksik normanın əsas tələbi hansıdır?
A) Sözün mənasına bələd olmaq, onu yerində işlətmək
B) Söz və ifadələri düzgün tələffüz etmək
C) Sözləri düzgün yazmaq
D) Sözlər sırasına riayət etmək
E) Vurğunu yerində işlətmək
Dostları ilə paylaş: