Azəbaycan dili imtahan suallarının cavabları. Natiqliyin sahələri hansı cavabda düzgün göstərilib?


 Aşağıdakılardan hansı akademik yazıya aid deyil?



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə45/50
tarix23.05.2023
ölçüsü0,72 Mb.
#120737
1   ...   42   43   44   45   46   47   48   49   50
Azəbaycan dili imtahan suallarının cavabları 230112 071940

217. Aşağıdakılardan hansı akademik yazıya aid deyil?
A) dissertasiya
B) diplom işi
C) annotasiya
D) referat
E) məqalə
218. Akademik yazıda internet materiallarından sitat göstərilməsinin ümumi 
sxemi . 
A) İnternet resursunun çap analoqu varsa, çap versiyasına üstünlük verilir 
B) Nəşr verilənləri, texniki xarakteristikası, nəşrin mənbəyi
C) Müəllifin adı, inisialı nəşrin sərlövhəsi
D) İnternet mənbələrinin sitat kimi göstərilməsində adi üsuldan istifadə edilir, xüsusi 
məlumatlarla genişləndirilir
E) Müəllifin adı, inisialı nəşrin sərlövhəsi, yanında elektron resurs göstərilir, nəşr 
verilənləri, texniki xarakteristikası, nəşrin mənbəyi, internet resursunun çap analoqu 
varsa, çap versiyasına üstünlük verilir
219. Yazlılışı ilə tələffüzü fərqlənməyən sözü göstərin: 
A) Doqquz
B) Doqqaz 
C) Saqqız
D) Tənəffüs
E) Yeddi
220. Biri ekran nitqinə aid deyil:
A) Ekran nitqinə telenitq də deyilir
B) Məzmun hərəki təsviri və səs ifadəsi ilə dinləyiciyə çatdırılır
C) Ancaq monoloji forması olur
D) Bu nitq həm yazılı, həm də şifahi nitqin xüsusiyyətlərini özündə birləşdirir 
E) Televiziya verilişləri zamanı bəzən təsvir, bəzən də sözün rolu ön plana çəkilir


221. Şifahi nitqin əsas xüsusiyyətlərindən hansı düz deyil?
A) Danışıq dilinin xüsusiyyətləri mühafizə olunur  
B) İntonasiya, fasilə və vurğu mühüm rol oynayır 
C) Yarımçıq cümlə və replikalara yer verilmir
D) Jest və mimikalardan istifadə edilir 
E) Ümumişlək sözlərə daha çox yer verilir
222. Ədəbi dildə normaya verilən tələblər: Biri səhvdir. 
A) Norma bu dildə danışan bütün şəxslər üçün vahid və məcburi deyil. Norma ədəbi 
dilin inkişafı ilə müqayisədə tez dəyişir.
B) Norma zamana uyğundur: sosial şəraitindən asılı olaraq normalar da dəyişdiyinə 
görə ədəbi dilin bu və ya digər inkişaf dövründə köhnə və yeni normanın 
mövcudluğu qaçılmazdır. Norma ədəbi dilin inkişafı ilə müqayisədə gec dəyişir. 
C) Norma bu dildə danışan bütün şəxslər üçün vahid və məcburidir. Lüğətlərdə 
təsbit edilmiş qayda-qanunlara, göstərişlərə riayət etməlidirlər. 
D) Norma mühafizəkardır və onun qanunları istifadə etdiyimiz dilin cəmiyyətdə 
formalaşmış qayda-qanunlarının saxlanmasına və qorunmasına yönəlib.
E) Normaya ünsiyyət şəraitindən asılı olaraq, müxtəlif üsullarla dil ifadəsinin 
dinamik təsirinin kommunikativ məqsədəuyğunluğu xasdır. Vahid normanın 
mövcudluğu, adətən, məna, üslub və funksional bölünmə prosesi ilə müşayiət 
olunur. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin