76. İşgüzar ünsiyyət şəraitində insanların münaqişə vəziyyətinin davranış
strategiyası. Düzgün sıranı göstərin.
1. Əməkdaşlıq
2. Məhəl qoyma və ya yayınma
3. Adaptasiya
4. Kompromis
5. Müsabiqə və ya rəqabət
A) 1,2, 3, 4, 5
B) 5, 2, 3, 4, 1
C) 5, 1, 4, 3, 2
D) 4, 1, 2, 3, 5
E) 3, 4, 5, 2, 1
77. “Bir çox adamlar zarafatı sevmir” cümləsində ədəbi dilin hansı norması
pozulub?
A) Leksik
B) Qrammatik
C) Fonetik
D) Orfoqrafik
E) Həm fonetik, həm də leksik
78. “Niyə belə qərara gəldiniz? – əvəzinə: Qərarınız mənim üçün qaranlıq
qaldı, bir qədər aydınlıq gətirə bilərsinizmi?; Niyə əlavə məlumat vermədiniz?
– əvəzinə: Əlavə məlumat versəydiniz, daha yaxşı olmazdımı?” Bu suallar hansı
halda işlədilir?
A) Səhvə yol verməmək, qınaq, ittihamvarı suallardan yayınmaq məqsədilə
B) Ritorik suallardan yayınmaq məqsədilə
C) Alternativ suallardan yayınmaq məqsədilə
D) Açıq suallardan yayınmaq məqsədilə
E) İstiqamətverici suallardan yayınmaq məqsədilə
79. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin
məqsədi. Biri səhvdir.
A) Kommunikativ ritorikasının nədən ibarət olduğunu, ədəbi dilin üslubları, aktiv
və passiv leksikasını bilmək, rabitə və kommunikativ strategiya, yaradıcılıq
texnologiyalarını mənimsəmək
B) Tələbələrin ümumi bilik inkişafına, şifahi və yazılı nitq mədəniyyətinin
yüksəlməsinə yardımçı olmaq
C) Dil vasitələrindən sərbəst və qrammatik cəhətdən savadlı istifadə etmək, elmi
bilikləri tətbiq etmək, müxtəlif informasiya mübadiləsi aparmaq üçün kommunikativ
səriştəliyi formalaşdırmaq
D) Azərbaycan dili və ona göstərilən dövlət qayğısı ilə bağlı məlumatlara
yiyələnmək, kommunikasiyanın forma və funksiyaları, səviyyələri barədə biliklərə
sahib çıxmaq
E) Dinləmə mədəniyyəti və dinləmənin kommunikasiya növü kimi mahiyyətini
öyrənmək,
dinləmə
və
diqqət,
dinləmə
formaları,
bacarıqlarının
təkmilləşdirilməsinin önəmini qavramaq
Dostları ilə paylaş: |