58. Yazılı nitqin ifadə vasitələri hansılardır?
1. Səs
2. Yazı
3. Hərf
4. Söz
5. Cümlə
A) 1,3
B) 2
C) 1,4
D) 2,3,4,5
E) 2,5
59. Terminin əsas xüsusiyyəti nədir?
A) Terminlər yalnız doğma dildə yaranır
B) Terminlər dildən- dilə keçmir
C) Terminlər məcazilik xüsusiyyətinə malik olur
D) Dildə konkret mənası olur
E) Terminlər çoxmənalılıq xüsusiyyətinə malik olur
60. Yazılı nitqdə “Koroğlu munu hardan tapıb gətirdin?” cümləsində ədəbi
dilin hansı norması pozulub?
A) Orfoqrafik
B) Orfoepik
C) Qrammatik
D) Leksik
E) Həm leksik, həm qrammatik
61. Hansı nitqin ifadəliliyində heç bir rol oynamır?
A) Orfoqrafik normalar
B) Sabit söz birləşmələri
C) Sözün məcazi mənaları
D) Obrazlılıq
E) Bədii sual
62. Biri qeyri-verbal ünsiyyətə aiddir:
A) Protokol
B) Mühazirə
C) Çixarış
D) Məktub
E) Hərəkət
63. İş adamları telefonla ünsiyyət qurarkən:
1. Qısa danışmağa və mövzudan kənara çıxmamağa çalışmalıdırlar.
2. İşgüzar telefon danışığında mənasız suallara vaxt sərf etmək uyğun sayılmır.
3. İş tərəfdaşlarınızla söhbət zamanı dediklərini eşitmək və şərhlərinə cavabları
əsaslandırmaq üçün onları fəal və ciddi dinləməyiniz, qeydlər götürməyiniz
vacibdir.
4. Zəngin məqsədi barədə məlumat verib, dərhal işgüzar söhbətə başlamamaq.
Əsas söhbətə zəmin hazırlamaq.
5. Adi və işgüzar şəxsi telefon zəngləri arasında ciddi fərqlər yoxdur.
A) 1,2,3
B) 2,3
C) 2,3,4
D) 3,4,5
E) 1,4,5
Dostları ilə paylaş: |